30 Sentyabr 2020 20:14
486
SİYASƏT
A- A+

Əlahiddə Ümumqoşun Ordunun ön xətdə yerləşən bölmələrində uğurlu döyüş növbətçiliyi aparılır

 
Bu gün Azərbaycan Ordusu döyüş meydanında öz sözünü deyir, xalqımıza qələbə sevinci yaşadır. Ordumuz uğurlu əks-hücum əməliyyatını davam etdirərkən blokada vəziyyətində yaşayan Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin qarantı olan Əlahiddə Ümumqoşun Ordunun ön xətdə yerləşən bölmələrində döyüş növbətçiliyi aparan hərbi qulluqçularımızın Vətən sevgisi, peşəkarlığı və ruh yüksəkliyi hər birimizi daha da qürurlandırır.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ordumuzun çətin dağlıq şəraitdə yerləşən bölmələrində əsgərlərimiz dövlət qayğısından və xalq-ordu birliyindən güc alaraq müdafiə mövqelərində nümunəvi xidmət aparırlar. Mürəkkəb dağlıq şəraitdə yerləşən bölmədə şəxsi heyət böyük ruh yüksəkliyinə və döyüş əzminə malikdir. Keçirilən məşğələlərdə ona təhkim edilmiş silahdan bacarıqla istifadə etməyi və düşmənin istənilən təxribatına layiqli cavab verməyi mənimsəyən hər bir əsgər peşəkar hərbçi kimi Vətənin müdafiəsində dayanır. Burada bir daha şahidi olursan ki, ayıq-sayıq döyüş növbətçiliyi aparan igid əsgərlərimiz düşmənin istənilən təxribatının qarşısını almağa daim hazırdırlar və buna qadirdirlər.

Şəxsi heyətlə söhbət zamanı əsgər Kənan Məmmədov deyib: "Mən və əsgər yoldaşlarım keçirilən məşğələlərdə hərbi anda sadiq peşəkar bir əsgər kimi yetişmişik. Gələcək döyüşlərdə meydandan qaçacaq yeganə əsgər düşmən əsgəri olacaq”.

Zabit Xanbaba Qurbanlı əsgərlərimizin yüksək döyüş əhval-ruhiyyəsində olduğunu bildirib: "Mövqelərdə aparılan döyüş növbətçiliyi hər zaman ayıq-sayıq təşkil olunur. Şəxsi heyətin döyüş hazırlığı yüksək səviyyədədir. Bu isə verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirməyə imkan verir”.

Zabit Ceyhun Məmişov Azərbaycan Ordusunun son günlərdə həyata keçirdiyi əks-hücum əməliyyatının şəxsi heyəti daha da ruhlandırdığını və bu əks-hücum əməliyyatının böyük Qələbə ilə nəticələnəcəyinə inandıqlarını vurğulayıb.

Göründüyü kimi, Əlahiddə Ümumqoşun Ordunun ön xətdəki bölmələrində uğurlu döyüş növbətçiliyi aparılır və qədim diyarımız Naxçıvan etibarlı müdafiə olunur. Təbii ki, bütün bunlara böyük ruh yüksəkliyi və Vətən eşqi ilə aparılan məqsədyönlü tədbirlər nəticəsində nail olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video