29 Sentyabr 2020 13:10
530
SİYASƏT
A- A+

Milli Məclisin deputatı, professor Eldar Quliyev Azərbaycan Ağsaqqallar Şurasının sədri seçilib


Sentyabrın 29-da Azərbaycan Ağsaqqallar Şurasının (AAŞ) növbədənkənar VIII qurultayı işə başlayıb. Qurultayda Şuranın üzvləri, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları iştirak edirlər.

AZƏRTAC xəbər verir ki, qurultaya sədrlik edən Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov əvvəlcə rəşadətli Azərbaycan Ordusunun Ermənistan silahlı birləşmələrinə qarşı həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatlarının vətəndaşlarımızda qələbə əzmini, ruh yüksəkliyini daha da artırdığını və hər kəsin əsgərlərimizin yanında olduğunu bildirib.

Şuranın ötən qurultaydan sonra vəfat etmiş sədri Fəttah Heydərovun, eləcə də digər şura üzvlərinin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gündəliyə uyğun olaraq, əvvəlcə AAŞ-ın yeni redaksiyada işlənmiş nizamnaməsi səsə qoyularaq təsdiqlənib.

Daha sonra çıxış edən Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev qurultay iştirakçılarına dövlət başçısı İlham Əliyevin salamlarını çatdırıb.

Ədalət Vəliyev sentyabrın 27-dən başlayaraq cəbhədə törədilən erməni təxribatından danışıb, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun qarşıya qoyulan tapşırığı layiqincə yerinə yetirəcəyinə əminliyini bildirib.

Çıxışlarda Milli Məclisin deputatı, professor Eldar Quliyevin böyük təşkilatçılıq və idarəçilik qabiliyyətinə malik olduğu vurğulanıb, Azərbaycan Ağsaqqallar Şurasının sədri vəzifəsinə onun namizədliyi irəli sürülüb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə çıxışında son günlər doğma torpaqlarımızın erməni işğalından azad olunması uğrunda haqq mücadiləmizdə qazandığımız zəfərlərə Uca Allahdan rəvac diləyib, Vətən uğrunda Uca Yaradanın nəzərində ən uca mərtəbə olan şəhidlik zirvəsinə yüksələn qəhrəman övladlarımıza Allah-Təaladan rəhmət diləyib. Allahşükür Paşazadə Şuşa məscidindən azan səsinin eşidiləcəyi günü səbrsizliklə gözlədiyini vurğulayıb. O, E.Quliyevin qarşıda duran vəzifələri uğurla yerinə yetirəcəyinə əminliyini bildirib.

Milli Məclisin deputatları Eldar İbrahimov, Ziyad Səmədzadə və Əhliman Əmiraslanov çıxışlarında ağsaqqallarımızın cəmiyyətdəki rolundan danışıb, AAŞ sədri vəzifəsinə E.Quliyevin namizədliyini dəstəklədiklərini qeyd ediblər.

Eldar Quliyevin AAŞ sədri vəzifəsinə təsdiqlənməsi təklifi səsə qoyulub və qəbul olunub.

AAŞ-ın yeni sədri çıxış edərək ona göstərilən etimada görə minnətdarlığını bildirib.

Qurultay işini davam etdirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video