Alternative content

02:59 21 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:35 21.10.2020 Bir Azərbaycanımız var
00:31 21.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Vahid Novruzov: Dayanıqlı İnkişaf Məqsədləri Azərbaycanda uğurla həyata keçirilməkdədir
Vahid Novruzov: Dayanıqlı İnkişaf Məqsədləri Azərbaycanda uğurla həyata keçirilməkdədir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
16:49 30.09.2020
 
COVID-19-un yaratdığı bir çox problemlər dünyada qlobal ekosistemin kövrəkliyini və daha dayanıqlı bir dünya yaratmağın vacibliyini vurğuladı.

AZƏRTAC xəbər verir ki, bu fikri Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov deyib.

Palata sədri qeyd edib ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunması isə, öz növbəsində, dünyada həyat səviyyəsini yüksəltmək, bərabərsizliyi azaltmaq, dayanıqlı iqtisadi inkişafa təkan vermək və iqlim dəyişikliyinə qarşı mübarizə aparmaq istəklərimizi real iqtisadi nəticələrlə uzlaşdırmaq yeni dövrün ən mühüm çağırışlarından biridir. BMT tərəfindən müəyyən edilən 17 Dayanıqlı İnkişaf Məqsədləri bütün BMT üzvlərini 2030-cu ilədək və daha sonra insanlara, planetimizə və rifaha dəstək almaq üçün uzunmüddətli konsepsiya hazırlamağa təşviq etmək məqsədi güdən universal hədəflər toplusudur. BMT-nin Ticarət və İnkişaf Konfransı (UNCTAD) hazırda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün 5-7 trilyon ABŞ dolları lazım olduğunu təxmin edir. Bunun üçün isə beynəlxalq ekspertlərin qənaətinə görə, dövlət və özəl sektorda yeni və yaradıcı ortaqlıqların qurulması tələb olunacaq. Hökumətlər, investorlar, habelə özəl və dövlət sektorunda fəaliyyət göstərən təşkilatlar öz strateji məqsədlərini Dayanıqlı İnkişaf Məqsədləri ilə uyğunlaşdırmalıdırlar.

"Azərbaycan Prezidenti İlham Əliyevin də sentyabrın 29-da qatıldığı "COVID-19 dövrü və sonrakı dönəmdə Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu il Gündəliyinin maliyyələşdirilməsi” mövzusunda dövlət və hökumət başçılarının toplantısında bu baxımdan müasir dünyamız üçün çox aktual problemlər müzakirə edilib. Həmin tədbirdə dövlətimizin başçısı dəyərli fikirlərlə zəngin və maraqlı çıxış edib. Son illərdə əldə edilən uğurlar da sübut edir ki, Prezidentimizin toplantıda qeyd etdiyi kimi, Azərbaycan "Dayanıqlı İnkişaf Məqsədləri”nin icrasına mühüm əhəmiyyət verir. Məhz bunun da nəticəsidir ki, "2020-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatı”nda əks olunmuş "Dayanıqlı İnkişaf Hesabatı İndeksi”nə görə Azərbaycan 166 ölkə arasında 54-cü pillədə qərarlaşıb. Halbuki bu göstəriciyə görə, Rusiya 57-ci, Gürcüstan 58-ci, Qazaxıstan 65-ci, Türkiyə 70-ci, Ermənistan isə 75-ci yerdədir”, - deyə V.Novruzov diqqətə çatdırıb.

Professor qeyd edib ki, Beynəlxalq Valyuta Fondunun statistikasına görə, hazırda Cənubi Qafqaz regionunun ümumi iqtisadiyyatının 70 faizinə sahib olan Azərbaycan BMT-yə iki dəfə könüllü milli hesabat təqdim edən azsaylı ölkələrdən biridir. Bu da, öz növbəsində, ölkəmizdə uğurla reallaşdırılan şəffaflıq strategiyasının nəticəsi kimi dəyərləndirilə bilər. BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri sırasında birinci məqsəd kimi "Yoxsulluğa son” göstərilib. Ölkəmizdə uğurla reallaşdırılan inkişaf strategiyası nəticəsində Azərbaycanda yoxsulluq son 17 il ərzində 49 faizdən 5 faizə enib. "Bərabərsizliyin azaldılması” məqsədinə gəlincə, fəxrlə demək olar ki, Azərbaycan gəlirlərin ədalətli bölgüsünün səviyyəsinə görə dünya üzrə ən yüksək pillələrdədir. Dövlətimizin başçısı çıxışında bir sıra dünyəvi problemlərə dair öz fikirlərini bildirib, tövsiyələrini verib, həmçinin mövcud reallıqdan çıxış edərək xəbərdarlıq edib ki, COVID-19 pandemiyası dünyanın bütün ölkələrinə mənfi təsir göstərib. Milyonlarla insanın kəskin yoxsulluq vəziyyətinə düşəcəyi gözləniləndir.

V.Novruzov deyib: "Bu xəbərdarlıq özündə ölkələr və hökumətlər üçün müasir dövrün reallıqları nəzərə alınmaqla təcili və təsirli tədbirlər görülməsini, habelə qeyri-standart və qeyri-səlis yanaşmaların vacibliyini ehtiva edir. Eyni zamanda, Prezident İlham Əliyev tərəfindən səsləndirilən "Pandemiyadan sonrakı dövrdə bizim əsas prioritetlərimiz – iqtisadi inkişafı, iqtisadi və maliyyə sabitliyini təmin etmək, sağlam və rəqabətqabiliyyətli insan kapitalını daha da inkişaf etdirmək, dayanıqlı iş yerləri yaratmaq və iqtisadi fəaliyyətin yeni sahələrini inkişaf etdirməkdən ibarətdir” kimi fikirləri təkcə Azərbaycan üçün yox, digər ölkələr üçün də konseptual əhəmiyyət kəsb edir desək, məncə, yanılmarıq”.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM