29 Sentyabr 2020 09:20
581
DÜNYA
A- A+

Dünyada koronavirusdan ölənlərin sayı bir milyonu ötüb

 
Dünyada koronavirusdan ölənlərin sayı bir milyon nəfəri ötüb.

AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometers saytına istinadla xəbər verir ki, sentyabrın 29-na olan məlumata görə, dünyada 33 milyon 542 min 743 nəfər virusa yoluxub, 24 milyon 871 min 837 nəfər bu xəstəlikdən sağalıb, 1 milyon 6 min 90 xəstə COVID-19 virusundan ölüb.

Ən çox ölüm halı (209 min 777) ABŞ-da qeydə alınıb. Orada yoluxanların sayı 7 milyon 361 min 477 nəfərdir. Ölənlərin sayına görə ikinci yerdə Braziliya gəlir (142 min 161 nəfər ölüb, 4 milyon 748 min 327 nəfər yoluxub). Üçüncü yerdə Hindistandır (96 min 351 nəfər ölüb, yoluxanların ümumi sayı 6 milyon 143 min 19 nəfərdir). Daha sonra Meksika (76 min 430 nəfər ölüb, 730 min 317 nəfər yoluxub) və Böyük Britaniya (42 min 1 nəfər ölüb, 439 min 13 nəfər yoluxub) gəlir.

Xatırladaq ki, mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video