30 Sentyabr 2020 23:05
1548
Təhsil
A- A+

Ümumi təhsilin dövlət standartlarında dəyişiklik edilib


Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramlar (kurikulumları)”nın təsdiq edilməsi haqqında” 2010-cu il 3 iyun tarixli qərarında dəyişiklik edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə nazirlər Kabineti qərar qəbul edib.

Qərara əsasən Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları aşağıdakıları müəyyən edir:

- ümumi təhsilin məzmununu;

- ümumi təhsilin idarə olunmasını;

- ümumi təhsilin maddi-texniki və tədris bazasını;

- ümumi təhsilin infrastrukturunu;

- ümumi təhsil sistemində təhsilverənlərin keyfiyyət göstəricilərini; stəricilərini;

- ümumi təhsil pilləsində təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsini;

- ümumi təhsil pilləsində təhsilalanlarda formalaşdırılan səriştələri;

- ümumi təhsilin səviyyələrində tədris edilən məşğələ və fənləri;

- məktəbəhazırlıqda, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrində tədris edilən məşğələ və fənlər üzrə ümumi təlimin nəticələrini;

- tam orta təhsil səviyyəsində təhsilin təşkilini;

- ümumi təhsilin səviyyələri üzrə həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının ümumi miqdarını;

- ümumi təhsilin təşkilinə verilən ümumi pedaqoji tələbləri;

- ümumi təhsil sistemində şagird nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi sistemini.

Dövlət standartları məktəbəhazırlıq və ümumi təhsil fənləri üzrə məzmun standartlarının və kurikulumların hazırlanmasında əsas götürülür. Dövlət standartları 5 il müddətinə qüvvədədir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video