Alternative content

08:43 21 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:35 21.10.2020 Bir Azərbaycanımız var
00:31 21.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Korrupsiyaya qarşı mübarizə milli dövlət siyasətinin başlıca istiqamətlərindəndir
Korrupsiyaya qarşı mübarizə milli dövlət siyasətinin başlıca istiqamətlərindəndir
ANA SƏHİFƏ / SİYASƏT
04:52 30.09.2020


Azərbaycan Respublikası Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji kursun dövlət başçısı cənab İlham Əliyev tərəfindən güclü siyasi iradə, əzm və qətiyyətlə müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilməsi nəticəsində ölkə həyatının bütün sahələrində mühüm nailiyyətlər əldə edilmiş, sosial-iqtisadi inkişaf göstəricilərimiz əvvəlcədən prioritet olaraq qarşıya qoyulmuş hədlərə yüksəlmişdir.

Ötən illərin müqayisəli təhlili belə qənaətə gəlməyə əsas verir ki, hərtərəfli və dinamik yüksəliş dövrünü yaşayan respublikamızda həyata keçirilən köklü və sistemli islahatlar nəticəsində sosial-iqtisadi sahə ilə yanaşı, bu sahədə dayanıqlılığı təmin edən, dünya ölkələrinə məxsus müsbət cəhətləri və milli xüsusiyyətləri özündə birləşdirən, beynəlxalq prinsip və müddəalara uyğun olan hüquq və qanunvericilik sistemi də yaradılmış, dövlət təsisatlarında idarəçilik metodları ən yüksək standartlara müvafiq şəkildə formalaşdırılmışdır.

Əsrlik tarixi ənənələri və milli hüquq sistemindəki vacib rolu ilə dövlət orqanları sırasında öz layiqli yerini tutan prokurorluq respublikamızın inkişafına paralel olaraq tam yenidən qurulmaqla dövrün tələblərinə cavab verən, fəaliyyətində qanunçuluq, dövlətçilik, siyasi bitərəflilik, obyektivlik və qərəzsizlik prinsiplərinə əsaslanan müasir məzmunlu bir orqana çevrilmişdir. Sürətli tərəqqi yolunu tutan ölkəmizdə ictimai münasibətlər intensiv şəkildə dəyişdiyindən prokurorluq orqanlarının qarşısında duran vəzifələrin həcmi və məzmununa dair tələblər də adekvat forma almışdır.

Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi strateji kursun və dövlət siyasətinin prioritetlərinə uyğun olaraq ölkədə korrupsiyaya qarşı sistemli mübarizənin aparılması istiqamətində görülən işlərin, həyata keçirilən islahatların və təşkilati tədbirlərin səmərəliliyi yüksəlmiş, korrupsiyaya qarşı daha ciddi mübarizənin aparılmasında prokurorluq orqanlarının üzərinə düşən vəzifələrin həcmi və məsuliyyəti daha da artmışdır. Korrupsiyaya qarşı barışmaz mübarizənin aparılması dövlət başçısı cənab İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin əsas istiqamətini təşkil etdiyindən, korrupsiyaya qarşı preventiv tədbirlərin görülməsi, ardıcıl islahatların aparılması, o cümlədən bu qəbildən olan cinayətlərin qarşısının alınması, onları törətmiş şəxslərə münasibətdə ciddi tədbirlərin həyata keçirilməsi məsələlərinə xüsusi diqqət yetirilir.

Bu sahədə mövcud olan qəti siyasi iradə eyni zamanda konkret əməli-praktiki addımlarla müşayiət olunmuşdur. Həyata keçirilən genişmiqyaslı islahatların digər istiqaməti kimi milyonlarla vətəndaşa xidmət göstərilməklə dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni yanaşmanın formalaşmasına töhfə verən, bürokratiya, süründürməçilik və korrupsiya hallarının aradan qaldırılmasında mühüm rol oynayan "ASAN xidmət” mərkəzlərinin fəaliyyət coğrafiyasının daha da genişləndirilərək 19 mərkəzə çatdırılması, habelə yarandığı gündən keçən qısa müddət ərzində bu xidmətə 34 milyondan çox müraciət daxil olması, əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələri üzrə 132 xidmətin "bir pəncərə”dən təqdim edilməsinə imkan verən nadir layihə kimi DOST mərkəzlərinin fəaliyyətə başlaması Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində dövlət və cəmiyyət arasında olan həmrəyliyin bariz nümunəsidir.

