Alternative content

10:10 20 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
08:23 20.10.2020 Cəbhədə son vəziyyət
00:41 20.10.2020 BİLDİRİŞ
00:41 20.10.2020 E l a n
00:39 20.10.2020 BİLDİRİŞ
00:39 20.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Müasir dövlət quruculuğunda prokurorluğun yeri və rolu
Müasir dövlət quruculuğunda prokurorluğun yeri və rolu
ANA SƏHİFƏ / CƏMİYYƏT
01:20 01.10.2020


"Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq!

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

İLHAM ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Dünya şöhrətli ictimai-siyasi xadim, müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin milli inkişaf strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi konseptual daxili və xarici siyasət, zamanın tələbi ilə səsləşən praqmatik islahatlar ölkə həyatında yeni intibahın başlanmasının əsasını qoymuşdur.

Müasir dövrün reallıqları və inkişaf perspektivləri nəzərə alınmaqla iqtisadiyyatın davamlı tərəqqi modelinə transformasiya olunması, yeni çağırışlar fonunda həyata keçirilmiş strateji yol xəritələri makroiqtisadi dayanıqlılığın qorunub saxlanmaqla qlobal böhran şəraitində belə sosial-iqtisadi və struktur islahatların həyata keçirilməsi üçün real imkanlar yaratmışdır.

Mərkəzində Azərbaycan vətəndaşı, onun sosial-rifah halının davamlı olaraq yüksəldilməsi dayanan ölkə başçısı cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti dövlətimizin koronavirus pandemiyasının mənfi təsirlərini layiqli qarşılamaqla zamanın istənilən çağırışına cavab vermək iqtidarında və əzmində olduğunu nümayiş etdirdi.

Qeyd edilməlidir ki, dövlətimizin qüdrətlənməsinə, pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, sosialyönümlü siyasətin reallaşdırılmasına, insanları narahat edən problemlərin aradan qaldırılmasına, bütövlükdə ölkəmizdə həyata keçirilən hərtərəfli islahatlara və görülən böyük işlərə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti misilsiz töhfələr verməkdədir.

Ölkədə ictimai həyatın bütün sahələrini əhatə edən sistemli islahatlar, dövlət idarəçiliyində çağdaş yanaşmanı önə çəkən ardıcıl tədbirlər hüquq sisteminin ən yüksək beynəlxalq standartlara uyğun formalaşdırılmasına və müasir dövrün tələbləri səviyyəsində təkmilləşməsinə zəmin yaradaraq prokurorluq orqanlarının da ardıcıl və müntəzəm inkişafını təmin etmişdir.

Əminliklə deyə bilərik ki, Azərbaycan Prokurorluğunun dövlətçiliyimizin maraqlarına, qanunun aliliyinin təmin olunmasına, cinayətkarlıqla mübarizəyə, qanunçuluğun və hüquq qaydasının qorunmasına xidmət edən bir qurum kimi formalaşması, onun fəaliyyətinin hərtərəfli təminatı üçün qanunvericilik və maddi-sosial bazanın yaradılması ölkəmizdə həyata keçirilən möhtəşəm islahatların, o cümlədən, məhkəmə-hüquq islahatlarının memarı kimi yalnız xalqımızın Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik siyasəti, yüksək qayğısı və dəstəyi nəticəsində mümkün olmuşdur.

Prokurorluq orqanlarının ölkədə bərqərar olmuş ictimai-siyasi sabitliyin qorunması, qanunçuluğun təmini, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyətini daim yüksək qiymətləndirən Ulu Öndərin "Respublika Prokurorluğu və Baş prokuroru Azərbaycan dövlətçiliyinin əsas sütunlarından biridir” sözləri prokurorluğa ali səviyyədə olan diqqət və önəmin bariz nümunəsi hesab edilmişdir.

Təsadüfi deyil ki, Ümummilli Liderin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə hazırlanaraq 12 noyabr 1995-ci il tarixdə keçirilmiş Referendumla qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasında prokurorluğa xüsusi maddə həsr edilərək dövlət idarəetmə sistemində bu təsisatın yeri məhkəmə hakimiyyəti orqanları sırasında müəyyənləşdirilməklə prokurorluq orqanlarına ilk dəfə olaraq konstitusion status verilmişdir.

Dahi rəhbərin prokurorluğa olan diqqət və qayğısının davamı hesab edilən 17 iyul 1998-ci il tarixli sərəncamı ilə oktyabr ayının 1-i respublikamızda prokurorluq işçilərinin peşə bayramı günü elan olunmuş, eyni zamanda onun şəxsi təşəbbüsü və rəhbərliyi altında Azərbaycan Respublikasında Prokurorluq orqanlarının yaradılmasının 80 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir. Həmin təntənəli yığıncaqda Ulu Öndərin "Azərbaycan Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram” sözləri bu gün də hər bir prokurorluq işçisi tərəfindən iftixar hissi ilə yad edilir.

Xüsusi qeyd edilməlidir ki, Ümummilli Lider Heydər Əliyevin prokurorluq orqanlarının rəhbər işçiləri ilə 26 aprel 2000-ci il tarixdə keçirdiyi müstəsna əhəmiyyətə malik görüşü Azərbaycan Prokurorluğunun demokratik məzmunda yenilənməsinə və qanunla nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işlərin səmərəli təşkilinə təminat yaratmışdır.

Ulu Öndərin layiqli davamçısı cənab İlham Əliyev tərəfindən cinayətkarlığa, korrupsiyaya və kriminal xarakterli bütün mənfi təzahürlərə qarşı mübarizənin yeni müstəviyə qaldırılması, bu sahədə işin təşkilinə məsul olan hüquq mühafizə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətində səmərəliliyin artırılması, maddi-texniki təminatın yaxşılaşdırılması və əməkdaşların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması üçün məqsədyönlü addımlar atılmışdır.

Dövlət başçısının 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi milli prokurorluq orqanlarının müasirləşməsi baxımından xüsusi önəmə malik bir addım olmuşdur.

Bu gün dövlət başçısının dəstəyi ilə prokurorluqda yeni müstəvidə müasir məzmunlu islahat tədbirləri davam etdirilməklə şəffaflığın təmin edilməsi, elmi-texniki nailiyyətlərin tətbiqi, maddi-texniki bazanın və əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi, işin səmərəliliyini artırmağa və mövcud çatışmazlıqları təxirə salınmadan aradan qaldırmağa təminat verən icra və nəzarət mexanizminin yaradılması istiqamətində kompleks tədbirlər həyata keçirilməkdədir.

Dövlət başçısı tərəfindən mayın 1-də Baş prokuror vəzifəsinə təyinatla əlaqədar qəbul edilərkən səsləndirilən "Bu gün Azərbaycanın hər sahəsində islahatların nəticələri vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. İslahatlar yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma deməkdir. Biz islahatlar aparmaqla ölkəmizi gücləndiririk və ölkəmizin gələcək dayanıqlı inkişafını şərtləndiririk. Ümid edirəm ki, Azərbaycan Respublikasının Prokurorluğu bu islahatların aparılmasında uğurlar qazanacaq” sözləri prokurorluq orqanlarında beynəlxalq standartlara və milli dövlətçilik maraqlarına əsaslanmaqla müstəqil dövlətimizin müntəzəm irəliləyişlərlə müşahidə olunan dayanıqlı və davamlı tərəqqisinə adekvat dəyişikliyin aparılmasını zəruri etmişdir.

Cənab Prezidentin korrupsiyaya qarşı daha fəal iş görülməsi, struktur və kadr islahatları aparmaqla prokurorluğun yüksək standartlara və müasir tələblərə cavab verən qurum kimi formalaşdırılmasını tövsiyə etməsi, eləcə də ölkənin hazırkı inkişaf mərhələsində aktual olan məsələlərlə bağlı vurğuladığı digər vacib məqamlar prokurorluq orqanlarında cari islahatların ilkin mərhələsinin təməlini qoymuşdur.

Həmin görüşdən keçən qısa müddət ərzində prokurorluğun cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşması və fəaliyyətində şəffaflığın təmin edilməsi, işin çevikliyinin və keyfiyyətinin artırılması məqsədilə əsaslı struktur və kadr islahatları həyata keçirilmiş, funksional idarəetmənin səmərəliliyinin artırılması məqsədilə işin təşkilinə dair vahid mexanizmlər müəyyən edilmişdir.

Qeyd etməliyəm ki, dövlət başçısının rəhbər göstərişlərindən və müdrik tövsiyələrindən irəli gələn vəzifələrin yerinə yetirilməsi, eləcə də, prokurorluğa ictimai etimadın gücləndirilməsi, fəaliyyət istiqamətləri üzrə işin keyfiyyətinin yüksəldilməsi və müasir iş metodlarını tətbiq etməyə qadir olan kadr korpusunun formalaşdırılması ilə bağlı tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

Ölkə həyatının elə bir sahəsi yoxdur ki, orada davamlı və ardıcıl, müasir çağırışlara cavab verən islahatlar aparılmasın. Bu baxımdan, 2020-ci il prokurorluq orqanları üçün əlamətdar olmaqla prokurorluğun tərəqqi dövrü kimi tarixin yaddaşına həkk olunacaqdır. Cənab Prezident İlham Əliyev tərəfindən mayın 1-də Baş prokuror vəzifəsinə təyinatla əlaqədar qəbul edilərkən məhkəmə-hüquq sisteminin keyfiyyətcə yenilənməsi prosesi çərçivəsində prokurorluq orqanlarında da islahatların həyata keçirilməsi zərurəti vurğulanmaqla prokurorluq orqanları qarşısında bir sıra mühüm vəzifələr qoyulmuşdur.

Həmin vəzifələrin və tövsiyələrin icrası ilə bağlı 12 may 2020-ci il tarixdə geniş Fəaliyyət Planı təsdiq olunaraq görülməsi vacib olan işlərin əsas istiqamətləri müəyyənləşdirilmiş, çoxsaylı tədbirlər həyata keçirilmişdir.

Belə ki, prokurorluq orqanlarının fəaliyyətində çevikliyin və səmərəliliyin artırılması, şəffaflığın təmin edilməsi, müasir dövrün tələblərinə cavab verən peşəkar kadr korpusunun formalaşdırılması məqsədilə dövlət başçısı cənab İlham Əliyevin 10 iyun 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni strukturu təsdiq edilmiş, bununla da Baş Prokurorluğun strukturu mahiyyətcə tamamilə yenidən formalaşdırılaraq Baş prokurorun yeni müavini ştatı təsis edilmiş, daha mobil və dinamik idarəetmə məqsədilə Baş Prokurorluğun idarə və şöbələrinin sayı 15-dən 18-ə çatdırılmış, bəzi idarələr ləğv edilərək onların bazasında Təşkilat və icraya nəzarət, Xidməti araşdırmalar, Beynəlxalq hüquqi əməkdaşlıq, Hüquqi təminat və insan hüquqları, Kriminalistika və informasiya texnologiyaları, Sənədlərlə və müraciətlərlə işin təşkili idarələri təsis olunmuş, həmçinin mərkəzi aparatın yeni, Cinayət təqibindən kənar icraatlar və Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarələri yaradılmışdır.

Eyni zamanda Baş Prokurorluq üzrə müvafiq əmrlərlə prokurorluğun sisteminə daxil olan Azərbaycan Respublikasının Hərbi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi, Bakı şəhər prokurorluqlarının, eləcə də Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin yeni strukturu təsdiq edilmişdir.

Bundan əlavə, qısa müddət ərzində idarəçilik, icra və intizam, kadrlarla iş, sənədlərin dövriyyəsi, prosessual rəhbərlik və nəzarət fəaliyyətinin təşkilini təmin etmək üçün milli qanunvericiliyin tələbləri və beynəlxalq təcrübə nəzərə alınmaqla Baş Prokurorluq üzrə "İşin Təşkili Qaydaları” təsdiq edilməklə 1 avqust tarixindən qüvvəyə minmişdir.

Qaydalar səlahiyyətləri dəqiq təsbit edilmiş struktur qurumlar və rayon (şəhər) prokurorluqları arasında münasibətləri müasir tələblər səviyyəsində tənzimləmiş, həmçinin Qaydalarda Baş Prokurorluğun strukturuna daxil olmayan konkret vəzifənin icrası üçün təsis olunmuş Ad hoc qurumların funksiyaları təsbit olunmuşdur.

Qeyd edilməlidir ki, qaydaların hazırlanmasında prokurorluğun fəaliyyətində rəhbər tutulan normativ-hüquqi aktların əhəmiyyətli hissəsindən istifadə olunmuş, müasir tələblərə cavab verməyən, əhəmiyyətini itirmiş əmrlər isə ləğv olunmuşdur.

Baş Prokurorluğun və struktur qurumların "İşin Təşkili Qaydaları”, eləcə də hazırlanmaqda olan "Azərbaycan Respublikası Prokurorluğunun Strateji İnkişaf Konsepsiyası” prokurorluq orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsində uğurlu nəticələrin əldə olunmasına, fəaliyyətin təkmilləşdirilməsinə və səmərəliliyin artırılmasına şərait yaradacaqdır.

Dövlət siyasətinin prioritet istiqamətlərindən olan korrupsiyaya qarşı mübarizə tədbirləri Azərbaycanda həyata keçirilməkdə olan sosial-iqtisadi və hüquqi islahatların ruhuna uyğun olaraq daha intensiv xarakter almışdır. Ölkəmizdə iqtisadiyyatın liberallaşdırılması, bürokratik əngəllərin aradan qaldırılması, məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, şəffaflığın və hesabatlılığın təmin edilməsi və digər bu kimi korrupsiyaya qarşı mübarizə tədbirləri konkret əməli-praktiki addımlarla müşayiət olunmuşdur.

Aparılan genişmiqyaslı islahatların digər istiqaməti kimi milyonlarla vətəndaşa xidmət göstərməklə dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni yanaşmanın formalaşmasına mühüm töhfə verən, süründürməçilik və korrupsiya hallarının aradan qaldırılmasında əhəmiyyətli rol oynayan "ASAN xidmət” mərkəzlərinin fəaliyyət coğrafiyasının daha da genişləndirilərək 20 mərkəzə çatdırılması, habelə yarandığı gündən keçən müddətdə xidmətə 38 milyondan çox müraciət daxil olması, əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələri üzrə DOST mərkəzlərinin fəaliyyətə başlaması Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində dövlət və cəmiyyət arasında olan həmrəyliyin bariz nümunəsidir.

Eyni zamanda ölkəmizdə həyata keçirilən hüquq islahatları mövcud sosial-iqtisadi tendensiyanı tamamlamaqla ona paralel aparılan və azad bazar iqtisadiyyatı prinsiplərinin təbiətinə uyğun olan bir konsepsiya şəklində reallaşdırılmışdır.

Təsadüfi deyil ki, ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində əldə edilmiş uğurlar mötəbər beynəlxalq qurumların hesabatlarında da öz əksini tapmışdır.

"Beynəlxalq Şəffaflıq” təşkilatının (Transparency International) 2019-cu il üçün hesabatında Azərbaycanın Korrupsiya Qavrama İndeksi üzrə 26 pillə irəliləməsi bunun əyani təsdiqidir.

Bununla yanaşı, korrupsiyaya qarşı mübarizədə ixtisaslaşmış aparıcı beynəlxalq təşkilatlar hesab edilən BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO), MONEYVAL Komitəsi və digər ixtisaslaşmış nüfuzlu qurumlar tərəfindən də ölkəmizdə dövlət idarəçiliyində şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən islahatlar və əldə edilən nailiyyətlər yüksək qiymətləndirilmişdir.

Belə ki, GRECO-nun 2019-cu il üzrə fəaliyyətini əks etdirən hesabatında Azərbaycana verilən yüksək qiymət bunu bir daha təsdiqləmiş, sənədə əsasən ölkəmiz verilmiş tövsiyələrin əksəriyyətini icra etməklə əldə olunan göstərici üzrə Avropa Şurasına üzv 50 ölkə arasında 7-ci, MDB ölkələri arasında isə 1-ci yerdə qərarlaşmışdır.

Göstərilən uğurların əldə olunmasında digər dövlət qurumları ilə yanaşı, prokurorluq orqanları tərəfindən də zəruri tədbirlərin görülməsi təmin olunmuş, Ulu Öndərin "Korrupsiya ilə, rüşvətxorluqla mübarizə sahəsində hüquq mühafizə orqanlarından daha çox səmərəli iş tələb olunur” sözləri daim əsas götürülməklə bu sahədə kəsərli addımların atılması təmin edilmişdir.

Ötən ilin peşə bayramından keçən müddət ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 290 şəxs barəsində 194 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilmiş, ümumilikdə istintaqı yekunlaşmış işlər üzrə vurulmuş maddi ziyandan ibtidai araşdırma mərhələsində 65 milyon 510 min manatın ödənilməsi və 11 milyon 877 min manat məbləğində əmlak üzərinə həbs qoyulması təmin olunmuşdur.

Eyni zamanda koronavirus pandemiyası ilə əlaqədar dövlət səviyyəsində həyata keçirilən sosial-iqtisadi tədbirlərdən sui-istifadə edən vəzifəli şəxslərə, kölgə iqtisadiyyatı subyektlərinə, o cümlədən qara mühasibatlıq aparmaqla dövlət nəzarətindən və qeydiyyatından gizli şəkildə qanunsuz fəaliyyət göstərən möhtəkirlərə qarşı effektiv mübarizə tədbirləri aparılmaqdadır.

Qeyd edilənlərdən əlavə, son dövrlər geniş ictimai rezonansa səbəb olmuş yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin fəaliyyətində aşkar olunan qanunsuz hallarla əlaqədar Dövlət Təhlükəsizliyi Xidməti və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində başlanmış cinayət işləri üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Dövlət başçısı cənab İlham Əliyevin "Korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılmalı və bunun kökü kəsilməlidir” göstərişinə uyğun olaraq prokurorluq orqanları tərəfindən ölkəmizdə həyata keçirilən quruculuq işlərinə, sosial, iqtisadi və siyasi sahədə aparılan islahatlara kölgə salan, habelə əhalinin haqlı narazılığına səbəb olan neqativ təzahürlərə qarşı daha ciddi mübarizə aparılması istiqamətində sistemli, ardıcıl və qətiyyətli mübarizə tədbirlərinin davam etdirilməsi təmin ediləcəkdir.

Ölkəmizin möhkəm təməllər üzərində formalaşmış ictimai-siyasi sabitlik şəraitində inkişafı, milli dövlətçiliyin hər cür cinayətkar qəsdlərdən qorunması, kriminogen durumun nəzarətdə saxlanmaqla Konstitusiya ilə təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının təminatı dövlətimizin hüquq siyasətinin prioritetlərindəndir.

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında əldə olunan misilsiz nailiyyətlərin qorunmaqla davamlı uğurların əldə edilməsi prokurorluq orqanları tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq yeni neqativ tendensiyalarla, mütəşəkkil, transmilli cinayətkarlıqla səmərəli mübarizə aparılmasını tələb edir.

Prokurorluğun istintaq qurumları tərəfindən cinayətlərin müəyyən edilməsi, qarşısının alınması, onu törədənlərə qarşı qanunla müəyyən edilmiş təsir tədbirlərinin tətbiq edilməsi üzrə effektiv fəaliyyətin təşkili qarşıda duran əsas vəzifələrdən biri hesab edilmişdir.

Bu məqsədlə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi və Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsi ləğv olunaraq, onların bazasında Baş Prokurorluğun İstintaq İdarəsi təşkil edilmiş, həmçinin prokurorluqda və müvafiq icra hakimiyyəti orqanlarında ibtidai araşdırmaya prosessual rəhbərlik və nəzarət funksiyaları Baş prokurorun 2 müavini arasında bölüşdürülmüş, rayon, şəhər və ərazi hərbi prokurorlarının prosessual müstəqilliklərini məhdudlaşdıran normalar ləğv olunmuşdur.

Həyata keçirilmiş islahatların və əməliyyat-axtarış fəaliyyətini yerinə yetirən orqanlarla işin düzgün təşkili nəticəsində cari ilin iyul ayının 14-dən 15-nə keçən gecə Azərbaycan Respublikası Milli Məclisinin inzibati binasında bir qrup şəxs tərəfindən ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan əməllərin təşkil edilərək törədilməsi və sair faktlara dair ibtidai istintaqı aparılan cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin operativ surətdə müəyyənləşdirilməsi, ölkə xaricində yaşamaqla dövlətin konstitusiya quruluşunun əsaslarına, ictimai təhlükəsizliyə qarşı cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb olunmaları, ötən illərdən bağlı qalmış bir çox qəsdən adam öldürmə və digər cinayətlərin açılması təmin olunmuşdur.

Cinayətlərin strukturunda, dinamikasında və inkişaf meyillərində dəyişikliklərin baş verməsi cinayətkarlıqla mübarizədə prokurorluq orqanlarının müasir metodlardan, üsul və vasitələrdən, elmi-texniki tərəqqinin nailiyyətlərindən daha geniş istifadəsini şərtləndirir.

Eyni zamanda müstəntiqlərin taktiki məharətlərinin artırılması, rəqəmsal və nano texnologiyaların imkanlarından geniş istifadə etməklə kriminalistik tədqiqatların aparılması və bu istiqamətdə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi ibtidai istintaqın yüksək standartlar səviyyəsində təşkilinə zəmin yaradacaqdır.

Bu sahədə həmçinin, müasir texnologiyanın inkişafı fonunda ortaya çıxan və əsasən qlobal internet məkanında inkişaf edən yeni növ iqtisadi cinayətlərə, kibercinayətkarlığa və kibertəhdidlərə qarşı mübarizə imkanlarının genişləndirilməsi məqsədilə aidiyyəti qurumlar və beynəlxalq tərəfdaşlarla zəruri tədbirlərin görülməsi planlaşdırılmışdır.

Qarşıdakı müddət ərzində nəzərdə tutulmuş tədbirlərin realizəsi cinayət işləri üzrə tez bir zamanda obyektiv həqiqətin müəyyən edilməsi, təqsirli şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi, dövlətə və vətəndaşlara dəymiş ziyanın ödənilməsi kimi ibtidai istintaqın qarşısında duran ən vacib vəzifələrin öhdəsindən layiqincə gəlməyə imkan verəcəkdir.

Cinayətlərin böyük qisminin latent şəraitdə törədilməsi nəzərə alınaraq istintaq orqanlarının əməliyyat-axtarış qurumları ilə qarşılıqlı əməkdaşlığı təkmilləşdirilməklə cinayətlərin törədilməsinə səbəb və şərait yaradan halların kompleks analizi ölkədə kriminogen durumun istənilən səviyyədə qorunub saxlanmasına təminat yaradacaqdır.

Əminliklə qeyd etməliyəm ki, istintaq qurumlarının qarşısında duran vəzifələrin icrası cinayət təqibinin səmərəliliyinin artırılmasına, ölkədə ictimai-siyasi sabitliyi pozmaqla çirkin niyyətlərinə çatmağı hədəfləyən şəxslərin cinayətkar qəsdlərinin qarşısının alınmasına, bütövlükdə cəmiyyətimizin və dövlətimizin tərəqqisinə xidmət edəcəkdir.

Ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi prokurorluğun digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə birgə fəaliyyətinin əsasını təşkil etməkdədir.

Hüquq mühafizə orqanlarının fəaliyyətində məhkəməyədək aparılan təhqiqat və istintaqa prosessual rəhbərliyi, həmçinin qanunların icra və tətbiq olunmasına nəzarəti Konstitusiya ilə nəzərdə tutulmuş qaydada həyata keçirən prokurorluq orqanları dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinin müdafiə edilməsində əhəmiyyətli rol oynayır.

Bu baxımdan hüquq normalarının pozulmasının müəyyən edilməsi və qarşısının alınması, ibtidai araşdırma zamanı süründürməçilik hallarına yol verilməməsi, cinayətlərin tezliklə və tam açılması, cinayət prosesi iştirakçılarının hüquqlarının qanunsuz məhdudlaşdırılmasına imkan verilməməsi prokurorun qanunla nəzərdə tutulmuş vəzifələrinin əsasını təşkil edir.

İbtidai araşdırmaya prosessual rəhbərliyinin məqsədi istintaqın yüksək peşəkarlıq səviyyəsində aparılmasının, qanun pozuntularına yol verilməsinin qarşısının alınmasının, cinayət əməli törətmiş hər bir şəxsin ifşa edilərək cinayət məsuliyyətinə cəlb edilməsinin, təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməməsinin, cinayət işlərinin tam və obyektiv araşdırılmasının təmin edilməsindən ibarətdir.

Qeyd edilməlidir ki, ibtidai araşdırmaya prosessual rəhbərlik istintaq orqanlarının fəaliyyətinin qanuniliyini təmin etməyin mühüm üsulu olmaqla prokurorluğun qarşısında duran əsas vəzifələrdən biri ibtidai araşdırma mərhələsində qanunların düzgün icra edilməsinə tam və effektiv nəzarətin həyata keçirilməsini təmin edəcək mexanizmin təkmilləşdirilməsindən ibarətdir.

Bununla yanaşı, cinayət prosesində prokurorun əsas funksiyalarından biri də cinayət barədə məlumat daxil olduğu andan işin məhkəməyə göndərildiyi vaxta qədər təhqiqat və ibtidai istintaq orqanlarının qanunlara əməl etməsi vəziyyətini izləməyə imkan verən prokuror nəzarəti fəaliyyətidir. Bu proses zamanı qanun pozuntularının qarşısını almaq, onları müəyyən etmək və aradan qaldırmaq, təhqiqat və istintaq orqanlarının qanunsuz hərəkətləri ilə fiziki şəxslərin pozulmuş hüquqları və qanuni mənafelərini bərpa etmək üçün prokurora qanunvericiliklə geniş səlahiyyətlər verilmişdir.

Prokurorluq, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, gömrük, vergi, dövlət sərhəd və fövqəladə hallar orqanlarının prosessual fəaliyyətlərinin qanunauyğunluğunun təmin olunmasına yönəlmiş prokuror nəzarəti institutu cinayətkarlıqla mübarizədə və cinayət işləri üzrə aparılan ibtidai araşdırmada qanunçuluq prinsipinin möhkəmləndirilməsinə geniş imkan yaradır.

Ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinə uyğun olaraq prokurorluq orqanlarında müsabiqə yolu ilə işə qəbulun həyata keçirilməsi kadr tərkibinin şəffaf prosedurlar əsasında hərtərəfli biliyə və yüksək mənəvi keyfiyyətlərə malik, dövlətçilik ideyalarına sədaqətləri ilə seçilən gənc mütəxəssislər hesabına komplektləşdirilməsi üçün geniş imkanlar yaratmışdır.

Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq, Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə, tam aşkarlıq şəraitində və şəffaf prosedurlar əsasında, dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları və beynəlxalq təşkilatlar, eləcə də kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə 2002-ci ildən başlayaraq keçirilən 21 müsabiqə əsasında hazırda prokurorluq işçilərinin 70 faizini təşkil edən gənc hüquqşünasların işə qəbul edilməsi aparılan uğurlu islahatların məntiqi nəticəsi olmuşdur.

Dövlət başçısının mayın 1-də Baş prokuror vəzifəsinə yeni təyinatla əlaqədar qəbul edərkən səsləndirdiyi "Həm bu gün fəaliyyətdə olan kadrların peşəkarlığının təkmilləşdirilməsi üçün əlavə tədbirlər görülməlidir, həm də prokurorluq orqanlarına yeni qəbul olunacaq işçilər yüksək peşəkarlığa malik olmalıdırlar” tövsiyəsi əsas götürülməklə qısa müddət ərzində aparılmış kadr islahatları nəticəsində müasir çağırışlara cavab verən və yüksək peşəkarlıqları ilə seçilən 100-dən artıq prokurorluq işçisi, o cümlədən dövlətimiz tərəfindən həyata keçirilən gender bərabərliyi siyasətinin uğurlu davamı kimi 8 qadın əməkdaş rəhbər vəzifələrə təyin edilmişlər.

Bununla yanaşı, təəssüflə qeyd etməliyəm ki, ötən peşə bayramından keçən dövr ərzində öz fəaliyyətini müasir tələblər səviyyəsində qura bilməyən, prokurorluq işçisinə yaraşmayan hərəkətlərə, xidməti intizamın kobud pozuntusuna yol verən və vəzifələrini layiqincə yerinə yetirə bilməyən, nəzəri və peşə hazırlığını artırmaq üçün səy göstərməyən 52 əməkdaş intizam məsuliyyətinə cəlb olunmuş, onlardan 8-i tutduğu vəzifədən azad edilmiş, 4-ü isə prokurorluq orqanlarından xaric olunmuşdur.

Prokurorluğun kadr korpusunun keyfiyyətinin artırılması və vəzifədə irəli çəkilmə üçün kadr ehtiyatının formalaşdırılması, müxtəlif nəsil prokurorluq işçiləri arasında sağlam varisliyin təmini, perspektivli gənc mütəxəssislər hesabına yenilənmə, kadr siyasətinin günün tələbləri, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla ədalət və şəffaflıq meyarları əsasında həyata keçirilməsi prioritet hədəflərdir.

Diqqətə çatdırmalıyam ki, hüquqi biliklərlə yanaşı, geniş dünyagörüşünə, xüsusilə xarici dil biliklərinə yiyələnmiş mənəvi keyfiyyətləri ilə seçilən gənc hüquqşünasların prokurorluq orqanlarında işləmək arzusunu reallaşdırmaq məqsədilə 80 ştat vahidi üzrə cari ildə elan edilmiş müsabiqə ilə bağlı sənəd qəbulu davam etdirilir.

Eyni zamanda 2020-ci ilin ölkəmizdə "Könüllülər ili” elan edilməsi ilə əlaqədar "könüllülük hərəkatının” prokurorluqda da davamlılığının təmin olunması məqsədilə hüquqşünaslıq ixtisası üzrə ali təhsil müəssisələrində təhsil alan gənclərin institusional bacarıqlarının artırılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili üçün 162 tələbənin ictimai köməkçi qismində prokurorluq orqanlarının fəaliyyətinə cəlb edilməsi təmin edilmişdir.

Prokurorluq orqanlarının fəaliyyətinin elmi-nəzəri təminatının gücləndirilməsi, hüquq elminin inkişafı və Avropa hüquq təcrübəsinin tətbiqi ilə əlaqədar prokurorluq işçilərinin nəzəri biliklərinin, peşə hazırlığının artırılması vacib istiqamətlərdən biridir.

Prokurorluq orqanlarına həvalə edilmiş vəzifələrin həyata keçirilməsinə elmi-metodiki köməklik göstərilməsi məqsədilə yaradılmış Baş prokuror yanında Elmi-Məsləhət Şurasının fəaliyyəti bu cəhətdən mühüm əhəmiyyət kəsb edir.

Prokurorluq işçiləri ilə yanaşı, hüquqşünas alimlər, dövlət qurumlarının əməkdaşları və digər mühafizə hüquq orqanlarının təcrübəli işçilərindən ibarət şura ibtidai araşdırmanın aparılması və dövlət ittihamının müdafiəsi üzrə vahid təcrübənin formalaşdırılmasını, qanunların icra və tətbiq olunmasına prokuror nəzarətinin, hüquqyaradıcı və hüquqtətbiqedici fəaliyyətin elmi-nəzəri əsaslarının müəyyən edilməsini təmin edəcəkdir.

Prokurorluq orqanlarında tədrisin təşkili fəaliyyətinin qabaqcıl beynəlxalq təcrübə əsasında müasirləşdirilməsini təmin etmək məqsədilə ölkəmizin aparıcı elm və təhsil, eləcə də bu sahədə qabaqcıl təcrübəsi olan ölkələrin tədris müəssisələri, hüquq mühafizə orqanlarının akademiyaları ilə işgüzar əlaqələrin qurulması və daha da inkişaf etdirilməsi üçün zəruri tədbirlər görülməkdədir.

Ölkəmizin dünya birliyinə inteqrasiyası, artan qloballaşma meyilləri və informasiya texnologiyalarının sürətli inkişafı fonunda cinayətkarlığın yeni formalarının qarşısının dövlətlərin birgə səyi nəticəsində alınmasının mümkünlüyü hüquq mühafizə orqanlarının, o cümlədən Azərbaycan Respublikası Prokurorluğunun digər ölkələrin müvafiq qurumları ilə sıx əməkdaşlıq etməsini, beynəlxalq təşkilatlarda iştirakını zəruri edir.

Beynəlxalq qurumlarla və tərəfdaşlarla əlaqələrin inkişafına mühüm əhəmiyyət verilərək ekstradisiya, hüquqi yardım və digər sahələr üzrə beynəlxalq müqavilə və konvensiyalarda təsbit edilmiş öhdəliklərin icrasında öz səlahiyyətləri çərçivəsində fəal iştirak edən prokurorluq orqanları tərəfindən əməkdaşlığın genişləndirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi davam etdirilmişdir.

Koronavirus pandemiyasının yaratdığı məhdudiyyətlərə baxmayaraq, ötən illərdə olduğu kimi, müxtəlif beynəlxalq təşkilatlarla - Beynəlxalq Prokurorlar Assosiasiyası (IAP), BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO), Beynəlxalq Antikorrupsiya Akademiyası (IACA) və digərləri, eləcə də bir çox ölkələrin prokurorluq orqanları ilə əməkdaşlıq uğurla davam etdirilmiş, prokurorluq işçiləri videoformat rejimində çoxsaylı tədbirlərdə iştirak etməklə ölkəmizi təmsil etmişlər.

Qeyd edilməlidir ki, pandemiyanın digər sahələrdə olduğu kimi, xüsusilə ekstradisiya məsələlərində çətinliklər yaratdığı bir zamanda prokurorluq orqanları tərəfindən digər aidiyyəti qurumlarla birgə zəruri tədbirlər görülərək cinayət törətməklə istintaqdan gizlənmiş şəxslərin Azərbaycana ekstradisiya olunmaları təmin edilmişdir.

Azərbaycan Respublikasının beynəlxalq aləmdə mövqeyinin möhkəmləndiyi, ikitərəfli və regional əməkdaşlıq sahəsində böyük uğurlar əldə edildiyi bir şəraitdə ölkə prokurorluğunun beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi, dünya dövlətlərinin prokurorluq orqanları və nüfuzlu beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsi davam etdiriləcəkdir.

Günümüzün prokurorluq orqanları qarşımızda duran mühüm vəzifələrin əhəmiyyətini anlayaraq "Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş əsas fəaliyyət istiqamətləri üzrə səmərəliliyə və operativliyə nail olunmasını, müasir və mütərəqqi standartların tələblərinə əməl edilməklə şəffaflığın ən yüksək səviyyədə təminini diqqət mərkəzində saxlamaqla işin keyfiyyətcə yeni mərhələyə qalxmasını və daha çevik yerinə yetirilməsini əsas tələblər kimi müəyyənləşdirmişdir.

Prokurorluğun üzərinə qoyulan vəzifələrin icrası istiqamətində insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, cəzanın labüdlüyü prinsipinin təmin olunması, vətəndaşların pozulmuş hüquqların təxirə salınmadan bərpası üçün effektiv fəaliyyət mexanizminin qurulması üçün zəruri tədbirlər həyata keçirilməkdədir.

Prokurorluq işçiləri bundan sonra da ölkəmizdə həyata keçirilən hüquqi dövlət quruculuğu prosesində, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində fəal iştirak edərək, ictimai-siyasi sabitliyin və dövlətçiliyimizin qorunması, qanunçuluğun və təhlükəsizliyin möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının təmin edilməsi naminə tam gücləri ilə işləyərək dövlətimizin daha da inkişafına xidmət göstərəcəklər.

Sonda dövlət başçısını və Azərbaycan xalqını əmin etmək istəyirəm ki, prokurorluq orqanları millətimizin vətən müharibəsi üçün səfərbər olduğu belə bir həssas və çətin dönəmdə üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək, ordumuza və dinc əhaliyə qarşı cinayətlər törətmiş təxribatçı erməni birləşmələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri üçün bütün imkanlardan istifadə olunmaqla lazımi tədbirlərin görülməsini təmin edəcəklər.

Kamran ƏLİYEV,

Azərbaycan Respublikasının Baş prokuroru,

II dərəcəli dövlət ədliyyə müşaviri





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM