01 Oktyabr 2020 13:22
395
SİYASƏT
A- A+

Ukraynalı alim: Azərbaycanın öz ərazi bütövlüyünün bərpasına yönəlmiş hərəkətləri qanunidir!

 
Azərbaycanın öz ərazi bütövlüyünün bərpasına yönəlmiş hərəkətləri qanunidir. Dağlıq Qarabağ mübahisəli ərazi deyil. O, Azərbaycanın bütün beynəlxalq birlik tərəfindən, o cümlədən Ermənistanın özü tərəfindən də tanınmış regionlarından biridir.

Tarix elmləri namizədi Oleq Kupçik bu sözləri AZƏRTAC-a müsahibəsində söyləyib.

Onun sözlərinə görə, azərbaycanlı hərbçilər Ermənistan ərazisində vuruşmur, onun ərazisini ələ keçirməyə çalışmırlar. Bundan əlavə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafındakı 7 rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsini də unutmaq olmaz.

Tarixçi alim daha sonra deyib: "Bu gün tamamilə aydındır ki, Azərbaycanın ərazi bütövlüyünü ATƏT-in Minsk qrupunun köməyi ilə bərpa etmək üçün iyirmi beş ildən artıq müddətdə göstərilən cəhdlər özünü doğrultmayıb. İndi təqsirkarların beynəlxalq-hüquqi məsuliyyətə cəlb edilməsi, vurulmuş maddi və digər ziyanın ödənilməsi üçün Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin, habelə Ukraynanın Donetsk və Luqansk regionlarının bir hissəsinin işğalına aid sübutların sənədləşdirilməsini davam etdirmək lazımdır.

Lakin ən başlıcası, Ukrayna-Azərbaycan münasibətləri bir-birinin ərazi bütövlüyünün qarşılıqlı surətdə və ardıcıl olaraq dəstəklənməsinə əsaslanır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video