Alternative content

02:13 21 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:35 21.10.2020 Bir Azərbaycanımız var
00:31 21.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Özbəkistan Azərbaycanın iqtisadi sahədə təcrübəsinin öyrənilməsində maraqlıdır
Özbəkistan Azərbaycanın iqtisadi sahədə təcrübəsinin öyrənilməsində maraqlıdır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
12:01 01.10.2020

Özbəkistan Azərbaycanın iqtisadi sahədə təcrübəsinin öyrənilməsində maraqlıdır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) AZƏRTAC-a bildirilib ki, bu barədə İİTKM-in icraçı direktoru Vüsal Qasımlının Özbəkistanın Azərbaycandakı səfiri Baxrom Aşrafxanovla görüşündə danışılıb.

V.Qasımlı ilk öncə Azərbaycan-Ermənistan təmas xəttində yaşanan gərginlik, Ermənistan ordusunun cəbhə xətti boyunca törətdiyi təxribatlar, eləcə də, yaşayış məntəqələrinə, mülki əhaliyə ağır artilleriyadan açılan atəşlər və Azərbaycan Ordusunun əks hücum əməliyyatları barədə məlumat verib. O bildirib ki, Azərbaycan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmənə adekvat cavab tədbirləri həyata keçirir, Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir.

Özbəkistan səfiri B.Aşrafxanov isə öz növbəsində qeyd edib ki, ölkəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, suveren hüquqların qorunması ilə münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır.

Ümumi müzakirə zamanı V.Qasımlı ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsi barədə məlumatlar təqdim edib. O, həmçinin qeyd edib ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin həyata keçirdiyi "Azexport” portalı, "EnterpriseAzerbaijan” portalı, "Bir Pəncərə” İxraca Dəstək Mərkəzi, eləcə də Rəqəmsal Ticarət Qovşağının fəaliyyəti region, eləcə də dünya ölkələri ilə əlaqələrin inkişafına öz töhfəsini verir.

"Azexport” portalının rəhbəri Ayxan Qədəşov portalın fəaliyyəti barədə məlumat verib. O bildirib ki, portal Azərbaycanda istehsal olunan malların vahid məlumat bazası olduğu üçün sahibkarlar öz yerli məhsullarını ödənişsiz qaydada bütün dünyada nümayiş etdirə bilirlər. "Azexport”un fəaliyyət göstərdiyi müddət ərzində Azərbaycan məhsullarının beynəlxalq onlayn ticarət platformalarında mövcudluğu 500 dəfə artıb.

Özbəkistan səfiri bildirib ki, Özbəkistan Azərbaycanda nəqliyyat-logistika, rəqabətqabilliyətli, innovativ ticari əlaqələrin reallaşmasına dair təcrübənin öyrənilməsində maraqlıdır. O əlavə edib ki, ölkədə aparılan islahat prosesinin bir nümunəsi kimi "Azexport” portalının və Rəqəmsal Ticarət Qovşağının fəaliyyəti onların diqqətini xüsusi cəlb edib. Məhz bu səbəbdən ölkəsi, Özbəkistanın İnvestisiya və Xarici Ticarət Nazirliyi vasitəsilə "Azexport” portalının təcrübəsinin öyrənilməsində maraqlıdırlar.

Müzakirə zamanı həmçinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Özbəkistan Prezident Administrasiyası nəzdində İqtisadi Tədqiqatlar və İnkişaf Mərkəzi arasında əməkdaşlığın qurulması üzrə səfirliyin dəstək olacağı qeyd edilib. Səfir deyib ki, Özbəkistanın informasiya resursları da Azərbaycanın iqtisadi və innovativ layihələri barədə məlumatlar dərc etməkdə maraqlıdır. Səfir B.Aşrafxanov, həmçinin "Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin fəaliyyəti ilə tanış olub.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM