Alternative content

08:27 21 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:35 21.10.2020 Bir Azərbaycanımız var
00:31 21.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Ağsaqqallar Şurasının VIII qurultayı keçirilib
Azərbaycan Ağsaqqallar Şurasının VIII qurultayı keçirilib
ANA SƏHİFƏ / SİYASƏT
16:09 29.09.2020

Ağsaqqallar Prezident İlham Əliyevin dövlətçiliyimizin qüdrətlənməsi, torpaqlarımızın işğaldan azad olunması istiqamətində apardığı məqsədyönlü siyasəti hər zaman dəstəkləyirlər


Sentyabrın 29-da Azərbaycan Ağsaqqallar Şurasının (AAŞ) videokonfrans formatında növbədənkənar VIII qurultayı keçirilib. Qurultayda Şuranın üzvləri, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov qurultayı açaraq, cəbhə bölgəsində sentyabrın 27-dən başlayan erməni təxribatından danışıb. O, rəşadətli Azərbaycan Ordusunun Ermənistan silahlı birləşmələrinə qarşı həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatlarının vətəndaşlarımızda qələbə əzmini, ruh yüksəkliyini daha da artırdığını və hər kəsin, o cümlədən ağsaqqalların əsgərlərimizin yanında olduğunu bildirib.

Şuranın ötən qurultaydan sonra vəfat etmiş sədri Fəttah Heydərovun, eləcə də dünyasını dəyişmiş digər şura üzvlərinin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gündəliyə uyğun olaraq, əvvəlcə AAŞ-ın yeni redaksiyada işlənmiş nizamnaməsi səsə qoyularaq təsdiqlənib.

Sonra çıxış edən Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev qurultay iştirakçılarına dövlət başçısı İlham Əliyevin təbrikini çatdırıb.

Ədalət Vəliyev Ermənistanın cəbhə xəttində törətdiyi hərbi təxribatdan danışıb, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun qarşıya qoyulan tapşırığı layiqincə yerinə yetirəcəyinə əminliyini bildirib.

"Prezident İlham Əliyevin ağsaqqallarımızdan gözləntisi hər zaman xalqın arasında, haqqın yanında olmaları, milli birliyə xidmət etmələri, xalqımızı qələbəyə ruhlandırmalarıdır”, - deyən Ədalət Vəliyev ağsaqqalların gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında yaxından iştirak etmələrinin əhəmiyyətini vurğulayıb. "Prezidentin ağsaqqallardan digər gözləntiləri Azərbaycan xalqının milli-mənəvi dəyərlərini, ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsini gələcək nəsillərə çatdırmaqdır. İnanırıq ki, Ağsaqqallar Şurası bu istiqamətdə səylərini daha da artıracaq”, - deyə şöbə müdiri qeyd edib.

Milli Məclisin deputatı, professor Eldar Quliyevin böyük təşkilatçılıq və idarəçilik qabiliyyətinə malik olduğu vurğulanıb və Azərbaycan Ağsaqqallar Şurasının sədri vəzifəsinə onun namizədliyi irəli sürülüb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə çıxışında son günlər doğma torpaqlarımızın erməni işğalından azad olunması uğrunda haqq mücadiləmizdə qazandığımız zəfərlərin davamlı olmasını arzulayıb, Uca Yaradanın nəzərində ən uca mərtəbə olan şəhidlik zirvəsinə yüksələn qəhrəman övladlarımıza Allah-Təaladan rəhmət diləyib. Allahşükür Paşazadə Şuşa məscidindən azan səsinin eşidiləcəyi günü səbirsizliklə gözlədiyini vurğulayıb.

O, E.Quliyevin cəmiyyətdə böyük nüfuza malik olduğunu vurğulayaraq, qarşıda duran vəzifələri uğurla yerinə yetirəcəyinə əminliyini bildirib.

Milli Məclisin deputatları Eldar İbrahimov, Ziyad Səmədzadə və Əhliman Əmiraslanov çıxışlarında ağsaqqallarımızın cəmiyyətdəki rolundan danışıb, AAŞ sədri vəzifəsinə E.Quliyevin namizədliyini dəstəkləyiblər.

Sonra Eldar Quliyevin AAŞ sədri vəzifəsinə təsdiqlənməsi təklifi səsə qoyulub və qəbul olunub.

Ağsaqqallar Şurasının yeni sədri çıxış edərək ona göstərilən etimada görə minnətdarlığını bildirib. Qeyd edib ki, vaxtilə ulu öndərimiz Heydər Əliyevin respublika ağsaqqallarına göstərdiyi diqqət və qayğını bu gün Prezident İlham Əliyev davam etdirir. Azərbaycanın sürətlə inkişaf etdiyini, əhalinin rifah halının günbəgün yaxşılaşdığını vurğulayan AAŞ sədri deyib ki, ağsaqqallar Prezident İlham Əliyevin dövlətçiliyimizin qüdrətlənməsi, torpaqlarımızın işğaldan azad olunması istiqamətində apardığı məqsədyönlü siyasəti hər zaman dəstəkləyirlər.

Eldar Quliyev son günlər cəbhədə baş verən hadisələrə də toxunub, erməni təxribatını pisləyərək Azərbaycan əsgərinin Ali Baş Komandanın rəhbərliyi ilə düşmənə layiqli cavab verdiyini deyib, tezliklə qələbə xəbərini eşidəcəyimizə əminliyini ifadə edib. O, AAŞ-ın sədri kimi fəaliyyəti dövründə gənclərimizin vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində addımlar atılacağını, ağsaqqalların bölgələrə səfərlərinin təşkil olunacağını, hərbi hissələrdə müntəzəm görüşlər keçiriləcəyini bildirib.

Daha sonra Azərbaycan Ağsaqqallar Şurasının İdarə heyətinin üzvləri seçilib və gündəlikdəki digər məsələlərə baxılıb.

Qurultayda Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM