29 Sentyabr 2020 15:39
271
SİYASƏT
A- A+

Milli Məclisin Sədri ilə TBMM-in Parlamentlərarası İttifaqda nümayəndə heyətinin rəhbəri arasında telefon danışığı olub


Türkiyə Böyük Millət Məclisinin Parlamentlərarası İttifaqda nümayəndə heyətinin rəhbəri Ravza Kavakçı Milli Məclisin Sədri Sahibə Qafarovaya zəng edib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Milli Məclisin Spikeri telefon danışığında Dağlıq Qarabağ ərazisində məlum hadisələrlə əlaqədar Türkiyə rəsmilərinin və ictimai xadimlərinin Azərbaycana hər cür dəstək verməsinin çox önəmli olduğunu, dost və qardaş xalqın dəstəyinin qürur verdiyini bildirib. Sahibə Qafarova vurğulayıb ki, cəbhə bölgəsindəki vəziyyətlə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop, Milli Müdafiə naziri Hulusi Akar, Xarici İşlər naziri Mövlüd Çavuşoğlu Azərbaycana dəstək verdiklərini birmənalı şəkildə ifadə ediblər.

Sahibə Qafarova qeyd edib ki, həmkarı Mustafa Şentopla telefon danışığı zamanı Türkiyə Böyük Millət Məclisinin sədri Türkiyənin Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini şəxsən söyləyib. "Bu, "bir millət iki dövlət" ifadəsinin günümüzdə real təcəssümüdür. Xalqımız bu dəstəyi belə də qəbul edir", - deyən Spiker Sahibə Qafarova TBMM-də təmsil olunan bütün siyasi partiyaların bu sınaq günlərində Azərbaycanla həmrəy olduqlarını öz bəyanatlarında ifadə etməsini təqdirəlayiq hal kimi qiymətləndirib. Biz bütün partiyalara bu qardaş mövqeyinə görə dərin təşəkkür edirik.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video