Alternative content

15:11 25 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yoşihide Suqa: Yaponiya ərazi mübahisəsinə son qoymaq istəyir
Yoşihide Suqa: Yaponiya ərazi mübahisəsinə son qoymaq istəyir
ANA SƏHİFƏ / DÜNYA
09:09 30.09.2020

Yaponiya Rusiya ilə ərazi mübahisəsinə son qoymaq və iki ölkə arasında sülh müqaviləsini imzalamaq istəyir.

AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Yoşihide Suqa Rusiya Prezidenti Vladimir Putinlə keçirilən ilk telefon danışığından sonra jurnalistlərə bildirib.

Y.Suqa mətbuat nümayəndələrinə bildirib ki, həm o, həm də Rusiya lideri iki ölkə arasında münasibətləri bundan sonra da inkişaf etdirmək niyyətindədirlər və Rusiyanın nəzarətində olan adaların suverenliyi məsələsini sonraya saxlamaq istəmirlər.

Baş nazir qeyd edib ki, V.Putin də bütün ikitərəfli məsələlər üzrə dialoqu davam etdirmək istədiyini bildirib və onlar açıq müzakirələr aparmaq üçün tezliklə görüşmək barədə razılığa gəliblər.

Yaponiya tərəfinin xahişi ilə baş tutan və təqribən 20 dəqiqə davam edən telefon danışığı zamanı Rusiya lideri Baş nazirə deyib ki, o, ikitərəfli və beynəlxalq məsələlərin həlli üçün konstruktiv əməkdaşlığa hazırdır.

Həmçinin liderlər Yaponiya-Rusiya münasibətlərini həm siyasi, həm iqtisadi, həm də mədəni sahələrdə inkişaf etdirmək barədə razılığa gəliblər.

Xatırladaq ki, Y.Suqanın sələfi olan Ş.Abe və V.Putin müzakirələri 1956-cı ildə keçmiş SSRİ ilə Yaponiya arasında əldə edilmiş razılaşma əsasında aparmaq barədə razılığa gəlmişdilər. Danışıqlar nəticəsində elə böyük uğur əldə edilməsə də avqustda istefa vermək barədə qərar qəbul etdikdən sonra Ş.Abe V.Putinlə telefon danışığı zamanı həmin problemin həlli üçün cəhdləri davam etdirməyin zəruriliyini vurğulamışdı.

Eyni zamanda, Yaponiya ilə Rusiya arasında əldə edilən razılaşmaya görə həmin adalarda birgə iqtisadi layihələrin həyata keçirilməsi barədə də razılıq əldə olunmuşdu.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM