Alternative content

10:40 20 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
08:23 20.10.2020 Cəbhədə son vəziyyət
00:41 20.10.2020 BİLDİRİŞ
00:41 20.10.2020 E l a n
00:39 20.10.2020 BİLDİRİŞ
00:39 20.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV UNESCO-nun rəhbərliyi Ermənistanın son təxribatı barədə məlumatlandırılıb
UNESCO-nun rəhbərliyi Ermənistanın son təxribatı barədə məlumatlandırılıb
ANA SƏHİFƏ / SİYASƏT
22:25 29.09.2020
 
Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəsinin səlahiyyətlərini icra edən Ayaz Qocayev UNESCO-nun Baş direktorunun Prioritet Afrika və Xarici Əlaqələr üzrə müavini Firmin Edouard Matoko ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə bu il sentyabrın 27-də səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması, Azərbaycanın mülki əhalisinin, yaşayış məntəqələrinin iriçaplı silahlardan atəşə tutulması və hərbi mövqelərimizə hücum barədə danışılıb. Erməni silahlı qüvvələrinin hücumu nəticəsində mülki şəxslər və hərbçilər həlak olub.

Dinc insanları müdafiə etmək, eyni zamanda, ölkəmizin ərazi bütövlüyü və suverenliyini qorumaq məqsədilə Azərbaycan Ordusu tərəfindən erməni hərbçilərinə qarşı əks-həmlə əməliyyatlarına başlanıldığı qeyd olunub.

Eyni zamanda, son zamanlar işğal olunmuş ərazilərimizə Suriya və Livandan erməni ailələrin yerləşdirilməsi, qondarma rejimin parlamentinin Azərbaycanın mədəniyyət incisi olan Şuşa şəhərinə köçürülməsi, eləcə də Ermənistan baş naziri və müdafiə nazirinin danışıqlar prosesinə zərbə vuran bəyanatları, Azərbaycanın mülki əhalisinin mütəmadi olaraq atəşə tutulduğu diqqətə çatdırılıb.

"UNESCO-nun əsas məqsədi mədəni irsin qorunmasıdır. Ermənistan işğal etdiyi ərazilərimizdə mədəni irsimizi dağıtmaqla azərbaycanlıların regionda izlərini silməyə çalışır. Tərtər rayonundakı xalça fabrikini Ermənistan silahlı birləşmələri məqsədli surətdə atəşə tutub və nəticədə fabrikə ciddi ziyan dəyib. Azərbaycan Xalça sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyindən, bu, birbaşa dünya irsinin dağıdılması deməkdir. Bu faktlar UNESCO-nu da narahat etməlidir”, - deyə A. Qocayev vurğulayıb.

Azərbaycanın Ermənistanın hərbi təcavüzünə məruz qalması faktına beynəlxalq təşkilatların, o cümlədən yaxın tərəfdaş olan UNESCO-nun ədalətli, tarazlaşdırılmamış mövqe nümayiş etdirməsinin vacibliyini diqqətə çatdırıb.

Qeyd olunub ki, Azərbaycan beynəlxalq təşkilatlardan cəzasızlıqdan istifadə edən Ermənistanın mülki əhalimizə qarşı hərbi hücumlarını pisləyən qəti mövqe gözləyir.

UNESCO-nun Baş direktorunun Prioritet Afrika və Xarici Əlaqələr üzrə müavini Firmin Edouard Matoko məlumatı baş direktorun diqqətinə çatdıracağını bildirib.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM