30 Sentyabr 2020 21:16
528
CƏMİYYƏT
A- A+

Lənkəranlı gənclər yüksək əhval-ruhiyyə ilə Vətənin müdafiəsinə yola düşüblər


Ermənistan silahlı qüvvələrinin cəbhəboyu ərazilərimizdə törətdiyi təxribatın qarşısının alınması, torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanın müvafiq Sərəncamı ilə ölkəmizdə qismən səfərbərlik elan olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölkəmizin bütün bölgələrində olduğu kimi, cənub bölgəsinin gəncləri də yüksək əhval-ruhiyyə ilə Vətənin müdafiəsinə yola düşürlər. Lənkəranda qismən səfərbərliklə əlaqədar keçirilən mərasimdə bunun bir daha şahidi olduq.

Ermənistan silahlı qüvvələrinin cəbhə xətti zonasında yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi növbəti dəfə intensiv atəşə tutmasına və təcavüzkar əməllərini davam etdirməsinə cavab olaraq ordu sıralarına çağırılanlar canla-başla çağırışı qəbul edirlər. Çağırışçılarla yanaşı, könüllü döyüşmək istəyənlərin də müraciətləri böyük ruh yüksəkliyindən xəbər verir.

Cənub bölgəsinin qəhrəman döyüşçülər yetişdirən rayonlarından olan Lənkəranda qismən səfərbərliyə cəlb edilmiş vətəndaşlar könüllü olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək üçün böyük ruh yüksəkliyi və coşqu ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbəsinə üz tuturlar.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran Rayon Şöbəsinə gün ərzində yüzlərlə müraciət daxil olur. Hərbi vəzifəlilərin, onları yola salan valideyn və yaxınlarının ruh yüksəkliyi bir daha onu göstərir ki, xalqımız işğal olunmuş ərazilərimizi düşməndən azad etmək üçün ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlarla qürur duyur, Ali Baş Komandanın Sərəncamını təntənə ilə qarşılayır.

Cəbhəyə yola düşən könüllülərdən bir neçəsi düşüncələrini bizimlə də bölüşdülər.

Murad Rəhimov: "Qarabağ ermənilərin yurdu deyil. Bu torpaq bizim ata-babaların Vətənidir. Erməniləri məhv etmək üçün ikinci dəfə könüllü olaraq hərbi xidmətə yollanıram. Vətəni müdafiə etmək hər bir azərbaycanlının müqəddəs borcudur. Mən də onlardan biriyəm. Torpaqlarımız azad olunanadək sön nəfəsimədək döyüşməyə hazıram”.

Valideyn Xanağa Ağayev: "Mən Aprel döyüşlərində iştirak etmişəm. Nəvəm bu gün döyüşdədir. Oğlumu da könüllü yola salıram. Azərbaycan torpağında erməni qalmamalıdır”.

Arzuman Zəkiyev:"35 yaşım var. Döyüş bölgələrində hərbi xidmətdə olmuşam. Ön xəttə getmək üçün ikinci dəfə könüllü yazılmışam. Vətənim uğrunda son damla qanımıza qədər vuruşmağa hazıram. Qələbə bizimlədir”.

Valideyn Rafiq Kərimov: "İki övladım hərbi xidmətdədir. İkisi də cəbhə bölgəsində. Övladlarımla fəxr edirəm. Özüm də Vətəni qorumağa hər an hazıram. Qoy erməni işğalçıları, terroristləri rədd olub getsinlər Vətənimizdən. Qarabağ Azərbaycandır!”

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə gələn hərbi vəzifəlilər qələbə şüarları və alqış sədaları ilə cəbhəyə yola salınıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video