Dövlət başçısının 2016-cı il 27 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” dövlət orqanları tərəfindən 89% icra edilmiş, bu strateji sənədin icrası çərçivəsində qanunvericilik, dövlət xidmətləri, açıq hökumət, maarifləndirmə və beynəlxalq fəaliyyət sahələrində müvafiq olaraq Milli Məclisin deputatlarının etik davranış qaydaları haqqında və korrupsiya hüquqpozmalarla bağlı məlumat verən şəxslərin dövlət müdafiəsinin təmin edilməsi ilə bağlı qanunlar qəbul edilmiş, Elektron Xidmətlərin İnkişafı Mərkəzi yaradılmışdır.

Habelə, "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 9.5-ci bəndinin icrası ilə əlaqədar (İqtisadi sahədə törədilən cinayətlərə görə məsuliyyətin yüngülləşdirilməsi və dekriminalaşdırılması ilə əlaqədar qanunvericilik və digər tədbirlərin görülməsi) dövlət başçısı tərəfindən cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyanı istisna edən şəraitin tam təmin olunması, penitensiar müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi, cəzanı icra edən orqan və müəssisələrdə mövcud olan nöqsanların aradan qaldırılması və cəza siyasətinin humanistləşdirilməsi məqsədilə 10 fevral 2017-ci il tarixdə "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncam, habelə məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli fərman imzalanmaqla korrupsiya ilə mübarizə sahəsində aparılan mühüm institusional islahatlarda növbəti addım atılmışdır.

Son dövrlər ərzində dövlət səviyyəsində görülmüş məqsədyönlü işlər korrupsiya və rüşvətxorluğa qarşı fundamental mübarizəyə başlanılmasının, dövlət başçısı cənab İlham Əliyevin qeyd edilən neqativ təzahürlərin tam aradan qaldırılmasına yönəlmiş siyasi iradəsinin qətiyyətlə həyata keçirildiyinin göstəricisidir. 2020-2022-ci illər üçün nəzərdə tutulmuş Açıq Hökumətin təşviqinə və Korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət planlarının təsdiq edilməsi bu istiqamətdə görülən böyük işlərdən biridir. Hazırda Milli Fəaliyyət Planının icrası ilə bağlı prokurorluq orqanlarının üzərinə düşən vəzifələrin vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsinə yönəldilmiş müvafiq işlər görülür.

Sevindirici haldır ki, gənc dövlət olmasına baxmayaraq, Azərbaycan Respublikası qısa müddət ərzində korrupsiyaya qarşı mübarizə sferasında beynəlxalq standartlar səviyyəsində çevik və sarsılmaz strategiya formalaşdırmış və onun səmərəli tətbiqinə nail olmuşdur.

Göründüyü kimi, Azərbaycan Respublikasında yürüdülən islahat konsepsiyaları həyatiliyi, uğurlu nəticələri və davamlılığı ilə xarakterizə olunmaqla hər bir dövrün spesifik tələbləri nəzərə alınaraq mərhələlərə bölünür, onun mümkün nəticələri öncədən görülür, ən əsası isə milli mənafeyə xidmət edəcək cəhətləri əvvəlcədən hesablanılır.

Dövlət başçısının prokurorluq orqanlarına göstərdiyi yüksək etimadın növbəti təzahürü kimi 1 may 2020-ci ildə qanunverici orqan qarşısında namizədliyini irəli sürdüyü Baş prokurorun müavini- Baş İdarə rəisi Kamran Əliyevi Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin edilməsi ilə bağlı videoformatda qəbul edərkən bu mühüm dövlət təsisatına korrupsiyaya qarşı daha fəal iş aparılmasını, struktur və kadr islahatlarının həyata keçirilməsini tövsiyə etməsi, eləcə də aktual mövzu ətrafında vurğuladığı digər vacib məqamlar qurumun üzərinə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirməsi, habelə mübarizə tədbirlərinin daha da artırılması üçün ortaya qoyduğu siyasi iradənin göstəricisidir.

Bu sahədə mövcud olan qəti siyasi iradə eyni zamanda konkret əməli-praktiki addımlarla müşayiət olunmuş və Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2020-ci il tarixli sərəncamı ilə Baş Prokurorluğun strukturu mahiyyətcə tamamilə yenidən formalaşdırılmışdır.

Belə ki, günün tələblərinə uyğun olaraq daha mobil, effektiv və dinamik idarəçiliyin təmin edilməsi məqsədilə Baş prokurorun yeni müavini ştatı təsis edilmiş, idarə və şöbələrin sayı 15-dən 18-ə çatdırılmış, qabaqcıl beynəlxalq təcrübə əsas götürülməklə Cinayət təqibindən kənar icraatlar və korrupsiya cinayətlərinin törədilməsi nəticəsində vurulmuş ziyanın aradan qaldırılmasında mühüm əhəmiyyətə malik Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarələri yaradılmış və yeni yaradılmış idarələr ilə Baş İdarə arasında sıx əməkdaşlıq əlaqələri qurulmuş, bu qurumların təsis edilməsi ilə ziyanın ödənilməsi prosesi daha da təkmilləşdirilmişdir.

Bütün bu müsbət göstəricilər öz növbəsində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən üzərinə qoyulmuş vəzifələrin uğurla və daha səmərəli icra edilməsində mühüm rol oynamışdır.

Baş İdarənin digər hüquq mühafizə orqanları ilə əlaqəli fəaliyyətinin nəticəsi olaraq kriminogen durum ötən müddətdə stabil saxlanılmış və cinayətkarlığın dinamikasında mənfi təzahürlərin qarşısı alınmış, sosial təminat, təhsil sahəsi, yerli icra hakimiyyəti orqanları, həmçinin bank sektorunda yol verilmiş qanunsuzluqlarla əlaqədar bir sıra aktual cinayət işləri üzrə intensiv araşdırmalar aparılmışdır.

2020-ci ilin 6 ayı ərzində Baş İdarəyə daxil olmuş vətəndaşların müraciətlərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz azalmış, "161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlərin sayı isə 6 faiz artmışdır.

Habelə qeyd olunan dövr ərzində cinayət işləri üzrə vurulmuş ziyanın ödənilməsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz artaraq 46,9 faiz təşkil etmiş və külli miqdarda ziyanın ödənilməsinə nail olunmuşdur.

Qeyd edilənlərdən əlavə, son dövrlər xüsusi aktuallığı ilə seçilən yerli idarəetmə - yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin fəaliyyətində aşkar olunan qanunsuz hallara qarşı 2019-cu ilin sonlarından etibarən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində 7 bölgədə (Ağstafa, Yevlax, Neftçala, Biləsuvar, İmişli, Kürdəmir rayonları, Gəncə şəhəri və şəhərin Nizami rayonu) icra hakimiyyəti başçılarının, eləcə də digər vəzifəli şəxslərinin korrupsiya əməlləri aşkar edilmişdir.

Qeyd edilənlərlə yanaşı, COVID-19 pandemiyası ilə əlaqədar dünyada cərəyan edən məlum hadisələr zəminində xalqın maraqları və təhlükəsizliyinin qorunması ilə bağlı dövlət səviyyəsində həyata keçirilən sistemli tədbirlərdən sui-istifadə edən vəzifəli şəxslərə, kölgə iqtisadiyyatı subyektlərinə, o cümlədən qara mühasibatlıq aparmaqla dövlət nəzarətindən və qeydiyyatından gizli şəkildə qanunsuz fəaliyyət göstərən möhtəkirlərə qarşı Baş İdarə tərəfindən effektiv mübarizə tədbirləri aparılmaqdadır.

Dövlət başçısının fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə beynəlxalq əməkdaşlığın önəmini və qarşılıqlı təcrübənin paylaşılmasının əhəmiyyətini nəzərə almaqla, fəaliyyətə başladığı ilk dövrlərdən Baş İdarə bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla və xarici tərəfdaşlarla qarşılıqlı əlaqələrin qurulmasına və daha da inkişaf etdirilməsinə daim xüsusi əhəmiyyət vermişdir.

Belə ki, Azərbaycan Respublikası qoşulmuş olduğu Avropa Şurasının "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” və "Korrupsiya ilə əlaqədar mülki məsuliyyət haqqında” konvensiyaları, Birləşmiş Millətlər Təşkilatının "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” və "Korrupsiyaya qarşı” konvensiyaları və digər bu kimi mütərəqqi beynəlxalq təşəbbüslərdə əksini tapan müddəaları öz milli hüquq sistemində tətbiq etməklə səmərəli anti-korrupsiya qanunvericiliyi yaratmış və onun işləkliyini təmin edən siyasi iradə sərgiləmişdir.

Bununla yanaşı, korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin nəticəsi kimi, Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Anti-korrupsiya Şəbəkəsi də daxil olmaqla əksər beynəlxalq qurumların hesabatlarında ölkəmizdə bu istiqamətdə həyata keçirilən tədbirlər müsbət dəyərləndirilir. Bu müsbət tendensiya hər il yenilənən beynəlxalq reytinqlərdə də öz əksini tapır.

Belə ki, Azərbaycan Avropa Şurasının "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” və "Korrupsiya ilə əlaqədar mülki məsuliyyəti haqqında” konvensiyalarını 11 fevral 2004-cü il tarixdə ratifikasiya etmiş və onlar qüvvəyə mindiyi 01 iyun 2004-cü il tarixdən GRECO-ya üzv olmuşdur. Qeyd olunmalıdır ki, ölkəmiz müxtəlif dövr ərzində GRECO tərəfindən həyata keçirilən "Korrupsiyaya qarşı” beynəlxalq konvensiyaların hüquq sisteminə implementasiyasının I, II, III və IV Dəyərləndirmə raundlarını bitirmişdir.

Bundan başqa, Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsi ilə əməkdaşlığı ölkəmizin 2003-cü ildə İstanbul Fəaliyyət Planını qəbul edərək təşkilat çərçivəsində iqtisadiyyatları keçid mərhələsində olan ölkələrin antikorrupsiya şəbəkəsinə bölgənin digər ölkələri ilə birgə qoşulması ilə başlamışdır. İstanbul Fəaliyyət Planı Şəbəkəyə üzv ölkələrdə mərhələli şəkildə antikorrupsiya islahatlarının həyata keçirilməsini və nəticələrinin qiymətləndirilməsini nəzərdə tutur.

İndiyədək respublikamız müxtəlif dövr ərzində OECD-nin I, II, III və 2019-cu ildə IV monitorinq mərhələsini tamamlayaraq uyğunluq hesabatı əldə etmişdir.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları hər iki təşkilat tərəfindən təşkil olunan qiymətləndirmə missiyalarına cəlb olunaraq müxtəlif ölkələrin qiymətləndirilməsində ekspert qismində iştirak etmişlər.

Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın 15.09.2020-ci il tarixli iclasında İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsi üzrə Milli Kordinator vəzifəsinə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev seçilmişdir.

Habelə, digər beynəlxalq təşkilatlarla yanaşı, Beynəlxalq Antikorrupsiya Akademiyası ilə də qurulmuş sıx əməkdaşlıq əlaqələri davam etdirilir. Belə ki, ötən dövrdə Baş İdarənin 5 əməkdaşı akademiyanın Magistratura proqramını bitirərək məzun adı qazanmış, digər 3 əməkdaş isə hazırda təhsillərini davam etdirməkdədir. Bundan başqa, Baş İdarənin 3 əməkdaşı

3 beynəlxalq və regional monitorinq mexanizmi çərçivəsində 5 ölkənin milli qanunvericiliyinin dəyərləndirilməsi prosesində ekspert qismində iştirak etmişdir.

Bütün bu sadalanan nailiyyətlər dünya müstəvisində tanınmış mötəbər beynəlxalq reytinqlərdə də öz əksini tapmış və "Beynəlxalq Şəffaflıq” təşkilatının (Transparency International) 2019-cu il üçün hesabatında Azərbaycan Respublikası Korrupsiya Qavrama İndeksi üzrə 26 pillə irəliləmişdir.

Müasir dövrdə müxtəlif ölkələrdə dövlət idarəçiliyinin səmərəliliyinin və şəffaflığının artırılmasında mühüm rol oynayan rəqəmsal xidmətlər və onlayn platformaların korrupsiya cinayətlərinin qarşısının alınmasında da effektiv istifadə edilməsinin nəzərə alınaraq bu mübarizədə zamanın çağırışları ilə səsləşən informasiya texnologiyalarının yeni imkanlarından istifadənin genişləndirilməsi məqsədilə mütəmadi olaraq Baş İdarə əməkdaşlarının ixtisasartırma kurslarına cəlb edilməsi həyata keçiririlir.

Bununla yanaşı, Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizə fəaliyyətində qeyri-hökumət təşkilatları ilə sıx münasibətlərin qurulmasına xüsusi önəm verilmiş, Baş İdarənin fəaliyyəti, bu sahədə son vaxtlar qəbul edilmiş qanunvericiliyin tələbləri, beynəlxalq əməkdaşlıq nəticəsində həyata keçirilən tədbirlər, həmin tədbirlərin reallaşmasında dövlət qurumlarının və vətəndaş cəmiyyətinin rolu, Baş İdarə tərəfindən həyata keçirilən uğurlu əməliyyat tədbirləri, istintaqı aparılan cinayət işləri və digər mühüm məsələlər ilə əlaqədar kütləvi informasiya vasitələrində ictimaiyyətə mütəmadi məlumat verilməsi təmin edilmişdir.

Dövlətçiliyə sadiqliyini sübuta yetirmiş prokurorluq kollektivi və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin hər bir əməkdaşı bundan sonra da fəaliyyətlərinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikası Baş Prokurorluğunun rəhbərliyi tərəfindən göstərilən etimada layiqli səviyyədə qurulması üçün qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsində və yeni məzmunlu mütərəqqi islahatların reallaşdırılması istiqamətində xidmətlərini göstərəcək, ölkəmizdə formalaşmış dayanıqlı ictimai-siyasi sabitliyin və milli maraqlarımızın cinayətkar qəsdlərdən qorunması, qanunun aliliyinin təmin edilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən biri olan korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində üzərinə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirərək cinayətkarlığa qarşı ciddi və səmərəli mübarizə tədbirlərinin həyata keçirilməsini təmin edəcəklər.

Nazim RƏCƏBOV,

Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM