30 Sentyabr 2020 02:44
599
DÜNYA
A- A+

Ermənistan gürcüləri 2021-ci ildə Cavaxetiyanı Gürcüstandan ayırmaqla qorxudurlar


Ermənistan KİV-ləri Gürcüstanı münaqişəyə cəlb etmək istəyir. Artıq Ermənistan KİV-ləri Gürcüstanı Azərbaycanın mövqeyini dəstəkləməkdə ittiham edir və gürcülərə öz gələcəklərini düşünməyi tövsiyə edirlər.

AZƏRTAC xəbər verir ki, sentyabrın 28-də Gürcüstanın Samtsxe-Cavaxetiya bölgəsindən olan bir qrup erməni "könüllülər taboru” yaradaraq Ermənistana getmək istəyib. Onlar özləri ilə avtomobil şinləri və ərzaqla dolu yük maşınlarını da Ermənistana aparmağa cəhd ediblər.

Gürcüstan hökuməti öz ərazisindən hərbi təyinatlı yüklərin daşınmasını qadağan etdiyi üçün gürcü sərhədçilər onları buraxmayıblar. Ermənilərlə gürcü sərhədçiləri və hüquq-mühafizə orqanları əməkdaşları arasında qarşıdurma yaranıb. Qarşıdurmadan sonra Ermənistan pasportuna sahib olan yüzdən çox erməni sərhəddən buraxılıb və onlar Ermənistana gediblər. Digərləri isə sərhədi keçə bilməyiblər. Bundan sonra Ermənistan tərəfi Gürcüstan hökumətinə və gürcü xalqına qarşı ittihamlar irəli sürüb, onları Azərbaycanpərəst mövqedə günahlandırıblar.

Ermənistan mətbuatı yazır: "Gürcülər bilməlidirlər ki, azərbaycanlılar və türklərlə oyun yaxşı nəticə verməyəcək. Ermənilər 2021-ci ildə gözlənilmədən Cavaxetiyaya yerli sakinləri qorumaq üçün ordu göndərəndə qoy gürcülər bizdən inciməsinlər”.

Gürcüstan tərəfi bəyan edib ki, sərhədçilər qanun çərçivəsində hərəkət ediblər.

Koronavirus pandemiyasına görə sərhədlər hər iki tərəfin (Gürcüstan və Ermənistan) razılığı əsasında bağlanıb. Sərhədçilər həm bu baxımdan, həm də hökumətin Gürcüstan ərazisindən hərbi təyinatlı və hərbi məqsədlər üçün yüklərin daşınmasına qoyduğu qadağanın icrası baxımından öz vəzifələrini dəqiq yerinə yetiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video