29 Sentyabr 2020 20:56
615
CƏMİYYƏT
A- A+

Qaşaltı Qaraqoyunlu kənd sakini: Yolun üstündə oturub ordumuzdan qələbə xəbərini gözləyirəm


Mənim 85 yaşım var. İllər öncə evimdə ən geniş süfrəmi erməni qonaqlar üçün açdırıb, ən ləziz yeməklərimizi onlar üçün bişirtdirmişəm. Çünki onları evimdə qonaq bilmişəm. Qonağı xoş üzlə qarşılamaq, ona qonaqpərvərlik göstərmək bizim kəndimizin adətidir.

Onlar isə mənə ahıl yaşımda ən ağır müsibəti, dözülməz bir dəhşəti yaşatdılar. Mənim ailəmi – qızımı, kürəkənimi, nəvəmi, nəticələrimi öz evlərində, qapının kandarındaca qanına qəltan etdilər.

Bu sözləri AZƏRTAC-ın müxbirinə Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kənd sakini Dəmir Əmirov deyib.

"Mən ağzı dualı ağsaqqalam. Bundan sonra bütün dualarım bizdən irəlidəki ordumuz üçündür. Onlar azğın düşmənə qarşı rəşadətlə vuruşurlar. Allah ordumuzu müzəffər eyləsin. Qoy, mənim günahsız ailə üzvlərimin də intiqamını əsgərlərimiz düşməndən alsınlar. Bu müsibətdən sonra necə dözəcəyimi bilmirəm. Amma elə buradaca, kəndimizin yolu üstündə oturub ordumuzdan qələbə xəbərini gözləyirəm”, - deyə Dəmir Əmirov bildirib.

Qeyd edək ki, Ermənistan silahlı birləşmələrinin ölkəmizin dinc əhalisinə növbəti dəfə toplarla atəş açması nəticəsində Naftalanın Qaşaltı Qaraqoyunlu kəndinin sakini Qurbanov Elbrus İsa oğlu və onun 4 ailə üzvü olmaqla bütövlüklə bir ailə, o cümlədən uşaqlar həlak olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video