Alternative content

18:19 30 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Pakistan Senatı Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyib
Pakistan Senatı Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyib
ANA SƏHİFƏ / SİYASƏT
20:11 30.09.2020
 
Pakistan Senatının iqtidar və müxalifət partiyaları qruplarının rəhbərləri və digər senatorlar Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki obyektlərinə və hərbi mövqelərinə təxribatı və təcavüzü kəskin şəkildə pislənilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Pakistan Senatının rəsmi "Twitter” səhifəsində məlumat paylaşılıb.

Məlumatda deyilir : "Biz Azərbaycanın öz ərazi bütövlüyünü və xalqını qorumaq hüququnu, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Dağlıq Qarabağla bağlı haqlı mövqeyini tam şəkildə dəstəkləyirik. Beynəlxalq ictimaiyyət və BMT prosesə müdaxilə etməli, Ermənistanın regional sülhə və təhlükəsizliyə qarşı təhdidini dayandırmalıdır. Erməni silahlı qüvvələri Azərbaycanın işğal olunmuş torpaqlarından və Dağlıq Qarabağdan dərhal çıxarılmalı, münaqişə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində uyğun olaraq öz həllini tapmalıdır”.

Pakistan Senatında iqtidar partiyasından olan senatorlar qrupunun rəhbəri Şahzad Vasim Azərbaycanın ərazilərinə ermənilər tərəfindən edilən və itkilərə yol açan mənfur hücumu şiddətlə qınayıb, Qarabağ məsələsində ölkəmizin ədalətli mövqeyini dəstəkləyib.

Senator Sehar Kamran bu çətin günlərdə Azərbaycan xalqının yanında olduğunu bildirib. Təmas xətti boyunca Ermənistan qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinin hədəfə alınmaqla BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğunu qeyd edib. O, münaqişənin beynəlxalq sülhə və təhlükəsizliyə ciddi təsirləri ola biləcəyini nəzərə alaraq, hərbi qarşıdurmanın qarşısının alınmasının vacibliyini vurğulayıb.

Pakistan Senatında müxalifət partiyasından olan senatorlar qrupunun rəhbəri Raca Məhəmməd Zəfər-ül-Haq tərəfindən Azərbaycanın bu ölkədəki səfiri Əli Əlizadəyə ünvanlanan məktubda isə deyilir: "Azərbaycan rəhbərliyinin bütün səylərinə baxmayaraq, Dağlıq Qarabağ məsələsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməməsi ciddi narahatlıq doğurur. Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı tamamilə qanunsuz və hüquqaziddir. Bu münaqişə BMT Təhlükəsizlik Şurasının etinasızlığının nəticəsidir. Pakistan xalqı Azərbaycanın münaqişə ilə bağlı mövqeyini tam dəstəkləyir”.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM