Alternative content

09:18 20 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
08:23 20.10.2020 Cəbhədə son vəziyyət
00:41 20.10.2020 BİLDİRİŞ
00:41 20.10.2020 E l a n
00:39 20.10.2020 BİLDİRİŞ
00:39 20.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ağsaqqallar Şurasının sədri: Vətənpərvər ruhda böyüyən Azərbaycan gəncləri düşmənlə döyüşə hər an hazırdır
Ağsaqqallar Şurasının sədri: Vətənpərvər ruhda böyüyən Azərbaycan gəncləri düşmənlə döyüşə hər an hazırdır
ANA SƏHİFƏ / CƏMİYYƏT
18:02 29.09.2020

Hər bir Azərbaycan vətəndaşı 30 ildir ki, səbirsizliklə torpaqlarımızın azad olunacağı günü gözləyir. Cəbhədə erməni təxribatına layiqli cavab verən şanlı Azərbaycan Ordusu əminəm ki, bizi qələbə xəbərləri ilə sevindirəcək. Bu gün vətənpərvər ruhda böyüyən Azərbaycan gəncləri düşmənlə döyüşə hər an hazırdır. Prezident İlham Əliyevin ölkəmizdə qismən səfərbərlik elan etməsi gənclərimiz tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb. Hər kəs ön cəbhəyə getməyə can atır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev söyləyib.

Ağsaqqallar Şurasının sədri deyib: "Prezident İlham Əliyev bu illər ərzində dünyanın ən yüksək səviyyəli təşkilatlarında, həmçinin tədbirlərdə çıxış edərək, münaqişənin sülh yolu ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini bildirib, Ermənistanın hərbi təcavüzünün qarşısını almağın vacibliyini vurğulayıb. Lakin ötən illər ərzində bu istiqamətdə hər hansı addım atılmayıb. Dağlıq Qarabağ bütün dünya, o cümlədən beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın əzəli torpağı kimi tanınır. Amma heç kim düşmənə öz yerini göstərmir. Nəyə görə? Bu ikili standartlar nə vaxta qədər davam edəcək? Biz torpaqlarımızın işğaldan azad olunmasını, 1 milyona yaxın qaçqın və məcburi köçkünümüzün öz doğma yurdlarına qayıtmasını istəyirik. Bütün bunlara baxmayaraq, düşmən öz xislətindən əl çəkmir və daha da qabağa gedərək təxribatlara əl atır. Artıq səbrimiz tükənib”.

Cəmiyyətimizdə vətənpərvərlik ruhunun yüksək olduğunu vurğulayan AAŞ sədri qeyd edib ki, gənclərimiz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə və şöbələri qarşısında növbəyə durublar. Onlar könüllü olaraq cəbhəyə getmək istəyirlər.

"Bu gün Azərbaycan Ağsaqqallar Şurası əsgərlərimizin yanındadır. Allahdan arzum odur ki, torpaqlarımızı tezliklə azad edək. İstəmirəm ki, bu problemi uşaqlarımızın, nəvələrimizin üzərinə qoyaq. Əminəm ki, qələbə bizimdir, Dağlıq Qarabağ Azərbaycandır! Allah hərbçilərimizi qorusun!”, - deyə Ağsaqqallar Şurasının sədri bildirib.





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM