Alternative content

11:51 21 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Türkiyə vətəndaşları Prezident İlham Əliyevə yazırlar: Ehtiyac olarsa, azərbaycanlı qardaşlarımızla birlikdə vuruşmağa hazırıq
Türkiyə vətəndaşları Prezident İlham Əliyevə yazırlar: Ehtiyac olarsa, azərbaycanlı qardaşlarımızla birlikdə vuruşmağa hazırıq
ANA SƏHİFƏ / SİYASƏT
16:10 29.09.2020

Silahlı Qüvvələrimizin cəbhədə əldə etdiyi müvəffəqiyyətlər Azərbaycanla yanaşı, bir sıra xarici ölkələrin vətəndaşları tərəfindən də sevinclə qarşılanır.

AZƏRTAC xəbər verir ki, həmin ölkələrin vətəndaşları sevinc hisslərini dövlətimizin başçısına yazdıqları məktublarda ifadə edirlər.

Türkiyənin Adana şəhərindən Efe Hüsem yazır: "Hörmətli cənab Prezident, mən Türkiyənin Adana şəhərində həkim işləyirəm. Doğma Vətən, qardaş ölkə Azərbaycanda Tibb Universitetində təhsil almışam. Erməni işğalçıları ilə cəbhədə vuruşan qardaşlarıma lazım olarsa ya həkim kimi, ya da bacardığım başqa iş üzrə xidmət göstərməyə hər an hazıram. Şübhəsiz, çağırış etsəniz, ən qısa zamanda gələrəm. Ürəyim Sizinlədir. Allah yar və yardımçınız olsun”.

İstanbul şəhərindən Amanat Aydın: "Hörmətli cənab Prezident, Azərbaycan Ordusunun düşmənə qarşı lazımi müdafiə tədbirlərini ən yüksək səviyyədə təşkil etdiyini və əks-hücumla ermənilərə sarsıdıcı zərbələr endirdiyini sosial mediadan öyrəndim. Haqsızlığı özünə məslək bilən, qardaş ölkəmin insanlarına qəsd edən, adını belə çəkməyə dilim gəlməyən aciz topluya qarşı təbii ki, gücünüzün yetəcəyini atalarımızdan gələn qandan bilirəm. Ancaq ehtiyac olarsa, qardaş ölkəmin bu mübarizəsində hər zaman yanınızdayam. Türk milləti olaraq birimizə olunan haqsızlıq hamımıza edilən haqsızlıqdır. Hər zaman qardaş ölkəmin yanında olacağımı bildirir, böyüklərin əllərindən, kiçiklərin gözlərindən öpürəm”.

Ankara şəhərindən Suat Muratoğlu: "Hörmətli cənab Prezident. Mən Türkiyə vətəndaşıyam. Xaraktersiz ermənilərin əməllərini şiddətlə qınayıram. Davanız davam, yolunuz yolumdur. Azərbaycan mənim də ölkəmdir. Lazım gələrsə, Sizin ölkəniz üçün də vuruşmağa, şəhid olmağa tərəddüd etmərəm. Dualarım Sizinlədir. Ehtiyac olarsa, sevə-sevə cəbhəyə getməyə və qardaşlarımla birlikdə vuruşmağa hazıram. Allah yardımçısınız olsun. Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza da qısa zamanda şəfa tapmalarını diləyirəm”.

İstanbul şəhərindən Hakan Yıldız yazır: "Hörmətli cənab Prezident, qardaş ölkəmizə və bütün vətəndaşlarınıza mənim və ətrafımda olan insanların səmimi salamlarını çatdıraraq haqq işinizdə uğurlar arzulayıram. Əziz Prezident, mən və ətrafımda olan çoxsaylı insanlar rəhbərliyinizlə qazanılan rəşadətli qələbə sevincini Sizinlə bölüşmək üçün yanınızda olmaqdan şərəf duyarıq. Azərbaycan bizim ikinci Vətənimizdir. Sizi öz rəhbərimiz kimi sevir, qərarlarınızı dəstəkləyirik. Hamımızın duaları qələbə qazanmağınız üçündür”.

Tekirdağ şəhərindən Özdoğan Məhəmməd və Satı Levent yazırlar: "Hörmətli cənab Prezident, bu çətin günlərdə Sizə yaxşı və sağlam çalışmalar və uğurlar diləyirəm. Mənim 24 yaşım var. Vətənin bu çətin günündə azərbaycanlı qardaşlarımın yanında olmaq istəyirəm. Hər hansı bir əmriniz olarsa canla-başla yerinə yetirməyə hazıram. Cənab Ali Baş Komandan, ermənilərə qarşı hərbi əməliyyatların iştirakçısı olmaqdan qürur duyardım. Əmrinizi gözləyirəm”.

Almaniyanın Dortmund şəhərində yaşayan türk vətəndaşı Halil Deniz Kalakli yazır: "Hörmətli cənab Prezident, mən Almaniyada yaşayan türk vətəndaşıyam. Azərbaycanın Ermənistanla yaşadığı problemi yaxından izləyirəm. Burada bir qərar tuta bilmirəm. Hazırda böyük narahatlıq içərisində Azərbaycan Silahlı Qüvvələrinin zəfər çalması üçün dualar edirik. Türkiyədə yaşadığım dövrdə Türk Özəl Qüvvələrində əsgərlik etmişəm. İcazənizlə Azərbaycana gəlib Sizlərlə bərabər ermənilərə qarşı vuruşmaq istəyirəm. Burada bir çox türk qardaşlarımız da Azərbaycana gəlib qardaşlarımıza dəstək vermək istəyirlər. Eyni zamanda, Türkiyədə yaşayan həmvətənlərim də eyni duyğu və düşüncə içərisindədirlər. Artıq Ermənistana sərt bir sillə vurmağın zamanı gəlmişdir. Ermənilər türkün əsl gücünü görməlidirlər. Birlikdə onların üzərinə getməliyik. Hörmətli cənab Prezident, əmr etdiyiniz anda yanınızda olacağımı bilməyinizi istəyirəm. Sizi və bütün azərbaycanlı qardaşlarımızı Allaha əmanət edirəm”.

Şanlıurfa şəhərindən Babacan Eyüp: "Hörmətli cənab Prezident, ilk növbədə, Sizə salamlarımı çatdırır, ehtiramımı bildirirəm. Erməni işğalçıları ilə apardığınız mübarizədə Türkiyə xalqı olaraq, sonuna qədər yanınızda olduğumuzu, dualarımızın Sizinlə birlikdə olduğunu bilməyinizi istəyirik. Rəbbim qardaş Azərbaycanın yardımçısı olsun. Hər zaman can qardaşlarımızın yanındayıq. Tutduğunuz bu haqq yolunda Sizə zəfər arzulayıram”.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM