Alternative content

09:58 20 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
08:23 20.10.2020 Cəbhədə son vəziyyət
00:41 20.10.2020 BİLDİRİŞ
00:41 20.10.2020 E l a n
00:39 20.10.2020 BİLDİRİŞ
00:39 20.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əmrinizə müntəzirik, cənab Ali Baş Komandan!
Əmrinizə müntəzirik, cənab Ali Baş Komandan!
ANA SƏHİFƏ / SİYASƏT
01:19 01.10.2020


Böyük qələbənin sevinci hərbçi peşəsini özlərinə ömür yolu seçən gənc kursantların döyüş əzmini daha da yüksəltdi


Ermənistan silahlı birləşmələrinin təmas xəttindəki təxribatlarına qarşı əks-hücumla cavab verən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirdi.

Aprel, Günnüt və Tovuz zəfərlərindən sonra ordumuz son iki gündə həyata keçirdiyi genişmiqyaslı əməliyyatlarla tarixləşən qələbə qazandı. İşğal altında olan kəndlərimiz, vacib yüksəkliklərimiz düşmən tapdağından təmizləndi. Bu gün Azərbaycan xalqı bu tarixi zəfərin sevincini yaşayır və davam edən hərbi əməliyyatlarda Ordumuza inanır, güvənir.


Vətənə, dövlətə və xalqa sədaqətlə xidmət


O ordu qüdrətlidir ki, onun sıralarında peşəkar və sağlam mənəviyyata malik olan vətənpərvər əsgərlər, zabitlər xidmət edir. Ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir. Hərbçi vətənpərvərlik duyğusunu, Vətənə, torpağa, müstəqil dövlətə, xalqa sədaqət hissini hər şeydən üstün tutmalıdır.

Zabit adını daşımaq isə böyük məsuliyyətdir. Peşə vərdişi, fiziki və nəzəri hazırlığı ilə bərabər zabit həm də mənəvi keyfiyyətləri ilə seçilməli, tariximizi, dəyərlərimizi və qəhrəmanlıq ənənələrimizi mükəmməl öyrənməli, rəhbərlik etdiyi şəxsi heyətin bu əsasda mənəvi-psixoloji hazırlığına nail olmalıdır.

Azərbaycanın qüdrətli ordusunda xidmət edən zabitlərin qarşısında bir əsas vəzifə durur: Təhsil aldıqları hərbi liseylərin, akademiyaların adına layiq peşəkar hərbi qulluqçu kimi yetişmək və Vətənə, dövlətə, xalqa sədaqətlə xidmət etmək.

Elə Heydər Əliyev adına Ali Hərbi Məktəbin gənc kursantları, gələcəyin zabitləri də Vətənə, dövlətə sədaqət andı içərək Azərbaycan mənafeyini, ərazi bütövlüyü və müstəqilliyini şərəflə qoruyacaqlarını, bundan ötrü qanlarını, canlarını əsirgəməyəcəklərini bəyan etdilər.

Andiçmə mərasimində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra hərbi orkestrin müşayiəti ilə şəxsi heyətin ifasında Dövlət himni səsləndirildi, məktəbin döyüş bayrağı təntənəli surətdə sıra meydanına gətirildi.

Təntənəli mərasimdə çıxış edən məktəbin rəis müavini, polkovnik Emin Səfərov hərbi andı qəbul edən kursantları təbrik etdi, daim Vətənin keşiyində cəsarətlə dayanmağı, çətin və şərəfli hərbi xidmətdə uğurlar arzuladı.

Qeyd edildi ki, hərbçi peşəsini özlərinə ömür yolu seçən gənc kursantlar ali məktəbdə təhsili və nizam-intizamı ilə seçilməlidirlər. Kursantlar burada hərb sənətinə dərindən yiyələnəcək, yeni texnologiyaları, müasir silahları, hərbi texnikanı mükəmməl mənimsəyəcək, dünyagörüşlərini daim artıracaqlar.

Ulu Öndərin Azərbaycanda başlatdığı hərbi quruculuq siyasəti bu gün Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, hazırda Azərbaycan bölgənin ən güclü ordusuna sahibdir və Silahlı Qüvvələrimiz istənilən döyüş tapşırıqlarını yerinə yetirməyə qadirdi. Ordumuzun son uğurlu əməliyyatları da bunu bir daha təsdiqləyir.

Bununla yanaşı, dövlət başçısının tapşırığına uyğun olaraq ordumuz mütəmadi olaraq genişmiqyaslı təlimlər keçirir. Müharibə şəraitində yaşadığımız bir vaxtda ordumuzun daha da güclənməsi ən ümdə vəzifədir. Bu məqsədlə son illərdə Silahlı Qüvvələrimizə böyük maliyyə vəsaiti ayrılır, yeni hərbi hissələr tikilərək istifadəyə verilir, bununla da ordumuzun maddi-texniki bazası daim gücləndirilir.

Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpaqlarıdır və biz mütləq öz yurdumuza qayıdacağıq. Dağıdılmış bütün abidələr və evlər yenidən bərpa ediləcək, adları dəyişdirilmiş kəndlərimizə öz əsl adları qaytarılacaq.

Polkovnik vurğuladı ki, sədaqətli olmaq Vətən və xalq qarşısında borcunu şərəflə, vicdanla, fədakarlıqla yerinə yetirmək deməkdir. Məktəbin məzunu olmuş yüzlərlə zabitin döyüş meydanlarında göstərdikləri hünər və rəşadət məhz Vətənə sədaqət duyğusundan güc alıb. Onların bir qismi canlarını fəda edib, qəhrəmanlıq zirvəsinə ucalıblar. Ərazi bötüvlüyümüz uğrunda gedən döyüşlərdə göstərdikləri qəhrəmanlığa görə məzunların çoxu Milli Qəhrəman və digər fəxri adlara layiq görülüblər. Məktəbin gənc kursantları da onların göstərdikləri igidlikdən nümunə götürməyə, Vətənə onlar kimi xidmət göstərməyə çalışırlar.

Ali məktəbin rəis müavini kursantların valideynlərinə də səsləndi: "Sədaqətli övladlar tərbiyə etdiyinizə, bu şərəfli yolu seçməkdə kömək göstərdiyinizə görə sizə təşəkkür edirəm və əmin edirəm ki, gənc kursantlarımızın doğma torpaqlarımıza layiqli zabit kimi yetişmələri üçün əlimizdən gələni edəcəyik”.


Güclü elmi-tədris bazası, yüksəkixtisaslı hərbi-pedaqoji heyət


Bu gün Ali Hərbi Məktəbdə kursantların zabit kimi hazırlanması üçün ən yüksək standartlara cavab verən şərait yaradılıb. Burada güclü elmi-tədris bazası və yüksək-ixtisaslı hərbi-pedaqoji heyət formalaşdırılıb. Məktəbin zabit-gizir, professor-müəllim heyəti gənc kursantların Vətənin layiqli müdafiəçiləri kimi yetişmələri üçün qabaqcıl təcrübədən və səmərəli metodlardan bacarıqla istifadə edirlər.

Hazırda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində 23 hərbi ixtisas üzrə zabitlər hazırlanır. Məktəbin məzunlarına təhsil aldıqları ixtisaslara uyğun bakalavr diplomu və leytenant hərbi rütbəsi verilir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ordu quruculuğu sahəsində görülən işlər Silahlı Qüvvələrimizi yeni inkişaf mərhələsinə yüksəltməklə yanaşı, həm də dövlət-xalq-ordu birliyini daha da möhkəmləndirir. Hərbi qulluqçuların xidməti və yaşayışı üçün hərtərəfli şərait yaradılır, infrastruktur yenilənir, maddi-texniki təminat gücləndirilir.

Nümunəvi hərbi tədris sistemi, möhkəm maddi-texniki baza, ixtisaslı hərbçi kadrların hazırlanması üçün lazımi imkanların getdikcə artması da məktəbə qəbul olunmaq üçün müraciət edənlərin sayının ilbəil çoxalmasına səbəb olan reallıqdır.

Əminliklə deyə bilərik ki, gənc kursantlar Ulu Öndər Heydər Əliyevin adını daşıyan hərbi məktəbin şərəfini daim uca tutacaq, qarşıdakı təhsil illərində də yüksək bilik və hərbi intizamla öndə gedəcəklər.


Hər bir zəfər qələbə ruhunu dönməz edir


Azərbaycan Ordusunun son zəfəri, işğal altında olan 7 kəndimizin, Murovdağ yüksəkliyinin azad edilməsi, əlbəttə ki, gənc kursantlarımızı da qürurlandırıb və onların böyük sevincinə səbəb olub. Ordumuzun belə zəfərləri ilk növbədə, gələcəyin zabitlərinin vətənpərvərlik hissini, döyüş əzmini yüksəldir.

Ali Baş Komandan, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, ölkəmizdə qismən səfərbərlik elan edilib. Qürurludur ki, hər bir hərbi mükəlləfiyyətli bu gün ordu sıralarına qoşularaq böyük qələbənin iştirakçısı, həm də müjdəçisi olmaq istəyir.

Hər bir zəfər qələbə ruhunu yüksəldir. Bu gün Silahlı Qüvvələrimizin bütün hərbi qulluqçuları, hərbi məktəblərin gənc kursantları Ali Baş Komandanın döyüş əmrini qələbəylə tamamlamağa, torpaqlarımızı tamamilə işğaldan azad etməyə hazırdırlar və Ordumuz Böyük Qələbəni qazanmağa qadirdi. Ordumuzun zəfəri isə bir daha göstərdi ki, bayrağımızın Şuşada dalğalanacağı günə çox yaxınıq.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM