Alternative content

09:32 21 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:35 21.10.2020 Bir Azərbaycanımız var
00:31 21.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Haqq yolunun Zəfər zirvəsi
Haqq yolunun Zəfər zirvəsi
ANA SƏHİFƏ / SİYASƏT
04:54 30.09.2020


Azərbaycan bu günlərdə öz tarixinə şanlı səhifələr əlavə etməkdədir. Düşmən işğalından azad edilən hər qarış torpaq özündə neçə müqəddəs an ehtiva edir: ulu dədələrin uzun illər ərzində gözü yolda qalan xatirəsi, bu torpaqları suvarmış Şəhid qanı və müasir Azərbaycan Ordusunun əzmi!

Bu günlərdə xalqın ruhunu daha da canlandıran, vahid ürək kimi döyündürən iki fakt var: ərazilərin ard-arda işğaldan azad edilməsi və ölkə Prezidentinin öz xalqı ilə daim bərabər olması. Bu günə gələn yolun təqribən 30 illik hazırlıq mərhələsi var və onun əsl mahiyyətini Prezident İlham Əliyev 27 sentyabrda həm xalqa müraciətində, həm də Təhlükəsizlik Şurasının iclasındadkı çıxışında çox aydın ifadə etdi.

Qarabağ düşmənin məkrli planlarının bir hissəsi olduğu halda Azərbaycan adlı canlı orqanizmin ayrılmaz bir üzvüdür və onun azad edilməsi şərəf və namus məsələsidir. Azərbaycan müstəqillik qazandığı ilk gündən qarşısına qoyduğu hədəfi öz tarixi kökləri üzərində layiqli, yüksək inkişaf etmiş, ərazidə tərəqqinin və sülhün nümunəsi olan bir Respublika qurmaqdadır. O, öz Haqq yolunu gedir. Nə qədər paradoksal olsa da, hər zaman haqq yolçularına maneçilik törədənlər çox olur. Ərazisinin işğalı da Azərbaycanın düz yolunun üzərinə qoyulmuş böyük bir maneədir, sanki qayadır. İllərdir o qayanın necə ləğv edilməsi ətrafında danışıqlar gedir, təkliflər irəli sürülür, lakin hər biri nəticəsiz qalırdı. Nəhayət, kifayət qədər güclənmiş Azərbaycan öz iradəsini və hökmünü göstərib o qayanı partladıb, öz yoluna davam etmək qərarı verdi. O, Haqqa gedən yolunda Qarabağ adlı problemi Qarabağ adlı qələbəyə çevirmək əzmini göstərməkdədir.

Tək məqsəd - Azərbaycanın ərazi bütövlüyü!

Prezident İlham Əliyev bütün yerli və xarici çıxışlarında bir məsələni daim vurğulayır: Azərbaycan müstəqil ölkədir və müstəqilliyini qoruya biləcək gücə və iradəyə malikdir. Əslində, bu, tarixi əcdadlarımızdan bizə miras qalan torpaqlara sahib çıxmaqdır. Təhlükəsizlik Şurasının iclasına sədrlik edən cənab İlham Əliyev məhz bu məqamı bir daha önə çəkdi: "Dağlıq Qarabağ məsələsi bizim milli məsələmizdir. Dağlıq Qarabağ məsələsinin həlli bizim tarixi vəzifəmizdir. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm, biz bu məsələni elə həll etməliyik ki, Azərbaycan xalqı bundan razı olsun. Biz bunu elə həll etməliyik ki, tarixi ədalət bərpa edilsin. Biz bunu elə etməliyik ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun”. Bir dövlətin müstəqillik rəmzlərindən birincisi onun ərazi bütövlüyü və öz sərhədləri daxilində olan torpaqlarının həm əmin-amanlığının, həm də inkişafının təminidir. Bu gün Azərbaycan yüksək iqtisadi, mədəni, siyasi inkişaf yolundadır. Dünya xəritəsində öz yerini sabitləşdirməklə o, nəinki yaxın qonşularının, hətta uzaq ölkələrin də hesablaşdığı bir ölkəyə çevrilə bilib. Və bütün bunların fonunda paradoksal, hətta faciəvi bir haldır ki, çiçəklənən, inkişaf edən Azərbaycanın xəritəsində onun ərazisinin 20 faizi qara rənglə göstərilir. Azərbaycan Prezidenti 27 sentyabrda xalqa müraciətində deyir: "...Bizim işğal edilmiş bəzi ərazilərimizdə Ermənistan qanunsuz məskunlaşma aparıbdır. Bizim rayonlarımızın, kəndlərimizin adları dəyişdirilir. Azərbaycanlıların tarixi irsi silinir. Bizim tarixi abidələrimiz dağıdılır. Azərbaycan məscidləri dağıdılır, təhqir edilir. Bizim məscidlərimizdə Ermənistan inək, donuz saxlayır. Bu, bütün müsəlman aləminə ən böyük təhqirdir. Bizim əcdadlarımızın qəbirləri traktorla dağıdılır. Bunu edən faşistlərdir, vandallardır, vəhşilərdir”. Başlanan hərbi əməlliyatlar həmin torpaqların "qara örtüyünün” qaldırılması, xəritədə "qara ləkəsiz” Azərbaycanı bərpa etməkdir.


