30 Sentyabr 2020 19:39
476
SİYASƏT
A- A+

Ermənistanın ölkəmizə qarşı davam edən hərbi təcavüzü ilə bağlı Bolqarıstan Milli televiziyası məlumat yayıb

 Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanovanın Bolqarıstan Milli Televiziyasının "Dünya və Biz” verilişində müsahibəsi yayımlanıb. Müsahibə sözügedən kanalın internet səhifəsində də paylaşılıb.

AZƏRTAC xəbər verir ki, N.Qurbanova sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini, kəndlərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutaraq, Azərbaycana qarşı təcavüz törətdiyini bildirib.

Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzü beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinin kobud şəkildə pozulması olduğunu vurğulayan səfir Azərbaycanın münaqişənin həllində ən maraqlı tərəf olduğunu qeyd edib.

Səfir bir neçə gün ərzində Ermənistan qoşunlarının Azərbaycan kəndlərini və mülki əhalini də hədəfə alındığını, mülki əhali arasında ölən və yaralanların olduğuna diqqət çəkib.

Regionda vəziyyətin gərgin olaraq qaldığını qeyd edən diplomat Azərbaycanın Ermənistan tərəfinin təxribatının qarşısının alınması, özünün beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyinin qorunması, eləcə də mülki əhali və mülkiyyətin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri addımlar atdığını bildirib.

Səfir qeyd edib ki, 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyindən sonra ölkənin hərbi ritorikası artmış, danışıqlar prosesi ilə bağlı əsassız iddialar irəli sürülüb. Azərbaycan tərəfinin dəfələrlə beynəlxalq ictimaiyyəti Ermənistanın yeni müharibəyə hazırlaşması barədə xəbərdarlıq etməsinə baxmayaraq, Ermənistanı dayandırmaq üçün heç bir tədbir görülmədiyi vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video