29 Sentyabr 2020 09:17
401
SİYASƏT
A- A+

Tacikistanın xəbər portalında Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatı haqqında məqalə dərc edilib

 
Tacikistanın avesta.tj portalı Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatı ilə əlaqədar rus dilində geniş məqalə verib.

AZƏRTAC xəbər verir ki, məqalədə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Ermənistanın qanunsuz hərəkətləri, Livan ermənilərinin Dağlıq Qarabağda və Azərbaycanın işğal edilmiş digər ərazilərində məskunlaşdırılması, işğalçı dövlətin beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozduğu və nəhayət, sentyabrın 27-də səhər tezdən Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatların yeni hərbi münaqişəyə gətirib çıxardığı işıqlandırılıb.

Məqalədə Ermənistan silahlı qüvvələrinin cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutduğu və bütün bunların Azərbaycan ordusunun əks-hücumu ilə nəticələndiyi bildirilir.

Yazıda vurğulanır ki, ermənilər Azərbaycanın mülki əhalisinə atəş açır, günahsız adamlar qətlə yetirilir.

Qeyd olunur ki, Azərbaycan ordusunun əks hücumu nəticəsində Füzuli-Cəbrayıl istiqamətində 7 kənd və Murovdağ zirvəsi işğaldan azad edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciəti hər kəsdə ruh yüksəkliyi yaradıb. Prezident müraciətində deyib: "Azərbaycan, sadəcə olaraq, öz maraqlarını müdafiə edir, öz mövqeyini dəstəkləyir və öz siyasətini alnıaçıq aparır. Biz dəfələrlə bəyan etmişik ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bu, həqiqətdir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video