Alternative content

11:38 21 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
00:35 21.10.2020 Bir Azərbaycanımız var
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Düşmənin təxribatları nəticəsində baş verən yanğınların dərhal aradan qaldırılması üçün FHN gücləndirilmiş iş rejimində fəaliyyət göstərir
Düşmənin təxribatları nəticəsində baş verən yanğınların dərhal aradan qaldırılması üçün FHN gücləndirilmiş iş rejimində fəaliyyət göstərir
ANA SƏHİFƏ / SİYASƏT
15:47 29.09.2020

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən aidiyyəti dövlət orqanları ilə birlikdə dinc və müharibə dövründə əhalinin etibarlı mühafizəsinin təmin olunması məqsədilə şəhər və rayonlarımızda kollektiv mühafizə qurğularının, o cümlədən sığınacaq, radiasiya əleyhinə daldalanacaq və zirzəmilərin hazırlıq səviyyəsi, tutumu, rabitə-xəbərdarlıq sisteminin, kommunal təsərrüfatı, mövcud infrastruktur və kommunikasiya sistemlərinin, nəqliyyat sahəsində fəaliyyət göstərən qurumların, səhiyyə müəssisələrinin imkanları hərtərəfli təhlil edilib, bu istiqamətdə müvafiq tədbirlər görülüb.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyinin təxribatçı xarakteri və ölkəmizin müharibə şəraitində yaşadığı nəzərə alınaraq, Fövqəladə Hallar Nazirliyi cəbhəboyu zonada yaşayan əhalinin mülki müdafiəsinin aidiyyəti üzrə təmin edilməsi istiqamətində lazımi tədbirlər görüb. Belə ki, cəbhəboyu zonada və bilavasitə təmas xəttində yerləşən yaşayış məntəqələrinin sakinləri arasında düşmənin mümkün həmləsi zamanı zəruri təhlükəsiz davranış qaydaları barədə geniş maarifləndirmə işləri həyata keçirilib. Bu çərçivədə digər aidiyyəti dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə əhaliyə fövqəladə hallar zamanı, xüsusilə müharibə şəraitində davranış qaydaları, düşmən atəşinin təsirindən qorunmaq məqsədilə kənd sakinlərinin həyətyanı sahələrində yaradılmış müvəqqəti daldalanacaqlardan düzgün istifadə qaydaları aşılanıb. Bununla bağlı düşmənin artilleriya zərbələrindən qorunmaq üçün bütün cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrində lazımi sayda müvəqqəti daldalanacaqlar yaradılıb. Bundan başqa, dinc dövrdə irimiqyaslı fövqəladə hallar, müharibə dövründə isə düşmən hücumları barədə əhalinin vaxtında xəbərdar edilməsi üçün rabitə-xəbərdarlıq sisteminin vəziyyəti təhlil edilib, bu məqsədlə alternativ üsullardan istifadə edilməklə müvafiq tədbirlərin görülməsi təmin olunub.

Qeyd edək ki, düşmənin artilleriya atəşləri nəticəsində müxtəlif obyektlərə, o cümlədən mülki obyektlərə, fərdi və çoxmənzilli yaşayış evlərinə, təsərrüfatlara, infrastruktur obyektlərinə dəyən ziyanın, zərbələr nəticəsində baş verən yanğınların dərhal aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM