Alternative content

17:01 30 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanda bir sıra tanınmış özəl şirkətlər Silahlı Qüvvələrə Yardım Fonduna ianə etməklə bağlı müraciət yayıblar
Azərbaycanda bir sıra tanınmış özəl şirkətlər Silahlı Qüvvələrə Yardım Fonduna ianə etməklə bağlı müraciət yayıblar
ANA SƏHİFƏ / SİYASƏT
15:29 30.09.2020

Azərbaycanda bir sıra tanınmış özəl şirkətlər Silahlı Qüvvələrə Yardım Fonduna ianə etməklə bağlı müraciət yayıblar.

YAP-dan AZƏRTAC-a bildirilib ki, müraciətdə deyilir: "Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatının qarşısının qüdrətli Azərbaycan Ordusu tərəfindən alınması, düşmənə layiqli cavab verilməsi və işğal altında olan bəzi ərazilərimizin azad edilməsi xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb. Azərbaycan xalqı öz dövlətinə, Prezidentinə, Silahlı Qüvvələrin Ali Baş Komandanına və Ordusuna qətiyyətli dəstək verir, cəmiyyətimizdə milli həmrəylik hökm sürür. Eyni zamanda, müxtəlif təşkilatlar və qurumlar Silahlı Qüvvələrə Yardım Fonduna ianə etməklə qüdrətli Ordumuza öz dəstəklərini nümayiş etdirirlər”.

Qeyd edək ki, müraciəti imzalayan kompaniyalar arasında "Gidromaşservis” QSC, "Kristal Abşeron” MMC, "AzVirt” MMC, "Bakı İnşaat Sənaye” ASC, "Akkord” şirkətlər qrupu, "SNT” İnşaat Şirkəti, "AKA Group” MMC, "Tunel-Metro İnşaat” MMC, "Real İnşaat” Tikinti Şirkəti və "AzərTunel” MMC də var.

Müraciətin müəllifləri torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda qətiyyətli mübarizə aparan müzəffər Ordumuza cəmiyyət dəstəyinin zəruri olduğu bir vaxtda bütün özəl şirkətləri və hər bir iş adamını həmrəylik göstərərək Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna imkan qədər ianə ayırmağa çağırır. Müraciətdə, həmçinin bildirilir: "Çünki bu, ümummilli məsələdir və belə dəstək böyük qələbələrin əldə edilməsinə kiçik də olsa, vacib töhfədir. Biz tarixi anlar yaşadığımız bu günlərdə maddi və mənəvi cəhətdən Azərbaycan Silahlı Qüvvələrinin yanında olduğumuzu qürur hissi ilə bildiririk. Əminliklə bəyan edirik ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə torpaqlarımız tezliklə işğaldan azad olunacaq. Yaşasın Azərbaycan Əsgəri!”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM