01 Oktyabr 2020 09:16
523
CƏMİYYƏT
A- A+

Rafiq Əzimov: Uşaqdan böyüyə hamımız Prezidentimizin yanındayıq və onu dəstəkləyirik

 
Sevincimin həddi-hüdudu yoxdur. Bu xoş xəbərləri hamı kimi mən də çoxdan gözləyirdim. 30 ildir ki, bədnam qonşumuzun xəyanəti üzündən ürəyimiz nisgilli, qəlbimiz narahat idi. Gözləyirdik ki, işğal altında olan torpaqlarımız nə vaxt işğaldan azad ediləcək? Nəhayət ki, həsrətimiz sona yetir.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev səbirlə, təmkinlə gözləyərək, uzaqgörən siyasət yürüdərək sonunda öz sözünü dedi və qərarını verdi. Ali Baş Komandanın əmri və tapşırığı ilə bu gün bütün xalq ayaqdadır. Uşaqdan böyüyə hamımız Prezidentimizin yanındayıq və onu dəstəkləyirik.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında tanınmış aktyor, Xalq artisti, "Şöhrət” ordenli Rafiq Əzimov deyib.

Xalq artisti şanlı ordumuzun döyüş rəşadəti sayəsində düşmən təxribatının mərdliklə qarşısını aldığından fərəhləndiyini diqqətə çatdırıb: "Ordumuzun uğurlarını eşidəndə qəlbim dağa döndü. Şanlı Azərbaycan Ordusu işğal altında olan Qarabağ torpağını qarış-qarış düşmən tapdağından azad edir. Bundan gözəl nə ola bilər!?”

Rafiq Əzimov bildirib ki, Cəbrayılın, Füzulinin kəndləri, Murovdağ silsiləsindəki Murov zirvəsi düşmən tapdağından azad olunanda ilahi ədalətin varlığına bir daha inanıb.

Xalq artisti deyib: "İnanıram ki, şanlı ordumuzun rəşadəti sayəsində üçrəngli müqəddəs bayrağımız tezliklə Qarabağımızda dalğalanacaq. Ağdamda, Şuşada, Xankəndində, Kəlbəcərdə zəfər marşlarını çalacağıq. Biz Qələbə gününü Ali Baş Komandanımızla birgə qeyd edəcəyik.

Bu gün bütün evlərin eyvanlarından müqəddəs üçrəngli bayrağımız yellənir. Məktəbli uşaqların "Can Azərbaycan, "Can, Qarabağ” deyərək əllərində bayraqla qışqırması insanın qəlbini fərəh hissi ilə doldurur. Qarabağ bizimdir, bizim də olacaq. Allah ordumuzu, xalqımızı və Prezidentimizi qorusun!”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video