Alternative content

11:47 29 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın Rusiyadakı səfiri Rusiya Daxili İşlər nazirinin birinci müavini və Xarici İşlər nazirinin müavini ilə görüşüb
Azərbaycanın Rusiyadakı səfiri Rusiya Daxili İşlər nazirinin birinci müavini və Xarici İşlər nazirinin müavini ilə görüşüb
ANA SƏHİFƏ / SİYASƏT
12:17 30.09.2020

Sentyabrın 29-da ölkəmizin Moskvadakı səfiri Polad Bülbüloğlu Rusiya tərəfinin təşəbbüsü ilə RF Xarici İşlər Nazirliyində Rusiya Daxili İşlər nazirinin birinci müavini Aleksandr Qorovoy və Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko ilə görüşüb.

Azərbaycanın Moskvadakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, A.Rudenko Rusiyada yaşayan çoxsaylı azərbaycanlıların rolunu, onların yeni müəssisələr açılması və yeni iş yerləri yaradılması yolu ilə ölkə iqtisadiyyatına dəyərli töhfələr verməsini xüsusi vurğulayıb. Bununla bərabər, qeyd edilib ki, indiki vaxtda Dağlıq Qarabağ münaqişəsi zonasında döyüş əməliyyatlarının genişlənməsi ilə əlaqədar yaranmış millətlərarası gərginliyin Rusiya Federasiyası ərazisinə yayılmasına yol verməmək üçün zəruri tədbirlər görülməlidir.

A.Qorovoy vurğulayıb ki, Rusiya DİN hər iki icmanın nümayəndələri tərəfindən RF ərazisində törədilə biləcək hər hansı təxribatların qarşısını almaq üçün saxlama, həbs, vətəndaşlıqdan məhrumetmə və ölkədən çıxarma da daxil olmaqla, ən sərt tədbirlər görüləcək. Nazir müavini Rusiya ərazisində olan, RF vətəndaşlığını qəbul etmiş, müvəqqəti yaşama üçün icazə, yaşama üçün icazə və patent almış Azərbaycan vətəndaşlarının sayı, habelə Rusiya ərazisindən deportasiya edilmiş və çıxarılmış şəxslərin sayı barədə statistik informasiya da təqdim edib.

Görüşdə Rusiya tərəfi Azərbaycan səfirliyinin Rusiya ərazisindəki həmvətənlərinə və diaspor təşkilatlarına müraciət edərək Rusiya Federasiyasının norma və qanunlarına əməl etmək çağırışını müsbət qiymətləndirib.

Səfirlik Rusiya Federasiyasının ərazisində yaşayan bütün soydaşlarımızı bir daha hər hansı hüquqazidd əməllərdən çəkinməyə, Rusiya qanunvericiliyinə riayət etməyə və yalnız qanun çərçivəsində hərəkət etməyə çağırır.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM