01 Oktyabr 2020 13:03
268
SİYASƏT
A- A+

Misirli baş redaktor: Beynəlxalq təşkilatlar və dini liderlər işğalçı Ermənistana təzyiqi gücləndirməlidir

 
Misirin "Rayət-Misr” və "Tahya Masr” qəzetlərinin baş redaktoru Məhəmməd Rəfət Azərbaycanın işğal altında olan torpaqlarında son günlər Ermənistanla baş verən döyüşlər haqqında məqalə ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, misirli jurnalist işğalçı Ermənistanın Azərbaycana qarşı hərbi təxribat xarakterli hücumlarını, dinc əhalini öldürməsini, mülki obyektləri hədəfə almasını sərt şəkildə qınayıb.

Baş redaktor məqaləsində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərində soyqırımı törətməsi, çox sayda dinc əhalini qətlə yetirməsi, işğal olunmuş Azərbaycan ərazilərində tarixi, dini və mədəni abidələri məhv etməsi, məscidləri murdarlayaraq orada mal-qara və donuz saxlaması ilə bağlı məlumatları diqqətə çatdırıb.

Misirli jurnalist beynəlxalq ictimaiyyətə, xüsusilə də dini liderlərə müraciət edərək, onları işğalçı siyasətinə son qoyması üçün Ermənistana təzyiqi gücləndirməyə çağırıb.

M.Rəfətin məqaləsini Misirin "Alwasela”, "Alwatanemag”, "Alhwar” saytları da yayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video