Alternative content

08:47 30 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:38 30.10.2020 Qisas alınır
01:36 30.10.2020 “Paşinyan qətliamı”
01:24 30.10.2020 BİLDİRİŞ
01:23 30.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Hərbi vəziyyətin tələbi ilə...
Hərbi vəziyyətin tələbi ilə...
ANA SƏHİFƏ / CƏMİYYƏT
04:53 30.09.2020


Ermənistanın Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi, əzəli və əbədi ata-baba yurdumuz olan Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi ilə əlaqədar sentyabrın 27-də Azərbaycan Prezidenti İlham Əliyev "Hərbi vəziyyət elan edilməsi haqqında” fərman imzalayıb.

Fərmana əsasən, 28 sentyabr saat 00:00-dan bütün ölkə ərazisində hərbi vəziyyət elan olunub. Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Ağstafa, Qazax rayonlarında saat 21:00-dan səhər saat 06:00-dək komendant saatı tətbiq edilib. Ölkə başçısının imzaladığı "Hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantının təyin edilməsi haqqında” sərəncama əsasən, Daxili İşlər naziri Vilayət Eyvazov hərbi vəziyyət dövründə komendant saatının tətbiq edildiyi ərazilərin komendantı təyin edilib.

Qeyd edək ki, bütün ölkə ərazisində və ya ayrı-ayrı yerlərdə hərbi vəziyyətin elan və ləğv edilməsi, hərbi vəziyyətin qüvvədə olma müddətinin uzadılması, hərbi vəziyyət rejiminin təmin edilməsi qaydasını, cəbhəboyu zonada hərbi hissələrin yerləşdiyi ərazilərdə rejimin xüsusiyyətlərini, hərbi vəziyyət dövründə fiziki və hüquqi şəxslərin hüquqlarının təminatını "Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanunu müəyyən edir. Bu qanunun tələblərini pozan şəxslər İnzibati Xətalar, Cinayət və Mülki məcəllələrə uyğun məsuliyyət daşıyırlar.


Hərbi vəziyyət rejiminin təmin edilməsinə yönəldilmiş tədbirlər


Qanuna əsasən, hərbi vəziyyət dövründə aşağıdakı tədbirlər həyata keçirilə bilər:

- Təxsislənmiş (bron edilmiş) dövlət maddi ehtiyatlarından istifadə olunması;

- İctimai qaydanın və ictimai təhlükəsizliyin qorunması, hərbi və mühüm dövlət obyektlərinin, əhalinin təhlükəsiz yaşayış şəraitini təmin edən obyektlərin, nəqliyyatın, telekommunikasiya şəbəkə, qurğu və obyektlərinin, poçt obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin, enerji təchizatı müəssisələrinin, baş enerji nəqletmə sistemlərinin, insanlar və ətraf mühit üçün yüksək təhlükə mənbəyi olan xüsusi obyektlərin mühafizəsinin gücləndirilməsi;

- Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların xüsusi iş rejiminə keçirilməsi;

- Stasionar və ya müvəqqəti yaşayış yerlərində məskunlaşdırılması şərtilə əhalinin, təsərrüfat və sosial təyinatlı obyektlərin, maddi və mədəni sərvətlərin təhlükəsiz rayonlara təxliyə olunması (köçürülməsi);

- Hərbi vəziyyət rejimini pozmaqda şübhə edilən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlara məxsus bina və otaqların, nəqliyyat vasitələrinin yoxlanılması;

- Hərbi vəziyyətin elan edilməsinə səbəb olmuş halların aradan qaldırılmasına və müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə mane olan siyasi partiyaların, həmkarlar ittifaqlarının, ictimai birliklərin, fondların və digər qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dayandırılması;

- Rabitədən istifadə üçün xüsusi qaydalara riayət olunması, telekommunikasiya şəbəkə, qurğu və obyektlərinin, poçt obyektlərinin fəaliyyətinin sabitliyinin təmin olunmasına nəzarətin gücləndirilməsi;

- Təhsil müəssisələrinin iş rejiminin dəyişdirilməsi, yaxud fəaliyyətinin dayandırılması;

- Karantinin tətbiq edilməsi, icbari sanitariya-gigiyena, epidemiya əleyhinə və baytarlıq tədbirlərinin keçirilməsi;

- Hərbi vəziyyət dövründə məxfilik rejiminin gücləndirilməsinə yönəldilmiş tədbirlərin həyata keçirilməsi;

- Silah, döyüş sursatı, xüsusi vasitələr, zəhərli və ya partlayıcı maddələrin satışının məhdudlaşdırılması və ya qadağan olunması, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları və ya tərkibində güclü təsirə malik olan maddələr olan dərman preparatlarının, spirtli içkilərin dövriyyəsi üzrə xüsusi rejimin yaradılması, fiziki şəxslərdən odlu və soyuq silahın, döyüş sursatının, zəhərləyici və ya partlayıcı maddələrin, hüquqi şəxslərdən isə həmçinin təlim hərbi texnikasının və radioaktiv maddələrin müvəqqəti götürülməsi;

- Gündəlik tələbat mallarının, o cümlədən ərzaq və sənaye məhsullarının əldə olunmasında (satışında) xüsusi qaydaların tətbiq edilməsi;

- Müvafiq şəxslərin internə edilməsi;

- Yığıncaqlar, mitinqlər, küçə yürüşləri, nümayişlər və piketlərin, habelə digər kütləvi tədbirlərin keçirilməsinin qadağan edilməsi və ya məhdudlaşdırılması;

- Hərbi vəziyyətin elan olunduğu əraziyə (ərazilərə) xüsusi giriş-çıxış rejiminin tətbiqi və təmin edilməsi;

- Azərbaycan Respublikasına gəlmənin və Azərbaycan Respublikasından getmənin xüsusi qaydalarının tətbiq edilməsi;

- Yaşayış və ya olduğu yeri seçmək hüququnun məhdudlaşdırılması;

- Nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması;

- Komendant saatı tətbiq edilməklə şəxslərin xüsusi icazə vərəqələri və şəxsiyyəti təsdiq edən sənədləri olmadan günün müəyyən edilmiş vaxtlarında küçələrdə və ya digər ictimai yerlərdə olmalarının qadağan edilməsi;

- Şəxslərin xüsusi icazə vərəqələrinin və şəxsiyyətini təsdiq edən sənədlərinin yoxlanılması, qanunda nəzərdə tutulmuş əsaslarla onların şəxsi əşyalarına, mənzillərinə və nəqliyyat vasitələrinə baxış keçirilməsi, şəxslərin və nəqliyyat vasitələrinin tutulub saxlanılması;

- Hərbi vəziyyət rejimini pozan və hərbi vəziyyətin tətbiq edildiyi ərazidə yaşamayan şəxslərin həmin ərazinin hüdudlarından çıxarılması;

- Əməyin mühafizəsi normalarına və qaydalarına tam riayət olunmaqla əhalinin təhlükəsiz yaşayış şəraitini təmin edən obyektlərin bərpası, yanğın, təbii fəlakətlərin və texnogen qəzaların nəticələrinin aradan qaldırılmasına fiziki və hüquqi şəxslərin cəlb edilməsi;

- Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların fəaliyyətinin tətil və ya digər üsullarla dayandırılmasının qadağan edilməsi;

- Müdafiə ehtiyaclarının yerinə yetirilməsini təmin etmək məqsədi ilə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların güc və əmək ehtiyatlarının (resurslarının) səfərbər olunması, səfərbərlik planlarına (tapşırıqlarına) uyğun olaraq onların istehsalat fəaliyyətinin növünün və ya iş rejiminin dəyişdirilməsi (o cümlədən işçilərin iş vaxtından artıq vaxtda işə cəlb olunması, əmək məzuniyyətindən istifadə edilməməsi və ya məzuniyyətin başqa vaxta keçirilməsi), bağlanılmış müqavilələr əsasında hərbi və mühüm mülki məhsulların istehsalına yönəldilməsi;

- Qanunla müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslərin istifadəsində və mülkiyyətində olan daşınar və daşınmaz əmlakın əvəzi ödənilməklə, dövlət mülkiyyətində olan daşınar və daşınmaz əmlakın isə əvəzsiz olaraq müdafiə ehtiyacları üçün alınması və ya istifadə edilməsi.

Hərbi vəziyyət dövründə mülki müdafiə və ərazi müdafiəsi tədbirləri Azərbaycan Respublikasının müdafiə qanunvericiliyinin tələblərinə uyğun olaraq həyata keçirilir.


Jurnalist peşəkarlığı


"Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununa görə, kütləvi informasiya vasitələrinin məlumat və materiallarının hərbi senzuradan keçirilə, hərbi vəziyyət tətbiq edildiyi ərazilərdə KİV-in xüsusi fəaliyyət rejimi tətbiq edilə, qanuni əsaslar olduqda onların fəaliyyətinin məhdudlaşdırılması və ya dayandırılması haqqında aidiyyəti orqanlara təqdimatlar verilə bilər.

Yeri gəlmişkən, ötən gün Azərbaycan Mətbuat Şurası da KİV təmsilçilərinə müraciət edərək, junalistləri, media orqanlarını cəbhədə yaranmış duruma münasibətdə həssas, soyuqqanlı davranmağa, öz işlərinə məsuliyyətlə yanaşaraq cəbhə ilə bağlı yalnız rəsmi mənbələrdən aldıqları məlumatlara üstünlük verməyə, hər hansı şübhəli, ilk mənbəyi bilinməyən materialların yayımlanmasından uzaq durmağa çağırıb. Bildirilib ki, jurnalist üçün həssaslıq peşə davranışı qaydalarına tam şəkildə riayət etməkdir. Peşəkarlıq rəsmi mənbələrə istinaddır, əldə edilmiş bilgilərin rəsmi təsdiqinə nail olmaqdır. Hər hansı emosiyalara qapılmaq, eyforiya yaradan fikirlərin təqdimatı yolverilməzdir: "İndiki durumda jurnalistlərimiz üçün ən böyük peşəkarlıq Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumatlarına istinaddır. Ümid edirik və əmin olmaq istərdik ki, media orqanlarımızın təmsilçiləri üzərlərinə düşən vəzifəni məsuliyyətlə, jurnalistikamızın peşəkarlıq ənənələrinə sadiq qalaraq yerinə yetirəcək, xalqımızın haqq işinə özlərinin layiqli töhfələrini verəcəklər”.

Xəyalə MURADLI,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM