01 Oktyabr 2020 01:15
421
SİYASƏT
A- A+

İƏT Parlament İttifaqı Ermənistanın Azərbaycana qarşı təcavüz və işğal siyasətini qətiyyətlə qınayır


Milli Məclisin Sədri Sahibə Qafarova sentyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən cəbhə xəttində hərbi təxribatların törədilməsi ilə əlaqədar İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqına (İƏT Pİ) məktub göndərib.

İƏT Parlament İttifaqı həmin məktubu öz rəsmi saytında yerləşdirərək Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş təxribatları qətiyyətlə pisləyib və bütün üzv dövlətlərin Ermənistanın növbəti təcavüz aktı barədə məlumatlanması üçün şərait yaradıb. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bununla yanaşı, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının Baş katibi Muhammed Xurayçi Niyas Azərbaycan Parlamentinin Spikeri Sahibə Qafarovaya cavab məktubu göndərərək qurumun dəstəyini ifadə edib. Vurğulayıb ki, İƏT Pİ müxtəlif konfranslarda qəbul etdiyi bütün qətnamələrində münaqişənin Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü çərçivəsində, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipi əsasında ədalətli həllini həmişə dəstəkləyib.

Məktubda bildirilir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Ermənistanın Azərbaycana qarşı təcavüz və işğal siyasətini qətiyyətlə qınayır, işğalçılara qarşı Azərbaycan ilə tam həmrəyliyini bəyan edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video