Nida işarəsi - Prezidentin və xalqın iradəsinin vəhdəti


Azərbaycan Prezidenti dönə-dönə öz çıxışlarında hər bir vətəndaşın rifahının, təhlükəsizliyinin nə dərəcədə böyük əhəmiyyət daşıdığını vurğulayır. Bu, təsadüfi bir diqqət deyil, güclü dövlətin ilk zəruri şərtidir. Öz millətini düşünən Lider ilk növbədə xalqda güclü əhvali-ruhiyyə, yüksək iradə, qətiyyət yaratmalıdır ki, hər zaman ona arxalana, ondan dəstək gözləyə bilsin. Xüsusilə qeyd edək ki, burada söhbət bir neçə cür güclənməkdən gedir. İlk növbədə bu, hər vətəndaşın qanuni hüquqlarının bərpası və öz doğma torpaqlarında rahat yaşamaq imkanıdır. İnkişaf işğal olunmuş yox, azad torpaqlarda mümkündür. Təhlükəsizlik Şurasındakı çıxışında Prezident İlham Əliyev deyir: "Mən əminəm ki, bizim uğurlu əks-hücum əməliyyatımız işğala son qoyacaqdır! Ədalətsizliyə son qoyacaqdır! Otuz ilə yaxın davam edən işğala son qoyacaqdır! Çünki Azərbaycan xalqı öz torpağında yaşamaq istəyir. Azərbaycan vətəndaşı Vətən həsrəti ilə yaşayır”. Onu da xüsusilə vurğulayaq ki, öz yurduna qayıtmaq işin yalnız birinci mərhələsidir. Ölkə Prezidenti haqlı olaraq vəziyyətin faciəvi tərəfini önə çəkir: "Ermənilər tərəfindən, Ermənistan rəhbərliyi tərəfindən öz dədə-baba torpaqlarından zorla didərgin salınmış insanlar öz doğma ocaqlarına qayıtmaq istəyirlər. Baxmayaraq ki, artıq onların ocaqları vəhşilər tərəfindən dağıdılıb. Baxın Ağdam şəhərinin qalıqlarına. Baxın Füzuli şəhərinin qalıqlarına. Baxın işğal edilmiş ərazilərdə bizim məscidlərimizin, qəbiristanlıqlarımızın dağılmış vəziyyətinə”. Ancaq heç nəyə baxmadan, bura Vətəndir. İşin əsas ikinci mərhələsinin təkanı da məhz buradan gəlir: azad olunmuş torpaqları abadlaşdırıb vətəndaşlara layiqli həyatı təmin etmək. Çoçuq Mərcanlıda qazanılan qələbədən sonra gedən quruculuq işləri bunun gözəl nümunəsidir.

Vətəndaşa qayğı doğma yurdunun qaytarılması ilə bitmir. Onun ruh yüksəkliyi, iradəsinin güclənməsi heç də az əhəmiyyət kəsb etməyən bir faktdır. Əslində hələ Aprel döyüşlərində özünü yüksək səviyyədə göstərən Lider-xalq vəhdəti günü-gündən möhkəmlənməkdə idi. Bu il Ermənistanın növbəti təxribatına cavab olaraq iyulun 14-dən 15-nə keçən gecə Bakı şəhərində Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilən yürüş isə bu vəhdətin necə sarsılmaz olduğunu, istənilən an güclü bir sel kimi hərəkətə gələ bilmək əzmini göstərdi. Bəli, xalqına dəstək olan Lider, təbii ki, onun sarsılmaz ruhu ilə də güclənmiş olur. Bu gücü ölkə Prezidentinin çıxışında da hiss etmək mümkün idi: "Onu da bildirməliyəm ki, bizim bütün hərbi hissələrimizdə, hərbi birləşmələrimizdə ruh yüksəkliyi var. Eyni zamanda ordumuza könüllü yazılanların sayı on minlərlə insanı əhatə edir. Bu, xalqımızın öz dövlətinə sadiqliyini göstərir”. Çox əhəmiyyətli bir məqamı da vurğulayaq ki, məhz Lider-xalq vəhdətinin nəticəsidir ki, istər məsul şəxslərin bəyanatlarında, istər ayrı-ayrı beynəlxalq danışıqlarda nümayiş etdirilən mövqelərdə, istər cəbhədən xəbərləri paylaşan jurnalistin reaksiyalarında, istərsə də orduya çağırılacağı saatı gözləyən bir vətəndaşın çıxışında məhz

İlham Əliyevin - Liderin nəfəsi, iradəsi hiss olunur. Bu səbəbdən o, böyük əminliklə və dərin bir güvənlə bildirir ki, "Azərbaycan vətəndaşları cəsarət göstərirlər, hər kəs öz yerindədir, ordumuza, dövlətimizə hər an dəstək verməyə hazırdırlar və bunu edirlər”.


Ərazi təhlükəsizliyinin açarı - Azərbaycan


Azərbaycan müstəqillik qazanandan bu günə kimi həm ağır sınaqlardan çıxıb, həm də güclü inkişaf yolu keçib. Azərbaycan artıq Sovet İmperiyasının tərkibindən çıxmış və hansı istiqamətdə irəliləyəcəyinə qərar verə bilməyən bir postsovet ölkəsi deyil. Ən vacibi isə, Azərbaycan güclə sülhə razı ediləcək zəif bir durumda deyil. Heç kimə gizli deyil ki, işğalçı dövlətin xain mövqeyinin arxasında daha böyük qüvvələr var. Bu gün Azərbaycan aysberq kimi görünməyən tərəfi daha böyük olan bir düşmənlə təkbaşına üz-üzə durur. 30 ilə yaxın gedən sülh danışıqları, şəhidlərlə müşayiət olunan atəşkəs rejimi, ermənilərin xislətində olan xainlik artıq son nöqtəsinə çatdı və 27 sentyabrdan başlayaraq Azərbaycan öz taleyini özü həll etməli oldu. Çünki ölkə Prezidentinin xalqa müraciətində də dediyi kimi, "məhz Ermənistanın riyakar, qeyri-konstruktiv və yalançı siyasəti nəticəsində hazırda danışıqlar faktiki olaraq dayanıbdır”, ən vacibi isə, "Azərbaycanla hədə-qorxu dili ilə danışan bundan peşman olacaqdır”. İlham Əliyev tarixdə həm səbri, həm qüruru, həm də qəzəbi ilə tanınan və sayılan Azərbaycan xalqının tam bir mücəssəməsi kimi çıxış edərək bildirdi ki, "Bu yaxınlarda bizim qədim Azərbaycanın qədim şəhəri olan Şuşada qondarma kriminal xunta rejiminin başçısının "andiçmə” mərasimi keçirilmişdir. Bu, təxribat deyilmi? Bu, bizə qarşı təhqirdir. Onlar hesab edirdilər ki, biz bu təhqirlə barışacağıq, razılaşacağıq. Onlar bizi şüurlu şəkildə təxribatlara çəkirlər və bunun acı nəticələrini görəcəklər”. Bəli, hər zaman olduğu kimi, yenə də Azərbaycan öz tarixini özü yazır! Yolun Haqq tərəfi, xalqın gücü və Liderin əzmi məhz bundadır.

Azərbaycan regionun əksər iqtisadi meqalayihələrində iştirak edən, beynəlxalq aləmdə öz tələblərini irəli sürə bilən müstəqil bir dövlətdir. Bu baxımdan ona qarşı atılan istənilən addım, əleyhinə süni şəkildə hazırlanan istənilən xainlik birbaşa beynəlxalq aləmdə əks-səda verir və ciddi fəsadlara yol aça bilər. Ermənistan isə özünün həll edə bilmədiyi problemlərini başqa ölkələri də münaqişəyə çəkməklə ört-basdır etmək, subyektiv dərdini, iddiasını ərazi səviyyəsinə gətirmək istəyən və bununla özünü də uçuruma çəkən bir xunta rejiminə çevrilib. Bu məsələdə iki əhəmiyyətli məqam var. Birincisi, məsələ kökündən həll edilməlidir ki, bədxassəli şişə bənzəyən Ermənistan başqa bir yerdə metastaz verməsin. Bu səbəbdən Prezident İlham Əliyev vurğulayır ki, "Mən müxtəlif dövrlərdə dəfələrlə demişəm ki, bizə bu məsələnin, bu münaqişənin yarımçıq həlli lazım deyil. Biz öz torpağımızdayıq, bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Amma öz torpağımızı heç kimə verən deyilik”. Başqa sözlə desək, istər Ermənistan, istərsə də onun məkrli planlarını dəstəkləyən qüvvələr Azərbaycanın son qərarını və mövqeyini bilib, öz planlarını dəyişməlidirlər. O, xalqa müraciətində də bu məqama diqqət yönəldir: "İlk növbədə, Azərbaycan heç vaxt oyuncaq xunta rejimi ilə hər hansı bir danışıqlar aparmayacaq. İkincisi, danışıqlar formatını dəyişdirmək cəhdləri bir daha onu göstərir ki, Ermənistanın əsas məqsədi danışıqları pozmaq və status-kvonu saxlamaqdır. Halbuki ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları dəfələrlə bəyan etmişlər ki, status-kvo qəbul edilməzdir və bu, o deməkdir ki, işğala son qoyulmalıdır”. İkincisi isə, Azərbaycan Prezidenti erməni xalqının özünün də gözünü açmağa çalışır və onları başqalarının torpağında "çağırılmamış qonaq” kimi qalmaqdansa normal dövlət qurmağın vacibliyini vurğulayır: "Ermənistanda demoqrafik böhran yaşanır və onlarda insan resursları yoxdur ki, işğal edilmiş torpaqlarda öz adamlarını yerləşdirsinlər. Ona görə xaricdə yaşayan ermənilərə ümid edirlər. Hazırda bu siyasət davam etdirilir”.

Bəli, son günlər Azərbaycan xalqı daha bir sınaq yaşayır. Ancaq bu dəfə əzm, iradə, mənəvi güc özünü daha açıq göstərir, xalqın Lideri həmişə olduğu kimi onunla bir yerdədir və Azərbaycan xalqına məxsus bir qürur və vüqarla çağırış edir ki, "Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” Deməli, Xankəndidə, Şuşada dalğalanacaq Azərbaycan bayrağı həm də Lider-xalq vəhdətinin rəmzi olacaq!

Könül BÜNYADZADƏ,

AMEA-nın müxbir üzvü





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM