29 Sentyabr 2020 22:28
464
SİYASƏT
A- A+

Müdafiə Nazirliyi rəşadətli Azərbaycan Ordusunun hərbi qüdrəti ilə bağlı maraqlı paylaşım edib

 
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına cavab olaraq cəbhənin bütün istiqamətlərində uğurlu əks-hücum əməliyyatı həyata keçirərək düşmənə sarsıdıcı zərbələr vuran rəşadətli Azərbaycan Ordusu ilə bağlı maraqlı paylaşım edib.

AZƏRTAC xəbər verir ki, nazirliyin sosial media hesablarında yerləşdirilən infoqrafikada "İrəli, irəli, yalnız irəli! Geriyə haqqımız yoxdur, Azərbaycan əsgəri” ifadələri yer alıb. Paylaşımda Azərbaycan Ordusunun hərbi qüdrəti və torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda döyüşlərə yüksək hazırlığı əksini tapıb.

Bu günlərdə kiçikdən böyüyədək hər bir azərbaycanlının qəlbi Azərbaycan Ordusunun əsgər və zabitləri ilə bir döyünür. Düşmənin təxribatlarına cavab olaraq cəbhənin bütün istiqamətlərində sürətli əks-hücum əməliyyatı keçirən və Ermənistan ordusuna ağır zərbələr vuran Azərbaycan Ordusunun uğurları otuz ilə yaxındır doğma torpaqlarımızın həsrəti ilə yaşayan xalqımızda əzəli torpaqlarımızın işğaldan azad ediləcəyi günün uzaqda olmadığını göstərir. Ali Baş Komandanımızın müdrik və qətiyyətli rəhbərliyi ilə düşmənə sarsıdıcı zərbələr vuran Azərbaycan Ordusuna güvənən xalqımız həmişə olduğu kimi, bu günlərdə də sarsılmaz xalq-ordu birliyi, həmrəyliyi nümayiş etdirir.

Müdafiə Nazirliyinin bu paylaşımında da məhz Azərbaycan Ordusunun xalqımızın bəslədiyi ümidləri layiqincə doğrultmağa hər an hazır olduğu ifadə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video