01 Oktyabr 2020 09:32
564
CƏMİYYƏT
A- A+

İlham Namiq Kamal: Bütün el-oba Qarabağ üçün birləşib və insanlarımızda, ordumuzda əhval-ruhiyyə çox yüksəkdir

 
Azərbaycan hazırda haqq işi aparır, başqa sözlə desək, öz ərazisində təmizlik işləri görür. Bütün dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar 30 ildir ki, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq və təcavüzkarlıq siyasətinə göz yumur və etinasızlıq göstərirlər. Azərbaycan Prezidenti İlham Əliyev bu barədə dönə-dönə onları məlumatlandırsa da, nəticəsiz qaldı. Həmin beynəlxalq təşkilatlar hər şeyə göz yumdular. BMT-nin münaqişənin həlli ilə bağlı 4 qətnaməsi hələ də kağız üzərində qalıb. Uzun illər ərzində Azərbaycana qarşı ikili standartlar nümayiş etdirilib.

Belə olan halda Azərbaycan nə etməlidir?! Təbii ki, öz əhalisini qorumalı, torpağını tapdaqdan azad etməlidir. Bütün dünya bizim haqq işimizə dəstək olmalıdır. Çünki bunu beynəlxalq hüquq tələb edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Xalq artisti, Azərbaycan Akademik Musiqili Teatrının aktyoru və rejissoru, professor İlham Namiq Kamal söyləyib.

Xalq artisti vurğulayıb ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa inandığını, güvəndiyini bir daha nümayiş etdirdi və düşmənin cavabını vermək üçün qəti qərar verdi. Xalq da Prezidentinin yanında olduğunu əyani şəkildə göstərdi. Məhz bu etimadın və inamın nəticəsidir ki, ölkəmizin bütün regionlarımızdan olan insanlar – ahıl, uşaq, gənc sevinc içindədir və ordumuza, dövlətimizin başçısına dəstək nümayiş etdirir: "Bu gün hamı "Hər şey Vətən üçün, Qələbə üçün” deyir və deməklə qalmır, ordu sıralarına yazılırlar. Bütün el-oba Qarabağ üçün birləşib və insanlarımızda, ordumuzda əhval-ruhiyyə çox yüksəkdir”.

İlham Namiq Kamal bildirib ki, hamı dövlətçiliyimizin və müstəqilliyimizin qorunması naminə səfərbərdir. Kim dövlətçiliyi qoruyursa, demək ki, özünü qoruyur, öz ailəsini, övladını qoruyur.

"Haqq işimizi dəstəkləyirəm və deyirəm ki, eşq olsun, Azərbaycan xalqına, şanlı ordumuza və müstəqil dövlətimizə. Qarabağ bizimdir və bizim də olacaq”, - deyə Xalq artisti sözlərinə yekun vurub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video