01 Oktyabr 2020 09:36
1022
İDMAN
A- A+

Olimpiya çempionu: Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı tezliklə azad edəcəyi günü gözləyirik

 
Sentyabrın 27-dən başlayaraq cəbhədə atəşkəs yenidən pozulub. Ermənistan qoşunlarının hücumlarını dəf edən Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində işğal altında olan torpaqlarımızın bir qismi azad edilib. Ancaq düşmənin silahlı qüvvələri cəbhə bölgəsində yaşayan mülki əhalini hədəf alır və yaşayış sahələrinə atəş açır.

Bununla əlaqədar olaraq, sərbəst güləş üzrə Olimpiya, dünya və Avropa çempionumuz Şərif Şərifov qarşı tərəfin qeyri-adekvat hücumlarına öz etirazını bildirib.

Şərif Şərifov AZƏRTAC-a bildirib ki, 30 ilə yaxındır Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Nəticədə 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Bu müddət ərzində aparılan sülh danışıqları heç bir fayda verməyib: "İşğalçılıq siyasətini davam etdirən Ermənistan sentyabrın 27-də növbəti dəfə atəşkəsi pozub. Ən pisi də odur ki, onlar dinc sakinləri hədəf alır. Nəticədə ölən və yaralananlar var. Həyatını dəyişənlər arasında uşaqların da olması dəhşətdir. Mən bir Olimpiya çempionu kimi dünya ictimaiyyətini Ermənistanı belə qeyri-insani addımlardan çəkindirməyə çağırıram. İnanıram ki, tez bir zamanda Azərbaycan Ordusu bütün işğal olunmuş torpaqları azad edəcək”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video