Alternative content

17:29 30 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan ilə İsveç arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Azərbaycan ilə İsveç arasında əməkdaşlıq məsələləri müzakirə olunub
ANA SƏHİFƏ / SİYASƏT
01:16 01.10.2020


Sentyabrın 30-da Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun İsveç Krallığının Xarici İşlər naziri Ann Linde ilə videokonfrans formatında görüşü olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, nazir Ceyhun Bayramov İsveç Xarici İşlər nazirinin bölgəyə planlaşdırılan səfərinin təxirə salındığı üçün videokonfrans formatında görüşün keçirildiyini qeyd edib, bu görüşün həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlərin müzakirəsi üçün faydalı olacağını bildirib.

İsveçli nazir Azərbaycana səfərinin noyabr ayına təxirə salındığını qeyd edib və iki ölkə arasındakı münasibətlərlə yanaşı, İsveçin ATƏT-də qarşıdan gələn sədrliyi ilə əlaqədar məsələlərin gələcək səfər çərçivəsində daha ətraflı müzakirəsi imkanının olacağını ifadə edib. Görüşdə nazirlər Azərbaycan ilə İsveç arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişafını qeyd edib, əlaqələrin genişləndirilməsi üçün mövcud potensialdan tam istifadə olunmasının əhəmiyyətini vurğulayıblar. Xüsusilə ticarət sahəsində əməkdaşlığın inkişafı, o cümlədən insanlar arasında əlaqələrin genişləndirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bölgədə yaşanan gərginliklə bağlı narahatlığını ifadə edən nazir Ann Linde sülhün təmin olunmasının vacibliyi bildirib və hazırkı vəziyyəti sorğu edib.

Nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin ağır nəticələri ilə bağlı həmkarına məlumat verib, münaqişənin həllinin əsasını təşkil edən qərar və qətnamələr, o cümlədən BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərini diqqətə çatdırıb. Ermənistan rəhbərliyinin son zamanlar sərgilədiyi təxribatçı fəaliyyəti, o cümlədən cari il iyulun 12-16-da Ermənistanın iki dövlətin sərhədində hücum cəhdi, avqustun 23-də diversiya-kəşfiyyat qrupunun təxribatı, Azərbaycan işğal edilmiş ərazilərində həyata keçirilən qanunsuz fəaliyyət, eləcə də digər təhrikçi bəyanat və açıqlamaları barədə İsveç nazirini məlumatlandırıb. Bölgədə davamlı sülhün və təhlükəsizliyin təmin olunması üçün Ermənistanın silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən dərhal çıxarılmasının zəruriliyi bildirilib.

Nazir Ann Linde İsveçin münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu və ATƏT-in Minsk qrupunun səylərini dəstəklədiyini qeyd edib. Dövlətlərin Helsinki Yekun Aktının başlıca prinsiplərinə hörmət etməsinin vacibliyi ifadə olunub.

Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM