Alternative content

14:26 31 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Adil Əliyev: Birləşmiş Millətlər Təşkilatının 28 ildən sonra nəsə tələb etməyə haqqı varmı?
Adil Əliyev: Birləşmiş Millətlər Təşkilatının 28 ildən sonra nəsə tələb etməyə haqqı varmı?
ANA SƏHİFƏ / SİYASƏT
16:16 30.09.2020

Sentyabrın 29-da Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Dağlıq Qarabağda vəziyyətlə bağlı qapalı iclası keçirilirdi. İclasın nəticələrini hamılıqla maraqla gözləyirdik. Təbii ki, Təhlükəsizlik Şurasının bu iclası keçirməsinin yeganə səbəbi Azərbaycan Ordusunun inamlı qələbəsi və məğlub duruma düşən Ermənistan tərəfinin beynəlxalq təşkilatlara yalvarışı idi. Əgər Ermənistan tərəfi öz ordusuna güvənirsə, nə üçün davamlı olaraq beynəlxalq təşkilatlara və xarici dövlətlərin rəhbərlərinə döyüşlərin dayandırılması üçün köməklik göstərilməsi barədə çağırış edir? Xalqımız bir daha əmin olsun ki, qeyd-şərtsiz üstünlük bizimdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Milli Məclis Sədrinin müavini Adil Əliyev bildirib.

A.Əliyev qeyd edib: "BMT Təhlükəsizlik Şurasının qapalı keçən iclasının yekununda yekununda elan olundu ki, Azərbaycan və Ermənistan tərəfləri arasında döyüşlər dayandırılsın, tərəflər sülh prosesinə dəvət edilsin, danışıqlar davam etdirilsin. İlk növbədə, BMT-nin belə bir qərar qəbul etməyə mənəvi haqqı yoxdur.

BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinə əsasən, bütün üzvlərin beynəlxalq münasibətlərdə həm digər dövlətlərin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı, həm də BMT-nin məqsədlərinə uyğun olmayacaq şəkildə güc tətbiqi ilə qorxutmaları və birbaşa güc tətbiq etmələri qadağan edilir. Yəni, hər bir ölkənin ərazi bütövlüyü toxunulmazdır və güc tətbiq etməklə ərazi bütövlüyünün pozulması təcavüz aktı hesab olunur. Ermənistan isə artıq 28 ildir ərazimizi işğal edib və bununla kifayətlənməyərək yeni təxribatlar törədib. Beynəlxalq hüquqda elə normalar var ki, onlar bütün dövlətlər üçün məcburidir. Bu normalar "jus cogens” normalarıdır. Dövlətlərin ərazi bütövlüyü prinsipi bu normalara aiddir və icrası məcburidir.

BMT Nizamnaməsinin 2.7-ci maddəsinə əsasən, onun heç bir müddəası Birləşmiş Millətlər Təşkilatına səlahiyyət vermir ki, hər hansı bir dövlətin əsas etibarilə daxili yurisdiksiyasında olan məsələlərə müdaxilə etsin. Bu gün Azərbaycanın ərazi bütövlüyünü BMT-nin özü də daxil olmaqla bütün dünya tanıyır. Bu halda Azərbaycanın öz yurisdiksiyası daxilində olan ərazisini işğaldan azad etməyə haqqı var. Ermənistan tərəfinin isə Azərbaycanın sərhədləri daxilində nə işi var ki, onlara qarşı da silah işlədilsin.

BMT tərəfindən 28 il əvvəl qəbul olunan, Azərbaycanın ərazi bütövlüyünü tanıyan və erməni işğalçı qüvvələrinin işğal altındakı ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələr bu günə qədər yerinə yetirilməyib. BMT öz qətnamələrinin icrasını təmin edə bilmirsə, bu gün Azərbaycan tərəfini sülhə çağıra bilməz, buna mənəvi haqqı yoxdur.

Vəziyyət o yerə çatıb ki, Azərbaycan Prezidenti b İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının 75-ci Assambleyasında çıxış edərək Ermənistan tərəfinin 28 ildir faktiki olaraq təcavüzü davam etdirdiyini bildirdi. Təhlükəsizlik Şurasının Ermənistandan Azərbaycanın işğal edilmiş ərazilərinin dərhal və qeyd-şərtsiz boşaldılmasını tələb edən 4 qətnaməsi bu günədək icra edilməyib. Hansı ki, BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri çox qısa müddət ərzində icra edilir.

Bu gün Ermənistan təcavüzkar siyasətini davam etdirməklə yanaşı, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş bütün normalarını kobud şəkildə pozaraq Livandan və digər ölkələrdən Dağlıq Qarabağa insanları köçürür. Bu isə 1949-cu il Cenevrə Konvensiyasına ziddir. Həmin Konvensiyanın tələblərinə görə, döyüşlərdə muzdlular iştirak edə bilməz. Lakin Ermənistan tərəfinin yaydığı videolardan da görünür ki, döyüşlərdə iştirak etmək üçün Suriyadan və digər ölkələrdən muzdlular gətirilir. Ermənistan tərəfi döyüşlər zamanı mülki əhaliyə və obyektlərə, xüsusilə heç bir halda silah işlədilməsinə icazə verilməyən xəstəxanalara, təcili tibbi yardım maşınlarına atəş açır.

Sentyabrın 29-da baş tutmuş debatda Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş nazirini əsaslı arqumentlərlə susduraraq həm diplomatiyada, həm də döyüş meydanında düşməndən qat-qat üstün olduğumuzu bir daha sübut etdi. Prezidentimiz dediyi kimi, biz elə edəcəyik ki, Ermənistan tərəfi bir daha bizim torpaqlarımıza baxmağa belə cürət etməsin.

Bu gün Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu döyüş meydanında misli görünməmiş tarix yazır. Xalqımız qələbəmizə inanır və qələbə bizimdir!




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM