30 Sentyabr 2020 20:37
1126
İDMAN
A- A+

Şəhriyar Məmmədyarov FIDE-nin reytinq siyahısında 4 pillə irəliləyib

 
Beynəlxalq Şahmat Federasiyası (FIDE) oktyabrın 1-nə olan reytinq siyahısını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, yeni reytinq siyahısına görə, Şəhriyar Məmmədyarov 4 pillə irəliləyərək 7-ci pillədə (2770) qərarlaşıb. Digər şahmatçımız Teymur Rəcəbov isə (2765) ilk 10-luğu qapayıb.

Şahmatçılarımız Qədir Hüseynov (2665, 73-cü yer) və Nicat Abasov (2664, 75-ci) iki pillə geriləyiblər. Rauf Məmmədov (2654) isə 91-93-cü yerləri bölüşür.

Siyahıda ilk üçlükdə hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen (2863), amerikalı Fabiano Karuana (2828) və çinli Liren Dinq (2791) qərarlaşıblar.

Qadınların reytinq cədvəlinə çinli Hou Yifan (2658) başçılıq edir. Hindistan şahmatçısı Humpi Koneru (2586) ikinci, rusiyalı Aleksandra Qoryaçkina (2582) isə üçüncüdür.

Qadın şahmatçılarımızdan Günay Məmmədzadə 2443 xalla 28-ci yerdədir. İlk yüzlükdə yer alan digər iki şahmatçımız - Gülnar Məmmədova (2382) 73-cü, Xanım Balacayeva (2376) 82-ci pillədə qərarlaşıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video