Alternative content

01:16 23 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
01:03 23.10.2020 Əsgərə məktub
00:54 23.10.2020 Yolum Füzuliyədir
00:53 23.10.2020 BİLDİRİŞ
00:52 23.10.2020 BİLDİRİŞ
00:52 23.10.2020 BİLDİRİŞ
00:50 23.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “İlham Əliyevin ətrafında səfərbər olmuşuq”
“İlham Əliyevin ətrafında səfərbər olmuşuq”
ANA SƏHİFƏ / SİYASƏT
00:28 29.09.2020


Siyasi partiyalar Ali Baş Komandana tam dəstək verirlər


Ermənistanın növbəti hərbi təxribatının qarşısını alan Azərbaycan Ordusunun bütün cəbhə boyu əks əməliyyata başlaması ölkə ictimaiyyətinin dərin sevincinə səbəb olub. Çünki bu günü xalqımız səbirsizliklə gözləyirdi. Torpaqlarımızın azadlığı uğrunda vətən müharibəsinin başlanması həm də Azərbaycan xalqının həmrəyliyini, o cümlədən siyasi baxışlarından asılı olmayaraq, dövlətçilik və milli maraqları rəhbər tutan bütün partiyaların Azərbaycan Prezidentinin ətrafında sıx birləşdiyini göstərdi.

50 siyasi partiya sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanat verib. Bu məsələ ilə bağlı siyasi partiya rəhbərlərinin fikirlərini öyrəndik.


Düşmən layiqli cəzasını alır


Əli ƏHMƏDOV,

Baş nazirin müavini, YAP Sədrinin müavini - İcra katibi:

- Düşmən növbəti təxribatını törətdi. Azərbaycanın mülki əhalisi və yaşayış məntəqələri erməni yaraqlıları tərəfindən atəşə tutulur. Dünyada sülhün keşiyində duran və yardılmasının 75 illiyi qeyd edilən BMT-nin yubiley ilə bağlı Baş Assambleyasının keçirildiyi bir zamanda Ermənistan müharibə təxribatına əl atır. Bu, bütün dünyaya meydan oxumaq deməkdir. Bütün dünyada sülhə xəyanətdir. Rəşadətli Azərbaycan Ordusu, qəhrəman əsgərlərimiz düşmənə ağır və sarsıdıcı zərbələr endirir. Düşmənin başını əzmək, torpaqlarımızı azad etmək zamanıdır. İgidlərimiz bunu bacarır və edəcək. Qələbəni gözləyirik!

İşğal altında olan bir neçə kəndin düşməndən boşaldılması, vacib mövqelərin ələ keçirilməsi artıq təmin edilib. Bunlar çoxdan gözlədiyimiz qələbənin ilk müjdələridir.

Düşmən layiqli cəzasını alır. Xalq Ali Baş Komandana, qəhrəman Azərbaycan Ordusuna tam dəstəyini ifadə edir. Artıq Bakıda mülki avtomobillərdə Azərbaycan bayraqları dalğalanır. Bu həm artıq qazanılmış hərbi uğurların sevinci, həm Ordumuza dəstək, həm də daha böyük qələbəyə inam deməkdir. Qəhrəman Azərbaycan Ordusuna eşq olsun!”


Ordumuzun zəfəri hər kəsi qürurlandırır


Qüdrət HƏSƏNQULİYEV,

Milli Məclisin deputatı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri:

- İlk növbədə xalqımızı, Ali Baş Komandanı, zabit və əsgərlərimizi torpaqlarımızın işğaldan azad olunması istiqamətində əldə etdiyimiz qələbələr münasibətilə təbrik edirəm. Son aylar Azərbaycan diplomatiyası uğurla beynəlxalq ictimaiyyəti regionda baş verənlər, həmcinin Ermənistanın hücuma hazırlaşdığı və təxribatçı fəaliyyəti barədə məlumatlandırırdı. Azərbaycan Prezidentinin BMT Baş Məclisinin 75-ci sessiyasındakı çıxışı son dərəcə təsirli və əhəmiyyətli idi.

