29 Sentyabr 2020 15:45
934
Mədəniyyət
A- A+

Azərbaycan Yazıçılar Birliyi dövlətimiz, xalqımız və ordumuzla həmrəylik nümayiş etdirir


Azərbaycan Yazıçılar Birliyi (AYB) erməni işğalçılarının qanlı 27 sentyabr təxribatı və Azərbaycan Ordusunun bütün cəbhə boyu əks hücuma keçməsi ilə əlaqədar bəyanat yayıb.

AYB-dən AZƏRTAC-a daxil olan bəyanatda deyilir: "Sentyabrın 27-si səhər saatlarında işğalçı erməni hərbi dəstələrinin növbəti dəfə qanlı təxribata əl ataraq cəbhə boyu yerləşən mülki məntəqələrimizi, dinc insanlarımızı atəş hədəfinə alması bütün xalqımız kimi Azərbaycan Yazıçılar Birliyini də dərindən hiddətləndirdi. Erməni faşizminin bu yeni vəhşiliyi nəticəsində hətta cəbhə xəttindən xeyli aralıdakı yaşayış məskənlərimiz atəşə məruz qaldı. Nəticədə bir ailənin 5 üzvü və ikisi yeniyetmə olmaqla, neçə-neçə günahsız azərbaycanlı həlak oldu və yaralandı, mülki məntəqələrdə ciddi dağıntılar törədildi.

İlk növbədə bunu bəyan edirik ki, Azərbaycan Yazıçılar Birliyi bu qatı bəşəri cinayətləri törədən işğalçı Ermənistan rəhbərliyini və onun Dağlıq Qarabağdakı iyrənc əlaltılarını lənətləyir, beynəlxalq ictimaiyyəti, xüsusən, bütün dünyadakı həmkarlarımızı, sülhsevər, ədalətpərvər qələm adamlarını Azərbaycanın haqq işinə fəal dəstək verməyə səsləyir!

Eyni zamanda qürur hissi ilə bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli əmri ilə şanlı ordumuzun düşmənin təxribatını dayandırmaq, torpaqlarımızın azad etmək naminə bütün cəbhə boyu əks-hücuma keçməsini böyük ruh yüksəkliyi ilə qarşıladıq.

Dövlətimizin başçısının hər zamankı kimi yüksək qətiyyət göstərərək ordumuza düşmən üzərinə əks-hücum əmri verməsi, bununla əlaqədar xalqımıza müraciət etməsi hər bir azərbaycanlıda qələbə əhval-ruhiyyəsi yaratdı. Qısa müddətdə bir sıra yaşayış məntəqələrimizi, strateji mövqeləri azad edən Azərbaycan Ordusunun bu uğurları vətəndəki və bütün dünyadakı soydaşlarımızı, xalqımızın səmimi dostlarını sevindirdi və hər birimizdə daha böyük zəfərlərə inam hissi oyatdı.

Azərbaycan Yazıçılar Birliyi olaraq, bu taleyüklü günlərdə dövlətimiz, xalqımız və ordumuzla ürəkdən həmrəy olduğumuzu bəyan edir, qəhrəman Azərbaycan Ordusuna yeni qələbələr arzulayırıq! Dövlətimizin rəhbərliyini və xalqımızı əmin edirik ki, sıralarında yüzlərlə vətənpərvər qələm adamını birləşdirən Azərbaycan Yazıçılar Birliyi bu haqq savaşımızın tezliklə və qəti qələbə ilə başa çatması üçün üzərinə düşən hər bir işi əzmlə yerinə yetirməyə, bu yolda hər cür fədakarlığa hazırdır.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin sonsuz inamla vurğuladığı bu fikirlər indi Azərbaycan Yazıçılar Birliyinin də əsas devizinə çevrilib: Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video