30 Sentyabr 2020 20:45
483
SİYASƏT
A- A+

Almaniyanın “Nitro” jurnalında Ermənistan-Azərbaycan münaqişəsinin alovlanmasına dair məqalə dərc edilib


Almaniyanın tanınmış "Nitro” jurnalının internet səhifəsində "Dağlıq Qarabağ: Diplomatiyanın sonu müharibə gətirdi” adlı məqalə yayılıb.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan ərazisi olan və Ermənistanın işğal etdiyi Dağlıq Qarabağda bir neçə gündür şiddətli döyüşlərin getdiyi bildirilir. Almaniya parlamentində Cənubi Qafqaz parlament qrupunun rəhbəri Barbara Hendriks "Deutsche Welle" üçün müsahibəsində bildirib ki, ən böyük problem Ermənistanın beynəlxalq hüquqa uyğun şəkildə hərəkət etməyə heç zaman razılıq verməməsidir: "Mən kimin indiki vəziyyətin gərginləşməsi üçün cavabdeh olduğunu təhlil edə və deyə bilmərəm, lakin aydındır ki, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir”.

Politoloq Qurban Ələkbərov məqalədə münaqişənin niyə indiki dövrdə alovlanmasına aydınlıq gətirib. O qeyd edib ki, münaqişə barədə təsəvvür əldə etmək üçün 2019-cu ilin əvvəlindən bəri baş verən hadisələri nəzərdən keçirmək lazımdır. 2019-cu ilin mart ayında ABŞ-a səfər edən müdafiə naziri David Tonoyan diaspor ilə görüşündə Ermənistanın "səngər müdafiəsi" strategiyasından "hücum bacarıqlarını genişləndirən" "aktiv hücum" strategiyasına keçdiyini elan edib və bu strategiyanı "yeni ərazilər uğrunda yeni müharibə" kimi səciyyələndirib. Sonradan Nikol Paşinyan tərəfindən sülh danışıqlarının formatını dəyişdirmək cəhdi, işğal olunmuş ərazilərə səfəri və "Qarabağ Ermənistandır və nöqtə” kimi populist çıxışları həm Azərbaycan, həm beynəlxalq ictimaiyyət, həm də ATƏT-in Minsk qrupu tərəfindən tənqid olunub.

Politoloq məqalədə ötən dövr ərzində həm qoşunların təmas xəttində, həm də dövlət sərhədində baş verən insident və gərginliyə də nəzər salıb. Qeyd edilib ki, Ermənistanın son dövrlərdə regionda gərginlik ocağı yaratmağa cəhdi bir neçə məqsədə xidmət edə bilər. Hərbi və siyasi məqsədlərə xidmət edən faktorlar arasında, ilk növbədə, ölkə əhalisinin diqqətini COVID-19 pandemiyasının təsirləri nəticəsində ağırlaşan sosial-iqtisadi, maliyyə və siyasi böhrandan yayındırmaq, Azərbaycanın təşəbbüsçüsü olduğu Cənubi Qaz Dəhlizinin işə başlamasına az qalmış regionda vəziyyəti gərginləşdirməklə beynəlxalq müstəvidə bu layihəyə inamsızlıq yaratmaq və onun həyata keçirilməsini əngəlləmək və s. cəhdləri dayana bilər.

Məqalədə, həmçinin qeyd edilib ki, iyul döyüşlərindən sonra vəziyyətin yenidən sakitləşəcəyi ehtimal olunsa da, Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Araik Harutunyan media mənsublarının qarşısında erməni xalqına müraciət edərək, onu müharibəyə hazırlaşmağa, sülh danışıqları barədə müzakirələr aparmamağa çağırdı. İşğal olunmuş ərazilərin qeyri-qanuni məskunlaşdırılması, Livan ermənilərinin Qarabağa köçürülməsi və Qarabağla Ermənistan arasında yol infrastrukturunun inşası danışıqlar prosesi ətrafında vəziyyəti pozdu.

Politoloq məqalənin yekununda qeyd edib ki, Almaniya Minsk qrupunun üzvü kimi münaqişənin sülh yolu ilə həllində vasitəçilik edir, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dəfələrlə rəsmi şəkildə bəyan edib. Bununla belə Almaniya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kəskin mövqe nümayiş etdirmir.

Haynrix Böll Fondunun nümayəndəsi Ştefan Mayster "Tagesschau” üçün müsahibəsində bildirib ki, indiki qarşıdurmanın əsas məqsədi Azərbaycan rəhbərliyinin getdikcə artan narazılığıdır. Belə ki, bütün beynəlxalq formatlar indiyədək münaqişənin həllinə mümkün etməyiblər və Ermənistan isə öz növbəsində, münaqişə bölgəsində faktlar yaratmaqla məşğuldur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video