30 Sentyabr 2020 17:33
473
SİYASƏT
A- A+

“Euractiv” portalı beynəlxalq ictimaiyyətin Ermənistan-Azərbaycan münaqişəsinə “balanslı yanaşma”sından yazıb

 
"Euractiv” portalında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin "Üçüncü tərəflərin neytrallığı Ermənistan-Azərbaycan münaqişəsinin həllini necə uzadır?” sərlövhəli məqaləsi dərc olunub.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, məqalədə xüsusilə beynəlxalq ictimaiyyətin və vasitəçilərin "balanslı yanaşma” siyasətinə diqqət çəkilir. Bildirilir ki, Sovet İttifaqının dağılmasından, Ermənistanla Azərbaycan arasında münaqişənin genişmiqyaslı müharibəyə çevrilməsindən sonra beynəlxalq vasitəçilər, siyasətçilər və ekspertlər münaqişənin həllinə dair həll yolu axtarırlar. Müəllif qeyd edir ki, sülh danışıqları üzrə klassik nəzəriyyə münaqişə tərəfləri arasında neytrallığın qorunmasını vacib hesab edir, lakin sülh prosesinin yol xəritəsi münaqişənin səbəbini anlamalı, narazılıqları bilməli və tərəflərin məqsədlərini öyrənməlidir.

Fərid Şəfiyev diqqətə çatdırır ki, "balanslı yanaşma” bəzi hallarda yalnız münaqişənin uzanmasına və mövcud status-kvodan razı qalan tərəfin maraqlarına xidmət edir.

1997-ci ildə dünyada üç əsas aktor olan Rusiya, ABŞ və Fransanın Ermənistan-Azərbaycan münaqişəsinə dair danışıqlarla bağlı ATƏT-in Minsk qrupunun tərkibində həmsədrlik institutu təsis etdiklərini vurğulayan müəllif yazır: "Hər üç dövlətdə böyük erməni icması yaşayır. ATƏT-in Minsk qrupunun prinsipial çatışmazlığı ondan ibarətdir ki, o, Dağlıq Qarabağın yekun statusunu özündə birləşdirən yeni formul axtararaq BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrindən uzaqlaşıb. Uğurlu formul tapmaq istiqamətində cəhdlərdən sonra 2007-ci ildə Madrid prinsipləri təklif edildi və 2009-cu ildə onlar yeniləndi. Madrid prinsipləri münaqişənin mərhələli həllini - ilk olaraq Dağlıq Qarabağ ətrafındakı Azərbaycan torpaqlarının işğaldan azad olunmasını, qaçqın və məcburi köçkünlərin geri qayıtmasını, nəqliyyat və kommunikasiyanın bərpasını özündə birləşdirsə də, Dağlıq Qarabağın yekun statusunu sonuncu mərhələdə həll etməklə açıq saxlayır”.

Müəllif bildirir ki, Azərbaycan 2005 və 2010-cui illərdə işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət, o cümlədən məskunlaşma siyasəti ilə bağlı həmsədrlərə dəfələrlə müraciət etsə də, onlar "balanslı” bəyanatlarla kifayətləniblər. Bununla yanaşı, onlar 2010-cu ildə qanunsuz məskunlaşma ilə bağlı faktaraşdırıcı missiyanın rəsmi nəticələrini dərc etməkdən imtina ediblər və bunu da sülh prosesinə xələl gətirəcəyi ilə əsaslandırıblar. Bu "balanslı siyasət” illərlə işğalın möhkəmlənməsi üçün rəsmi Yerevanın xeyrinə işləyib və onlarda ümid yaranıb ki, tez və ya gec rəsmi tanınma da başlayacaq.

Fərid Şəfiyev bildirir ki, məhz bu "balanslı yanaşma” nəticəsində vasitəçilər və beynəlxalq ekspertlər münaqişəni uzadıblar və nəticədə münaqişə 2020-ci ilin iyulunda yenidən alovlanıb. "28 illik atəşkəs rejimi və danışıqlardan sonra "balanslı yanaşma” prinsipi ölü nöqtəyə çatıb. BBC-də "HARDtalk” verilişinin aparıcı Stiven Sakur Ermənistan baş naziri Nikol Paşinyanla müsahibədə dediyi kimi, hazırki təxribatçı addımlar və ritorikalar danışıqlar prosesini pozmağa və işğal olunmuş Azərbaycan torpaqlarının ilhaqına xidmət edir. Azərbaycana gəldikdə, həm hökumət, həm də cəmiyyət danışıqlar prosesinin dalana dirəndiyinin fərqindədir. İyulun 14-də Bakıda keçirilən kütləvi mitinq zamanı da cəmiyyət Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi üçün hərbi əməliyyatların başlanmasını təkidlə tələb edirdi”, - deyə F.Şəfiyev vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video