Alternative content

10:50 21 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:35 21.10.2020 Bir Azərbaycanımız var
00:31 21.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qələbəni yalnız güc yox, həm də hərbi sirlərin qorunması təmin edir
Qələbəni yalnız güc yox, həm də hərbi sirlərin qorunması təmin edir
ANA SƏHİFƏ / SİYASƏT
04:56 30.09.2020


Sentyabrın 27-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclası Azərbaycanın hərb tarixində məxfi sirlərin qorunması baxımından bir dönüş nöqtəsi, həm də unikal hadisə kimi yadda qalmalıdır. Məhz bu tədbirdə dövlət başçısı məxfiliyin qorunması məqsədi ilə iclasın ikinci hissəsinin qapalı keçiriləcəyini elan etdi.

Əgər yadınızdadırsa, iclas iki hissədən ibarət oldu. Birincidə dövlət başçısı diqqətə çatdırdı ki, əhaliyə hadisələrin gedişi ilə bağlı ətraflı və mütəmadi məlumat veriləcək. Prezident İlham Əliyev müharibə səhnəsindəki operativ hərbi vəziyyəti belə qiymətləndirdi: "Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir. Hərbçilər də, Azərbaycan xalqı da bunu bilir. Həmişə demişəm ki, ordumuz üçün nə lazımdırsa, biz onu da edəcəyik. Biz güclü, iradəli ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verir və döyüş tapşırığını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirir. Bu gün əks-hücum əməliyyatında bizim müxtəlif silahlı birləşmələrimiz iştirak edir və vahid komandanın rəhbərliyi altında əks-hücum əməliyyatı uğurla gedir. Bütün silahlı birləşmələr arasında koordinasiya tam şəkildə təmin edilib”.

Birinci hissənin sonunda Prezident bildirdi ki, Təhlükəsizlik Şurasının bu tədbirinin qalan hissəsi qapalı rejimdə keçiriləcək: "Çünki müzakirə olunan məsələlərin bir çoxu hərbi sirr təşkil edir”. Azərbaycan Prezidentinin əks-hücum əməliyyatı zamanı məxfiliyin qorunmasına bu dərəcədə ciddi yanaşması növbəti sıravi addımlardan biri yox, qələbəni təmin edən ən ciddi amillərdəndir.

Belə ki, bütün müasir müharibələrdə məxfilik təşkil edən sirlərin qorunması təsadüfi deyil. Hər bir sirr bu gün yeri gələndə bombadan, raketdən də böyük dağıdıcı gücə malikdir. Kimin daha çox məxfi məlumat əldə edə bilməsi bütünlükdə müharibənin əvvəlinə də, gedişinə də, sonuna da ciddi təsir edir. Əvvəlki müharibələrdə hərbi qüvvələrin və silah-sursatın nə qədər önəmli rolu var idisə, bu gün geniş məlumat resurslarına sahib olmaq ondan daha faydalıdır. Məhz məxfiliyin qorunması və düşmənin gizli məlumatlarının ələ keçirilməsi qələbənin daha sürətlə əldə edilməsinə zəmin yaradır. Yəni gizli məlumatların əldə edilməsi düşmən üzərində döyüşlərin gedişində həlledici qələbə çalmağa imkan verir. İnformasiyaların idarə edilməsi, xəbərlərin sistem halında yayılması bir tərəf üçün faydalı, digəri üçün ziyanlı ola bilər.

Sadə müqayisələr aparaq. Şuşanın işğalı zamanı ovaxtkı hərbi rəhbərlik bu faktı bir neçə gün gizlətdi, ermənilər isə hər yana xəbər yaydılar ki, dinc erməni əhalisi Şuşaya qayıtdı və həmin görüntüləri də dünyaya göstərdilər. Bizim iki güc naziri bir neçə gün jurnalistlərə Şuşanın kimdə olması barədə məlumat verə bilmədi. Azərbaycan tərəfi bu faktı etiraf edəndə isə artıq həmin xəbər keçmiş hadisə kimi maraqsız idi.

1992-ci ildə erməni terror dəstələri Gədəbəy rayonunda azərbaycanlıların yaşadığı Mutudərə kəndini yandıranda Rəhim Qazıyevin mətbuat xidməti ora xarici jurnalistlərin təcili getməsini əngəlləsə də, bir neçə gün sonra ermənilər Başkəndi tərk edəndə hamıya çəkiliş etməyə icazə verdi. Beləliklə, dünyaya Azərbaycan müdafiə olunan yox, hücum edən tərəf kimi təqdim edildi. Bütün bu səbatsız addımlar sonda Qarabağın əldən getməsinə səbəb oldu.

Bu gün Azərbaycan dövləti mükəmməl informasiya müharibəsi aparır. Prezident İlham Əliyev son günlər işğalçı Ermənistanın Dağlıq Qarabağda təxribat hazırlaması barədə hər fakt üzə çıxdıqca bəyanatlar verir, dünyanın ən mötəbər kürsülərindən erməni qanunsuz hərbi birləşmələrinin təxribat planlarını son məqamadək ifşa edir. Bu isə Azərbaycana əks-hücum əməliyyatlarını maneəsiz həyata keçirməyə imkan verir. Vurulan zənglərin, verilən bəyanatların ardı-arası kəsilmir. Onlara cavab vermək, qarşılarında duruş gətirmək üçün titanik gücə malik olmaq lazımdır. Azərbaycan Prezidenti bu gücü bütün dünyaya nümayiş etdirir.

Düşmənin məxfi sirlərinin öyrənilməsi, onun aldadılması üçün tədbirlərin həyata keçirilməsi, real operativ vəziyyətin gizlədilməsi, psixoloji sarsıdıcı tədbirlərin görülməsi, bütün informasiya sistemlərinin və şəxsi heyəti iflic edən hərbi elektron sistemlərin tətbiq edilməsi, məlumat axınlarının dağıdılması da müasir müharibənin vacib şərtlərindəndir. İşğalçı Ermənistan özünü ağıllı bilirdi, hiyləgər sayırdı, qalib gələcəyinə əmin idi. Amma Prezident İlham Əliyevin şəxsi keyfiyyətləri, döyüşü qələbəyə aparmaq bacarığı erməni işğalçılarının dizini yerə qoyub.

Prezident İlham Əliyev hərbi sirr təşkil edən məlumatların qorunması üçün ciddi tədbirlər görmüşdür. Eyni zamanda cəbhə bölgəsindən yayımlanan məlumatlara sərt nəzarət mövcuddur. Sosial şəbəkələr isə bağlanmışdır. Ermənilər istəsələr belə nə orduya, nə də yerli əhaliyə qarşı təxribat xarakterli dezinformasiyalar yaya bilir. Ən vacib addımlardan biri də odur ki, birbaşa döyüşlərin aparıldığı ərazilərdə kütləvi informasiya vasitələrinə ciddi məhdudiyyətlər tətbiq edilir.

Bu günlə 1992-ci ildəki vəziyyəti müqayisə etmək yerinə düşərdi. O vaxt elə qarmaqarışıqlıq mövcud idi ki, dəfələrlə ən vacib sirlərin bilməyərəkdən düşmənə ötürülməsinə yerli televiziya verilişləri bais olurdu. Bir də görürdük gecə xəbərlərdə süjet göstərirlər ki, filan kənddə camaat əliyalındır. Səhər isə erməni yaraqlıları həmin kəndə soxulurdular. Ya da televiziyada göstərirdilər ki, filan yaşayış məntəqəsinin filan meşədən keçən cığırı kəndin həyat yoludur. Elə həmin gecə də erməni yaraqlıları adı çəkilən kəndə divan tuturdular.

Bu gün belə naşılıqlara yol verilmir, heç bir yoxlanılmayan xəbər, dəqiqləşdirilməyən məlumat efirə çıxmır.

Sosial şəbəkələrin internet resurslarının bağlanılması isə erməni təxribatlarının qarşısını almağa imkan yaradır. İndi hər jurnalist müharibə bölgəsinə yola düşə bilməz. Efirə gedən bütün xəbərlər bir mərkəzdən idarə olunur, məlumatlar Müdafiə Nazirliyinin Mətbuat xidməti tərəfindən yayılır. Bütün bunlar feyk xəbərlərin, dezinformasiya xarakterli məlumatların yayılmasının qarşısını alır.

Bahadur İMANQULİYEV,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM