Alternative content

07:57 21 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:35 21.10.2020 Bir Azərbaycanımız var
00:31 21.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Nədən narahatsınız
Nədən narahatsınız
ANA SƏHİFƏ / SİYASƏT
04:57 30.09.2020


30 il Azərbaycan ərazisinin işğalına göz yumanlar indi özlərini "sülh göyərçinləri” kimi göstərirlər


Dövlət başçısı bu yaxınlarda yerli telekanallara müsahibəsində Dağlıq Qarabağ münaqişəsi, onun ətrafında cərəyan edən hadisələr və aparılan danışıqlar barədə Azərbaycan ictimaiyyətinə geniş məlumat vermişdir. Vurğulamışdır ki, həmişə xalqa aparılan danışıqlar barədə doğru məlumat verir və xalqdan heç nəyi gizlətmir.

Prezidentin açıqladığı faktlardan aydın olur ki, bu gün Ermənistana qeyri-ciddi, yalançı, siyasi cəhətdən naşı bir adam başçılıq edir. Paşinyan hələ bilmir ki, biznesdə olduğu kimi, siyasətdə də qarşı tərəfin etibarlı olub-olmamasını yoxlamaq üçün ona siyasi avans verilir, tərəflər arasındakı gələcək münasibətlər bu prinsip əsasında müəyyənləşdirilir. Əgər qarşı tərəf bunu düzgün dəyərləndirərsə, sonrakı əlaqələr bu etimad üzərində qurulur.

Əvəzində isə Ermənistanın yeni rəhbərliyi Azərbaycan hakimiyyətinin onlara verdiyi fürsəti nəinki düzgün qiymətləndirdi, əksinə, sələfləri Koçaryan və Sarkisyan hakimiyyətlərindən də çox radikallaşaraq "Qarabağ Ermənistandır və nöqtə” kimi sərsəm bəyanatla sülh danışıqlarını dalana saldı. Hələ bu azmış kimi, Azərbaycanın danışıqları tərəf kimi Dağlıq Qarabağdakı qondarma rejimlə aparmalı olduğunu bildirdi. Bu siyasi təlxəkdən soruşmaq lazımdır ki, əgər "Qarabağ Ermənistandır”sa, Azərbaycan nə üçün bu qondarma rejimlə danışıqlar aparmalıdır. Bu tezis o qədər cəfəngdir ki, həmişə işğalçı ilə işğala məruz qalan ölkə arasında bərabərlik işarəsi qoyan Minsk qrupunun həmsədrləri belə ona ciddi yanaşmırlar. Üstəlik, işğalçı ölkə heç bir siyasi və mənəvi haqqı çatmadığı halda danışıqlar aparmaq üçün Azərbaycanın mümkün olmayan yeddi şərti qəbul etməsini istəyir. Bu fakt bir daha erməni siyasi həyasızlığını sübut edir.

Ümumiyyətlə, müharibə çağırışı Ermənistanda tez-tez eşidilirdi. Prezident İlham Əliyev sözügedən müsahibəsində Paşinyanı ciddi şəkildə xəbərdar edərək bildirmişdir ki, bir daha Tovuz avantürasına cəhd edərsə, bu onun sonu olacaq: "Biz onlara sarsıdıcı zərbə endirdik... Dəqiq atəşlə onların dayaq məntəqələri məhv edildi. Bir daha demək istəyirəm ki, artıq Ermənistan ərazisinə keçmək üçün bizə heç bir hərbi maneə yoxdur. Mənə gün ərzində dəfələrlə məlumat verilirdi. Mənim bir sözümlə Azərbaycan Ordusu keçib oturacaqdı Ermənistanın ərazisində. Amma getmədik. Biz məsuliyyətli ölkəyik. Bu, birincisi. İkincisi, bizim hələ ki Ermənistan ərazisində hər hansı bir məqsədimiz yoxdur. Ancaq əgər bu təxribatlar davam etsə, əlbəttə ki, biz öz siyasətimizə yenidən baxacağıq”.

Təəssüf ki, Ermənistan tərəfi Prezident İlham Əliyevin ciddi xəbərdarlığından nəticə çıxarmadı. Əksinə, daha da azğınlaşaraq sentyabrın 27-də ölkəmizin cəbhəyanı ərazilərində yaşayan dinc sakinləri və Milli Ordumuzun mövqelərini atəşə tutdu. Ali Baş Komandanın əmri ilə ordumuz bu avantüraya son qoymaq üçün lazım olan tədbirləri görməyə qərar verdi. İndi ermənilərin "yeni torpaqlar uğrunda yeni müharibə” təxribatı onlara baha başa gəlir. Qüdrətli Azərbaycan Ordusunun sarsıdıcı zərbələri sayəsində düşmən işğal olunmuş torpaqlarımızdan qovulur. Dünənə qədər Azərbaycanı hədələyən, daha çox ərazilərimizin işğalı ilə bizi qorxutmaq istəyən ermənilər Silahlı Qüvvələrimizin gücü qarşısında aciz qalıblar. İndi onlar sülhdən danışır, atəşkəsə nail olmaq üçün dəridən-qabıqdan çıxırlar.

Halbuki Dağlıq Qarabağ münaqişəsi başlayan andan ölkəmiz səbr, təmkin göstərərək problemin sülh yolu ilə ədalətli həll edilməsinə çalışır, baxmayaraq ki, hər dəfə danışıqlarda müəyyən razılaşmalar yaxınlaşanda erməni tərəfi onu müxtəlif bəhanələrlə pozur. Bunu Minsk qrupunun həmsədrləri də yaxşı bilir. Ancaq onlar Ermənistana "gözün üstə qaşın var” demirlər. Ötən dövr ərzində Ermənistan işğal altındakı Dağlıq Qarabağla sərhəd bölgələrində müxtəlif təxribatlar törədib dinc Azərbaycan sakinlərini qətlə yetirəndə həmin Minsk qrupu bizi təmkinli olmağa çağırırdı. Hər dəfə ermənilər atəşkəsi pozanda tərəflərin hər ikisinə eyni məzmunda çağırış edirdi. Halbuki həmsədrlər və bu münaqişəni həll etməli olan dövlətlər təcavüzkara təpki göstərməli idilər.

İndi Azərbaycan Ordusu öz torpaqlarını erməni işğalçılarından azad etməyə başlayıb. Lakin həmsədr ölkələr və bir sıra beynəlxalq təşkilatlar yenə də tərəflərə atəşkəsi bərpa edib mənasız danışıqlara başlamağı təklif edirlər. Onlardan soruşmaq lazımdır ki, sizin ölkənizin dinc sakinləri başqa dövlətin ordusu tərəfindən qətlə yetirilərsə, təmkin göstərərsinizmi? Yaxud sizin təmsil etdiyiniz dövlətin 20 faiz demirik, 20 metr ərazisinin 30 il işğal altında qalmasına razı olarsınızmı? Əlbəttə, yox!

Bu gün bizi atəşkəsə səsləyən ölkələr 30 ilə yaxın aparılan danışıqların nəticəsiz qalmasından görəsən niyə narahat olmurdular? Onlar həmin müddətdə azərbaycanlıların doğma yurdlarından didərgin düşməsinə, ev-eşiklərinə qayıda bilməməsinə nə üçün laqeyd qalırdılar? Halbuki Azərbaycan dəfələrlə bəyan etmişdir ki, ölkəmizin ərazi bütövlüyü danışıqlar predmeti olmayıb və olmayacaqdır. Deməli, Azərbaycan heç vaxt işğalla barışmayacaq. Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə sentyabrın 27-də Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatı məhz bunun təsdiqidir.

1994-cü ilin mayında Azərbaycan Ermənistanla atəşkəs barədə sənəd imzalayanda bu münaqişənin sülh yolu ilə beynəlxalq hüququn prinsiplərinə uyğun həll edilməsinin tərəfdarı olduğunu təsdiqləmişdir. İnanırdıq ki, məhz bu yolla işğal olunmuş ərazilərimiz azad ediləcək və məcburi köçkünlərimiz doğma yurdlarına geri dönəcək. Lakin Ermənistan bu günədək danışıqlarda qeyri-konstruktiv mövqe tutaraq ərazi bütövlüyümüzü qəbul etmir. Üstəlik, daha da həyasızlaşaraq bəyan edir: "Bu torpaqları qan töküb almışıq, heç kəsə bir qarış torpaq qaytarmayacağıq”.

Bu cür "danışıqlar”ın alternativi isə ərazilərin güc hesabına qaytarılmasıdır. Bunun belə olacağını bütün siyasi dairələr, politoloqlar dəfələrlə vurğulamışdı. Hamı qeyd edirdi ki, belə halda Azərbaycan müharibəyə başlaya bilər. Ancaq əksinə oldu. Danışıqları dayandıran da, müharibəyə başlayan da Ermənistan tərəfidir. Bu gün Azərbaycan Ordusunun əks-hücumu ermənilərə tərs şillə kimi dəyir. Aldığı zərbədən özünə gələ bilməyən Ermənistan indi hamıya yalvararaq atəşkəsə nail olmaq istəyir. Təəssüf ki, onların bu çağırışına səs verənlər tapılır. Onlar tərəfləri, əslində isə Azərbaycanı atəşkəsə çağırır. Bu həmin ölkələr və beynəlxalq təşkilatlardır ki, ermənilər Xocalıda soyqırımı törədib qoca, cavan, uşaq, qadın demədən qətliam törədəndə onlara nəinki "dur” dedilər, heç əməlli-başlı qınamadılar da.

Azərbaycan uzun illər Qarabağ münaqişəsinin dinc yolla həlli üçün öz ərazi bütövlüyü çərçivəsində təklif olunan şərtlərin əksəriyyətini qəbul edib. Lakin hər dəfə Ermənistan şıltaqlıq edərək daha həyasız tələblər irəli sürüb. Başqa sözlə desək, Azərbaycanın səbri ilə oynayıb və fikirləşməyib ki, səbrin də bir həddi var. Belə olan halda 30 il Ermənistanın nazı ilə oynayan ölkə və beynəlxalq təşkilatların bu gün özlərini "sülh göyərçinləri” kimi göstərmələri arxadan atılan daşa bənzəyir.

Rüstəm KAMAL,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM