Alternative content

08:59 21 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:35 21.10.2020 Bir Azərbaycanımız var
00:31 21.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Cəbhəyanı rayon və kəndlərdə kənd təsərrüfatı işləri adi qaydada davam etdirilir
Cəbhəyanı rayon və kəndlərdə kənd təsərrüfatı işləri adi qaydada davam etdirilir
ANA SƏHİFƏ / CƏMİYYƏT
04:51 30.09.2020


Son vaxtlar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları müntəzəm xarakter alıb. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq yaşayış məntəqələrini, fərdi və çoxmənzilli yaşayış binalarını, o cümlədən mülki obyektləri ağır artilleriya qurğularından atəşə tutmaqda davam edir. Bu gün Azərbaycan Ordusu düşmənə layiqli cavabını verir, Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir və öz ərazi bütövlüyünü qoruyur.

Ermənistan hərbçilərinin təmas xəttində yaratdığı gərginlik və dinc əhalini qəsdən atəşə tutması sakinlərin gündəlik həyat şəraitlərində bir sıra çətinliklər yaradıb. Buna baxmayaraq, dövlətimizə, ordumuza sarsılmaz inam və etibar edən dinc əhalimiz adi qaydada öz təsərrüfat işləri ilə məşğul olur. Azərbaycan Ordusu döyüş meydanında, xalqımız isə arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümayiş etdirir.

Qeyd edək ki, Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq olunan komendant saatı müddətində kənd təsərrüfatı məhsullarının toplanması, istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyətinə icazə verilib. Bütün rayonlarda, o cümlədən cəbhəyanı rayon və kəndlərdə kənd təsərrüfatı məhsullarının toplanması ilə bağlı, habelə növbəli suvarma, təxirəsalınmaz baytarlıq və bitki mühafizə xidmətləri istiqamətində fəaliyyət adi qaydada davam etdirilir.

Bununla əlaqədar AZƏRTAC-a açıqlama verən Kənd Təsərrüfatı Nazirliyinin "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktoru Anar Hüseynov deyib: "Respublikanın cəbhə rayonlarında kənd təsərrüfatı işlərinin yerinə yetirilməsi barədə danışarkən qeyd etməliyəm ki, bütün cəbhəyanı və cəbhə xəttinə yaxın rayonlada (Ağdam, Ağcabədi, Beyləqan, Bərdə, Cəbrayıl, Füzuli, Goranboy, Tərtər, Tovuz, Qazax və Ağstafa) payızlıq dənli bitkilərin səpini üçün əkin sahələrinin şumlanması aparılır. Ağdam, Ağcabədi, Beyləqan, Bərdə, Cəbrayıl, Füzuli, Goranboy, Tərtər, Tovuz və Ağstafa rayonlarında təkrar qarğıdalı əkinləri aparılmış sahələrdə yaşıl yem və dən üçün qarğıdalı yığımı prosesi davam edir. Ağdam, Ağcabədi, Beyləqan, Bərdə, Cəbrayıl, Füzuli, Goranboy, Tərtər rayonlarında kütləvi pambıq yığımına başlanılıb. Beyləqan, Bərdə, Cəbrayıl, Füzuli, Goranboy, Tərtər və Tovuz rayonlarında şəkər çuğundurunun toplanması yerinə yetirilir. Goranboy və Tovuz rayonlarında tütün məhsulunun yığımı prosesi davam edir”.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM