Alternative content

17:54 30 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dinc tərtərlilər atəş altındadır
Dinc tərtərlilər atəş altındadır
ANA SƏHİFƏ / SİYASƏT
01:14 01.10.2020


Azərbaycan əsgərinin qarşısından qaçan erməni qatillərinin gücü silahsız əhaliyə çatır


Bu gün Tərtər cəbhənin qaynar nöqtələrindəndir. Bölgədə ağır döyüşlər gedir. Ordumuz düşmən mövqelərinə sarsıdıcı zərbələr vurur, qarşı tərəfi canlı qüvvə və hərbi texnika sarıdan ağır itkilərə məruz qoyur. Ermənistan silahlı qüvvələri döyüş meydanında düçar olduqları məğlubiyyətin əvəzini çıxarmaq üçün öz dəyişməz faşist xislətlərinə uyğun olaraq yaşayış məntəqələrini, sosial obyektləri, mülki əhalini hədəfə alırlar.

Tərtər şəhərinə, cəbhəboyu kəndlərə intensiv artilleriya atəşləri açırlar. Təbii ki, heç bir müharibə qanunlarına sığmayan bu azğınlıq kütləvi dağıntılarla, mülki əhali arasında itkilərlə nəticələnir.

Sentyabrın 29-da səhər saatlarında Tərtərdə olduq. Şəhərdə əhali də, nəqliyyat da seyrək idi. Təbii ki, bu, təhlükəsizlik baxımından görülən tədbir kimi başa düşüləndir. Biz şəhərdə, kəndlərdə real vəziyyətlə tanış olarkən də yaxın ərazilərə artilleriya mərmilərinin düşdüyünü müşahidə etdik.

Rayon icra hakimiyyəti yanında, Fövqəladə hallar komissiyası bu günlər gərgin işləyir. Əhaliyə vurulan zərərin öyrənilməsi, ehtiyacı olanlara kömək edilməsi, zəruri qayğı və diqqət göstərilməsi üçün operativ tədbirlər görülür.

Şəhərin Bəsti Bağırova küçəsində Elxan Rüstəmovun evinə düşən artilleriya mərmisi bir ailənin yuvasını yararsız hala salıb. Elxan Rüstəmov:

- Xoşbəxtlikdən ailə üzvlərimizdən zərər çəkən olmadı. Dəyən ziyana baxmayaraq mənim üçün böyük təsəlli və qürurvericidir ki, ordumuz inamla irəliləyir. Qəhrəman Azərbaycan əsgəri 30 ilə yaxındır ki, erməni işğalında qalan torpaqlarımızın azad edilməsi üçün uğurlu əməliyyatları əzmlə davam etdirir. İnanın, səmimi deyirəm, xəcalətimdən Murov dağına baxa bilmirdim. İndi ordumuzun hünəri ilə o yüksəklikdə üçrəngli Azərbaycan bayrağı dalğalanır. Əlbəttə, bu, son deyil. İgid oğullarımız bütöv Qarabağı işğaldan azad edərək sındırılmış qürurumuzu özümüzə qaytaracaqlar. Biz Ali Baş Komandanımızın siyasi iradəsinə, ordumuzun gücünə güvənirik. O ki qaldı evimizin dağılmasına, ona görə üzülmürük. Təki vətənimiz var olsun, bütöv olsun.

Mülki əhalini hədəf alan erməni faşistlərinin insanlıqdan uzaq əməlləri hər kəsdə nifrət və ikrah hissi doğurur. Tərtər şəhərinin qərbində bir neçə il əvvəllər qaçqın və məcburi köçkünlər üçün çoxmərtəbəli binalardan ibarət yeni şəhərcik salınmışdır. Erməni işğalı nəticəsində Qarabağın müxtəlif bölgələrindən didərgin salınmış soydaşlarımız burada müvəqqəti olsa da, - Şıxarx qəsəbəsində rahatlığa qovumuşdular. Ermənistan ordusu məhz bu yaşayış məhəlləsini də hədəf almış, əraziyə bir neçə artilleriya atəşi açmışdır. Nəticədə yaşayış binalarına ciddi ziyan dəymiş, evlər yararsız vəziyyətə düşmüşdür. Təəssüf doğuran odur ki, atılan mərmilərdən biri qəsəbəyə vəziyyətlə tanış olmağa gələn Tərtərin Poladlı kənd sakinləri Xaliq və Elşən Abbasov qardaşlarının həyatına son qoymuşdur. Şıxarx qəsəbəsində məskunlaşmış ağdamlı məcburi köçkün Sabir Əsədov da artilleriya atəşi nəticəsində həlak olmuşdur.

Düşmən cəbhəsindən Tərtər şəhərinə atılan artilleriya mərmilərindən biri də məhkəmənin yaxınlığına düşmüşdür. Bu zaman ərazidən keçən Tərtər şəhər sakini, 1976-cı il təvəllüdlü Əliyev Mehman yaxınlıqda partlayan mərminin qəlpəsindən ağır xəsarət alaraq hadisə yerində həlak olmuşdur. Həmçinin ətrafa yayılan çoxsaylı qəlpələr yoldan keçən təcili yardım maşının dəlik-deşik etmişdir. Ağır yaralanan sürücü idarəetməni itirdiyindən maşını yol kənarındakı ağaca çırpmış, nəticədə maşındakı digər iki nəfər də xəsarət almışdır.

Öyrənirik ki, döyüşlər başlayandan bəri Tərtər şəhərində və kəndlərdə 50-dən çox ev düşmən atəşi ilə dağılmışdır. Qaynaq, Səhləbad, İlxıçılar kəndlərində daha çox ev zərər çəkmişdir.

Atəş səslərini arxada qoyaraq Tərtərdən ayrılırıq. Yaddaşıma həkk olunan, ürək dağlayan mənzərələr xəyalımdan çəkilmir. Ən böyük təsəlli isə odur ki, şanlı Ordumuz başladığı zəfər yürüşünü tezliklə, həm də tam qələbə ilə başa çatdıracaq, işğal altındakı torpaqlarımız azad ediləcək, varlığımıza uzun illər boyu həsrət qaldığımız bir rahatlıq, məmnunluq hopacaq. Amma bir sual rahatlığımı tamam pozur - belə müharibə aparmaq olarmı? Müharibədə əsgər əsgərlərlə döyüşər, sonda güclü qalib gələr. Bəs erməni silahlılarının hədəf götürdüyü dinc əhalinin, körpə uşaqların, ixtiyar qocaların günahı nədir? Heç şübhəsiz, erməni faşistləri nə zamansa bu suallara cavab vermək zorunda qalacaqlar.

Lazım QULİYEV,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM