Alternative content

08:23 21 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:35 21.10.2020 Bir Azərbaycanımız var
00:31 21.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Al Jazeera” telekanalı azərbaycanlı məcburi köçkünlər barədə reportaj yayımlayıb
“Al Jazeera” telekanalı azərbaycanlı məcburi köçkünlər barədə reportaj yayımlayıb
ANA SƏHİFƏ / SİYASƏT
13:09 01.10.2020
 
"Al Jazeera” televiziya kanalı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın işğal olunmuş ərazilərindən olan məcburi köçkünlər barədə reportaj hazırlayıb.

AZƏRTAC xəbər verir ki, reportajda 30 ilə yaxındır davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən, bu münaqişə nəticəsində qaçqın və məcburi köçkün şəraitində yaşayan insanların öz doğma yurdlarına qayıtmaq ümidlərindən söhbət açılır.

Jurnalist Sinəm Köseoğlunun hazırladığı reportajda o, Azərbaycanın Füzuli rayonundan olan məcburi köçkünlərdən biri ilə görüşüb və onunla söhbət edib. Məcburi köçkün Məmməd Muradov deyir o, 1991-ci ildə Ermənistanın təcavüzü zamanı Füzuli rayonunun kəndini müdafiə edərkən minaya düşüb. O, həmin hadisələrdə həm ayağını, həm də evini itirib. Məmməd və qardaşları o vaxtdan etibarən paytaxt Bakı yaxınlığında yerləşən yataqxanada yaşayırlar. Jurnalist burada ən azı 100 məcburi köçkün ailəsinin yaşadığını bildirir.

Reportajda Məmmədin qardaşı Nüsrətin də Ermənistanla Azərbaycan arasında olan döyüşlərdə yaralandığı qeyd olunur.

Sinəm Köseoğlu Dağlıq Qarabağ bölgəsində yaşayan azərbaycanlıların 30 ilə yaxındır öz evlərindən məcburi köçkün düşdüklərini bildirir. O, bu insanların doğma torpaqlarına qayıdacağı günü böyük inamla və səbirsizliklə gözlədiklərini diqqətə çatdırır.

Jurnalist, həmçinin Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevlə görüşərək onun da bu münaqişə barədə fikirlərini öyrənib. "Bu gün vəziyyətin gərginləşməsi Ermənistanın yeni hərbi doktrinası ilə əlaqəlidir. Ermənistanın hərbi doktrinası 2019-cu ilin martında Ermənistanın müdafiə naziri David Tanayanın Ermənistanın "yeni ərazilər üçün yeni müharibə” konsepsiyasını elan etməsi ilə qəbul edilib", – deyə Şəfiyev bildirib.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM