Alternative content

11:53 21 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Astronomlar Qız bürcündə rekord səviyyədə parlaqlığa malik qədim qalaktika tapıblar
Astronomlar Qız bürcündə rekord səviyyədə parlaqlığa malik qədim qalaktika tapıblar
ANA SƏHİFƏ / Elm və texnika
09:11 29.09.2020
 
Astronomlar Qız bürcündə qədim qalaktika tapıblar. BOSS-EUVLG1 qalaktikasında ifrat kütləli qara dəlik "yatsa” da, qalaktikanın özü ultrabənövşəyi diapazonda parlaq işıq saçır. Tədqiqatın nəticələri "Monthly Notices of the Royal Astronomical Society Letters” nəşrində yer alıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, tədqiqatın müəlliflərindən biri, Kanar Astrofizika İnstitutunun əməkdaşı İsmael Peres-Fournonun fikrincə, həmin qalaktikada ulduzlar böyük sürətlə yaranır. Bu sürət Süd Yolu qalaktikasındakı müvafiq proseslərlə müqayisədə də çox yüksəkdir. Bunu ən parlaq infraqırmızı qalaktikalarda ulduzların tez yanıb-sönməsi ilə müqayisə etmək olar. Lakin BOSS-EUVLG1 qalaktikasında ulduzların ultrabənövşəyi parlaqlığı da müşahidə edilib; onlarda, demək olar, toz yoxdur.

Alimlər hesab edirlər ki, bütün qalaktikaların mərkəzində bir və ya bir neçə ifrat kütləli qara dəlik olur. Bir neçə yaxın qalaktikada bu qəbildən olan obyektlərin çoxu – alimlər onları kvazar adlandırır – daim materiyanı cəzb edir və udur, sonra onu çox isti, dar və parlaq tullantı formasında buraxır.

Digər tərəfdən, bir çox qalaktikalarda, o cümlədən Süd Yolunda "yatmış” vəziyyətdə olan ifrat kütləli qara dəliklər ciddi fəallıq əlaməti göstərmir. Yerdən böyük məsafədə yerləşmiş belə qalaktikalar radiodalğalar və rentgen rəsədxanaları istisna olmaqla, teleskopdan görünmür.

Astronomlar Böyük partlayışdan 1,5-2,5 milyard il sonra mövcud olmuş, böyük miqdarda ultrabənövşəyi və yüksək enerjinin digər formalarını hasil etmiş yeddi qalaktika aşkarlayıblar. Onlar əvvəlcə həmin qalaktikaların hər birinin mərkəzində aktiv və parlaq kvazarlar olduğunu düşünüblər. Astronomlar Kanar adalarında quraşdırılmış GTC teleskopu ilə müşahidələr aparanda məlum olub ki, BOSS-EUVLG1 adını almış obyektdə ifrat kütləli aktiv qara dəlik yoxdur. Qalaktikanın bütün ultrabənövşəyi parlaqlığı hidrogen və heliumdan ibarət cavan və böyük ulduzların fəallığı sayəsində yaranır.

Alimlərin hesablamalarına görə, bu qalaktikada müvafiq parlaqlığı saxlamaq üçün hər il məcmu kütləsi Günəşdən azı min dəfə çox olan yeni ulduzlar yaranmalıdır. Bu da BOSS-EUVLG1-i Kainatın sürətlə böyüyən və aktiv qalaktikalarından birinə çevirir. Obyekt nəhəng qalaktikaların yaranmasının ilk mərhələsidir. Müvafiq mərhələ kosmik hesablamalara görə böyük deyil: bir neçə milyon ildir. Həmin vaxt ərzində nəhəng ulduzların yaranması və məhv olması səbəbindən böyük miqdarda toz yaranır ki, bu da qalaktikaları optik teleskoplardan gizlədir. Ona görə də astronomlar BOSS-EUVLG1 analoqlarını əvvəllər görə bilməyiblər.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM