30 Sentyabr 2020 05:00
2368
SİYASƏT
A- A+

İLHAM ƏLİYEV “İRƏLİ” ƏMRİ VERDİ!


Azərbaycan Ordusu müqəddəs missiyasının icrasına başladı


ƏSİR KƏNDLƏR, XARABA YURDLAR BİZİ ÇAĞIRIR

Səbrin hüdudu olur!

İnsan dözümü də sərhədsiz deyil!

Aydın məsələdir ki, torpağı işğalda olanlar düşmənin "sülhə gəlmək insafını” sonsuzadək gözləyə bilməzlər!

ATƏT-in Minsk qrupunun on illərlə davam edən mənasız səfərlərini, səmərəsiz danışıqlarını, həmsədr dövlətlərinin heç nə ifadə etməyən standart bəyanatlarını çox gördük, eşitdik.

Torpaqların sülh yolu ilə azad ediləcəyinə ümidimizi itirsək də, yenə də dünyada ədalətin mövcudluğuna, beynəlxalq qurum və təşkilatların, nəhayət, ikili standartlardan əl çəkəcəyinə inanmaq, bəlkə də özümüzü inandırmaq istədik!

Hər dəfə erməni tərəfinin şıltaqlığını, sülh danışıqlarından nümayişkaranə, ərköyüncəsinə yayındığını görəndə, nəhayət, onlara sanksiya tətbiq ediləcəyinə, "kreativ”, "predmetli”, "səmərə verən” danışıqların başlanması üçün ATƏT aradüzəldənlərinin insafa gələcəyinə bel bağlamağa çalışdıq!


HEYHAT!!!


Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağı və yeddi rayonu işğal edən Ermənistana bircə dəfə də "işğalçısan” deyən olmadı!

İşğalçı Ermənistanla işğala məruz qalan Azərbaycana fərq qoyulmadı, əksinə, hər dəfə aralarına bərabərlik işarəsi yazmağa çalışdılar və yazdılar!

Müxtəlif adlar və bəhanələrlə yardımlar göstərdilər!

Çox halda gizli, yarıgizli, yaxud elə aşkar, birbaşa, pullu, pulsuz silahlandırdılar!

Ermənistanın işğal altındakı torpaqları özününküləşdirməsinə, məskunlaşdırmasına, Azərbaycana məxsus təbii sərvətləri çapıb-talamasına, həyasızcasına Azərbaycan tərəfinə meydan oxumasına rəvac verdilər, özlərini keyliyə və bilməzliyə qoyaraq gözlərini və qulaqlarını yumdular!

Azərbaycan xalqını işğalla barışdırmaq, sülh gözləyə-gözləyə torpaqların erməniyə verilməsinə alışdırmaq yolunu tutdular!

Torpağı işğalda olan xalqa və dövlətə müharibəni qadağan etməyə, tutuquşu kimi "münaqişənin yalnız bircə həlli yolu var - o da sülh yoludur” söyləməklə məsələnin uzanmasına, bəlkə də unudulmasına açıq-aşkar cəhdlər göstərdilər.

Hətta bəzi "din qardaşlarımız” düşmənə dəstək vermək, silah satmaq kimi addımlar belə atdılar!

Harınlamış düşmən isə dinc dayanmadı, Mingəçevir Su Anbarını, Gəncə şəhərini raketlə vurub dağıdacağı barədə təhdidlər etməyə başladılar.

"Yeni müharibə, yeni torpaqların zəbti” çağırışı ilə hədə-qorxu gəldi!

2016-cı ilin aprelində təxribat yolu ilə hərbi əməliyyata başladı.

2020-ci ilin iyulunda dövlət sərhədini pozaraq yeni əraziləri tutmaqla Azərbaycana məxsus transmilli boru kəmərlərini və dəmir yolu xəttini dağıtmağa, ələ keçirməyə can atdı.

Dözdük, gözlədik, "sülh yolu”na inanmaq istədik!

Qaradan artıq rəng olmur!

Cəzasız qalacağına, işğal etdiyi torpaqları geri qaytarmayacağına əmin olan düşmən təhdid və hədələrini növbəti dəfə reallaşdırmaq üçün 27 sentyabr saat 06.00-da silaha əl ataraq bütün istiqamətlərdə Azərbaycan ərazisini, yaşayış məskənlərini və mülki obyektləri artilleriya atəşinə tutdu!

Bu, düşmən tərəfindən atəşkəsin ciddi şəkildə pozulması və hərbi əməliyyatların başlanması demək idi!

Beləliklə, cavab vermək zorunda qalan Azərbaycan xalqı Qarabağı azad etmək uğrunda Vətən müharibəsinə başladı!

Ali Baş Komandan xalqımızın və ordumuzun çoxdan gözlədiyi "İrəli” əmrini verdi!

***

Azərbaycan əsgəri, indi söz sənindir!

Azərbaycan xalqına nəyə qadir olduğunu göstərmək, müqəddəs Vətən torpaqlarını murdar ləpirlərdən təmizləmək zamanıdır!

Səbri qəzəblə, kini, nifrəti mərmi və güllə ilə əvəz etmək məqamıdır!

Əsir torpaqlar, xaraba yurdlar bizi çağırır!

Diplomatların bacarmadıqlarını sən etməlisən!

İndiyədək dözməyinin, gözləmək məcburiyyətində qalmağının əvəzini çıxmalısan!

Daha bundan o yanası yoxdur!

Hər birimiz müsəlləh əsgərə çevrilməliyik!

Ali Baş Komandanın, ordunun ətrafında yumruq kimi bir olmalıyıq!


ÜMİD SƏNƏDİR ANCAQ...


Biz torpaq uğrunda döyüşlərdə qanlar tökmüşük, qanımızı axıtmışıq!

Biz iyirmi min şəhid vermişik!

Biz Xocalı, Qaradağlı, Bağanis Ayrım soyqırımlarını yaşamışıq!

Biz yayda isti, qışda soyuq çadırlarda, qaçqın şəhərciklərində zülm və əziyyət çəkmişik, bəzən qeyri-insani şəraitdə yaşamışıq!

Ancaq nə doğma yurd-yuvanı unutmuşuq, nə də dədə-baba torpaqlarını erməniyə güzəştə getmək barədə düşünmüşük!

Prezident İlham Əliyevə bütün varlığımızla inanmışıq, onun, yalnız onun bizi doğma el-obaya qaytaracağına əmin olmuşuq!

***

Ali Baş Komandanımız bu ümidi və inamı doğrultmaq üçün yorulmadan, gecə-gündüz çalışdı!

Bir çox istiqamətlərdə mübarizə apardı, işlər gördü:

* sülh danışıqlarının səmərəli və nəticəli olması üçün çox çabalar göstərdi;

* xalqımızın ədalətli mübarizəsini d

ünyaya çatdırdı, beynəlxalq qurum və təşkilatlarda dövlətimizin maraqlarını əzmlə müdafiə etdi;

* hücum diplomatiyasına start verərək bu sahədə uğurlarımızın təşkilatçısı oldu;

* vətənpərvər əsgər və zabitlərdən ibarət yüksək təlim görmüş, peşəkar, dünyanın əlli ordusu sırasında yer alan milli ordu yaratdı;

* Azərbaycan Ordusunun bütün ehtiyaclarını qarşıladı, daim kifayət qədər vəsait ayırdı, ən yeni texnologiyalara əsaslanan silahlarla silahlandırdı;

* dünyada özünəxas yeri, sözü və mövqeyi, imici olan müasir, qüdrətli Azərbaycan dövləti formalaşdırdı;

* düşmən dövləti və onun uğursuz başçısını bütün parametrlər üzrə ifşa edərək Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini və haqq işini beynəlxalq ictimaiyyətə çatdırdı;

* ən nəhayət, yeni torpaqların işğalı iştahası ilə Azərbaycanla yenidən müharibəyə hazırlaşan Ermənistanı əks-hücumla darmadağın etməyin əsasını qoydu!

Beləliklə, düşmənin "yeddi şərti”nə bir şərtlə - "Ermənistan qeyd-şərtsiz Azərbaycanın bütün ərazilərini tərk etməlidir” şərtilə cavab verərək "təmizləmə əməliyyatı”na başladı!

İlham Əliyev xalqımızın inam və etibarını daim doğruldub, onun bütün arzu və istəklərini mərhələlərlə həyata keçirib!

Bu gün söz onun yaratdığı Azərbaycan Ordusunundur!

Ümid sənədir ancaq, Ali Baş Komandanımız!

Ümid sənədir ancaq, Azərbaycan əsgəri!

Xalq sizə və sizlərin bizə bəxş edəcəyi qələbəyə - böyük həsrət və səbirsizliklə gözlədiyimiz QƏLƏBƏYƏ lap qısa zamanda qovuşacağına inanır!

Allah sizləri qorusun!

QARABAĞ

AZƏRBAYCANDIR!


Bəxtiyar
SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video