Birinci vitse-prezident Mehriban xanımın Qərb ölkələrində, Pakistanda apardığı uzunmüddətli humanitar iş bu gün öz müsbət nəticəsini göstərməkdədir. Bu istiqamətdə MM-in sədri Sahibə Qafarovanın Moskvaya səfərini, xüsusilə Rusiya Federasiya Şurasındakı çıxışını da çox yüksək qiymətləndirirəm. Onun Qarabağın tarixi və mövcud vəziyyət barədə rus senatorlarına ünvanlanan çıxışı erməni lobbisinin təsiri altında olan rus ictimaiyyəti üçün bir yenilik idi. Prezident Administrasiyasının və Xarici İşlər Nazirliyinin yeni rəhbərliyinin səylərini də qeyd etmək lazımdır. Məhz ayrı-ayrı ölkələrlə və beynəlxalq təşkilatlarla görülmüş işlərin nəticəsidir ki, dünya birliyinin Azərbaycanın öz torpaqlarını azad etmək istiqamətindəki fəaliyyətinə ilkin yanaşmasını pozitiv qiymətləndirmək olar.

Bizim üçün müstəsna əhəmiyyət kəsb edən böyük qonşularımızın münasibətinə gəldikdə isə, qardaş Türkiyənin reaksiyasının necə olacağı bəlli idi. Biz qardaş ölkənin cəsur və müdrik lideri Ərdoğana, Çavuşoğluna, Hulisi Akara, Mustafa Şentopa və bütövlükdə türk hökumətinə, qardaşlarımıza son dərəcə minnətdarıq. Biz qardaş Pakistan Respublikasına da tutduğu ədalətli və prinsipial mövqeyinə görə təşəkkür etməliyik. Yaxın qonşularımız və tarixi əlaqələrimiz olan Rusiya və İranın ilk bəyənatlarını müsbət qiymətləndiririk. Onlar işğalçı ölkəyə dəstək verməyəcəkləri təqdirdə qonşu Azərbaycan xalqının sevgi və ehtiramını qazanacaq, regionda öz mövqelərini gücləndirəcəklər. Qədirbilən xalqımız nə pislikləri, nə də ədalətin yanında olanları heç zaman yaddan çıxarmayacaq. Onların beynəlxalq hüququ müdafiə etməklə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə mane olmaması hər iki ölkənin beynəlxalq nüfuzunu da artırmış olardı. Hazırda ordumuzun qarşısında duran əsas vəzifə ondan ibarət olmalıdır ki, qarşıya qoyulmuş vəzifəni qısa müddətdə yerinə yetirsin. Müharibə uzanarsa, ona müdaxilə edənlərin sayı da artacaq.


Ali Baş Komandanın əmr və göstərişini yerinə yetirməyə hazırıq


Fazil MUSTAFA,

Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri:

- Bütün əmr, göstəriş və tapşırıqlarını yerinə yetirməyə tam hazırıq!

Böyük Quruluş Partiyası Ermənistanın işğalçı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatına başlaması barədə qərarını tam dəstəkləyir.

Partiya strukturlarında təmsil olunan hər bir üzvümüzün Ali Baş Komandanın Vətənin müdafiəsi uğrunda bütün əmr, göstəriş və tapşırııqlarını yerinə yetirməyə tam hazır olduğunu bəyan edirik.


Bütün qüvvələr birləşməli, Ali Baş Komandanın qərarına tabe olmalıdır


Razi NURULLAYEV,

Milli Məclisin deputatı,

Milli Cəbhə Partiyasının sədri:

- İşğalçı Ermənistanın növbəti hərbi təxribatı ilə üz-üzə qalmışıq. Bu dəfə isə düşmənə bütün cəbhəboyu kəskin cavab verilib və şanlı Ordumuz işğalda olan kəndlərimizi və bir sıra yüksəklikləri azad edib.

Düşmən yaşayış məntəqələrimizi atəşə tutur, dinc insanları hədəfə alır: Azərbaycan Ordusu isə ancaq hərbi hədəfləri vurur və beynəlxalq qanunlara əməl edir. Belə bir məqamda siyasi mövqeyindən, baxışlarından asılı olmayaraq bütün qüvvələr birləşməli, Ali Baş Komandanın qərarına tabe olmalıdır. Bu, Vətən, namus savaşıdır. Ortada Vətən savaşı varsa, başqa məsələlər kənara qoyulmalıdır. Biz Milli Cəbhə Partiyası olaraq, Prezident İlham Əliyevi dəstəkləyirik.

Bizim heç kimin torpağında gözümüz yoxdur. Torpağımıza təcavüz edilib. Lakin Azərbaycan 30 il qabaqkı dövlət deyil. Bizim güclü Ordumuz var. İşğalçı Ermənistan və onun hamiləri bilsin ki, qələbə bizim olacaq. Azərbaycan güclü dövlətdir. Ordumuz Cənubi Qafqazın ən güclü ordusudur. Belə bir məqamda dövlətin, Prezidentin və Silahlı Qüvvələrimizin yanında olmalıyıq. Ordumuz bizim dayağımızdır, ona güvənməliyik”.


Dövlətimizin, ordumuzun gücünə güc qatmaq xalq olaraq əsas qayəmizdir


Fərəc QULİYEV,

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri:

- Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatına başlaması barədə qərar verilib. Təbii ki, bu vəziyyətdə hər bir təşkilatın və vətəndaşın əsas vəzifəsi dövlət ətrafında birləşmək və mərkəzi hakimiyyətin qərarlarına tabe olmaqdı.

Hazırkı vəziyyətlə bağlı xalqa səslənirik ki, düşmən hücumları və yaratdığı təxribatlar hakimiyyətə qarşı deyil, dövlətimizə və xalqımıza qarşıdır. Ona görə də dövlətimizin, ordumuzun gücünə güc qatmaq xalq olaraq əsas qayəmizdir. Bunun üçün isə mərkəzi hakimiyyətin addımları diqqətlə izlənilməli və maksimum dəstək nümayiş etdirilməlidir. Biz Milli Dirçəliş Hərəkatı Partiyası olaraq bütün üzvlərimizi dövlət ətrafında sıx birləşməyə çağırırıq.

Partiya sədri başda olmaqla, təşkilatın bütün üzvləri Ali Baş Komandanın əmrindədir və əsgər kimi ordu sıralarına qatılmağa hazırdır.

Təcrübədən bilməliyik ki, Ermənistanın Azərbaycana qarşı təcavüzündə maraqlı olan digər dövlətlərin ölkəmizdəki casusları təxribat xarakterli məlumatlar yaymaqda maraqlıdırlar. Ona görə də xalqı mərkəzləşmiş məlumat mənbələrindən yararlanmağa və təxribat xarakterli şayiələrə uymamağa çağırırıq. KİV-i isə xəbər qaydalarına və xəbər mədəniyyətinə riayət etməyə səsləyirik.

Aktiv müharibə vəziyyətindən "5-ci kolon”un siyasi nümayəndələrinin və ya mənfəətçilərin kiçik siyasi maraqlar naminə yararlanmaqları yolverilməzdir. Xalq olaraq cəbhədəki gərginlikdən siyasi qərarlar çıxarmağa çalışanlara qarşı olmalıyıq və bu cür halları təxribat kimi qiymətləndirməyi bacarmalıyıq.

Bütün sınaqlarda olduğu kimi, bu gün də bir dövlət və xalq kimi, birliyimiz müşahidə olunur ki, biz bunu qorumağı bacarmalıyıq və təxribatlara uymamalıyıq. Reallıq budur ki, bu gün cəbhədə gedən əməliyyatlar Azərbaycan Ordusunun nəzarətindədir. Təbii ki, kimdən hansı dəstəyi almasından asılı olmayaraq, çökmüş Ermənistanın qandan qorxan erməni əsgəri, anadan əsgər doğulan oğulların qüdrətli ordusunun qarşısında məğlub olmağa və qaçmağa məhkumdur! Biz MDHP olaraq ən qısa zamanda xalqımızı Böyük Qələbə Günü münasibəti ilə təbrik edəcəyimizə əminik!


Ali Baş Komandanın yanındayıq


Qulamhüseyn ƏLİBƏYLİ:

Aydınlar Partiyasının sədri:

- Azərbaycan Ordusu işğalçı Ermənistanın növbəti təcavüz cəhdini uğurla dəf etdikdən sonar əks-hücuma keçib. İşğal olunmuş ərazilərimizin düşməndən təmizlənməsi əməliyyatına başlayan ordumuzla qürur duyuram.

Aydınlar Partiyası olaraq Azərbaycan torpaqlarının azad olunması uğrunda başlanmış savaşda dövlətimizin, Silahlı Qüvvələrimizin və onun Ali Baş Komandanının yanındayıq, bütün siyasi partiyaları, vətəndaş cəmiyyəti institutlarını, xalqımızı milli həmrəylik göstərərək düşmənə layiqli cavab verməyə çağırırıq.

Bütün partiya üzvlərinə və tərəfdaşlarımıza müraciət edərək Silahlı Qüvvələrimizi dəstəkləməyi, imkanları daxilində ümumi qələbəmizə kömək etməyi, könüllü kimi ordu sıralarına yazılmağı xahiş edirəm.


Azərbaycan öz torpağı uğrunda mübarizəyə qalxıb


Bədrəddin QULİYEV,

Cümhuriyyət Xalq Partiyasının sədri:

- Son dövrlərdə işğalçı Ermənistanın istər cəbhənin təmas xəttinə, istərsə də dövlət sərhədinə ağır artilleriya, texnika, canlı qüvvə yerləşdirməsi bir daha onu göstərdi ki, onlar iyul hadisələrindən dərs götürməyiblər. Əksinə, sentyabrın 27-də səhər saatlarında ermənilər cəbhə xəttində geniş hərbi təxribata əl atıb, artilleriya atəşinə başlayıb, nəinki hərbi mövqeləri, eyni zamanda, mülki əhalini hədəfə aldılar. Lakin Azərbaycan Ordusu bunun cavabını verərək, əks-həmlələr etdi. Rəsmi məlumatlarda bildirilir ki, döyüş vəziyyəti Azərbaycan Ordusunun tam nəzarətindədir və artıq bir sıra kəndlər, həmçinin yüksəkliklər düşmən işğalından azad edilib.

Azərbaycan dövləti qətiyyətli şəkildə öz torpaqlarının müdafiəsini təmin edir və Azərbaycan Prezidenti, Ali Baş Komandanımız xalqa müraciətində bir daha bildirdi ki, Qarabağ Azərbaycandır!

Cümhuriyyət Xalq Partiyası adından, şəxsən öz adımdan bütün siyasi qüvvələri Ali Baş Komandanın ətrafında birləşməyə çağırıram. Bu gün Azərbaycan xalqının öz torpaqları uğrunda mübarizəyə qalxdığı, qələbə ruhunun Azərbaycana gəldiyi bir gündür. Məhz bu gün naminə bütün qüvvələr birgə olmalıdır. Hər birimiz Vətən üçün, dövlət üçün, bayraq üçün canımızdan belə keçməyə hazır olmalı, Ali Baş Komandanımızın əmrini müsəllah əsgər kimi yerinə yetirməliyik.

Bu gün Azərbaycanda daxili milli birlik formalaşdırılıb. Bütün bunlar, eyni zamanda, siyasi dialoqun verdiyi nəticədir. İnanıram ki, ölkəmizin taleyüklü məsələləri ilə bağlı birliyimiz davamlı olacaq və biz işğal altındakı torpaqlarımızı azad etdikdən sonra daha yüksək inkişafa nail olacağıq.


Gözlənilən an yetişib


Əsli KAZIMOVA,

Azərbaycan Sosial Rifah Partiyasının sədr müavini:

- Bu gün çoxdandır gözlənilən an gəlib yetişib və artıq şəhidlərimizin qanı yerdə qalmayacaq. Qarabağ həsrəti ilə analarımız, atalarımız həyatdan köçməyəcək. Artıq mənim xalqımın nümayəndələri qaçqın və məcburi köçkün adını daşımayacaq!

30 illik işğala son qoyacaq bir cəsarətə, siyasi iradəyə sahib dövlət başçımız illərdir ikili standartlara xidmət edən beynəlxalq təşkilatları qınayaraq, ədalətsizliyə son qoymağa səslədi. Biz də, bu mövqeyə dəstək verməliyik. Torpaqlarımıza sahib çıxmalıyıq. Azərbaycan xalqı cənab Prezident İlham Əliyevin qətiyyətli duruşu və siyasi iradəsi ilə ruhlanmalıdır. Bu gün xalqımın hər bir fərdini Heydər Əliyevin dillərə dastan olan həmrəylik şüarı ilə, İlham Əliyevin qətiyyətli duruşu və siyasi iradəsi qarşısında birlik və həmrəy olmağa çağırıram.

Tovuz hadisələrindən sonra düşmən tərəfindən yeni bir təxribat qəbuledilməzdir. Ermənilərin bu addımı Ermənistanın regionda sülhün qarşısında ən böyük təhdid olduğunu bir daha sübuta yetirdi. Azərbaycan Prezidentinin siyasi iradəsi sayəsində sadəcə torpaqlarımızı düşməndən azad etmək deyil, eyni zamanda, Regionda sülhün və ədalətin brəqarar olmasına da nail olacağıq!”


Tarixi ədalət, beynəlxalq hüquq bizim tərəfimizdədir


Mais SƏFƏRLİ,

Yurddaş Partiyasının sədri:

- Düşmənin hücumunun qarşısını almaq üçün, Vətənimizin, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusu bütün cəbhəboyu əks-hücuma keçib. Cəbhənin ən gərgin bölgələrində - Tərtər, Ağdam, Füzuli, Cəbrayıl istiqamətində yerləşən ön xətdəki hərbi hissələrimiz, raket və artilleriya bölmələrimiz, hərbi aviasiyamız, zirehli texnikamız və digər qoşun birləşmələrimizin qarşılıqlı fəaliyyəti ilə Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr vurulub.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətində deyildiyi kimi, bizim işimiz haqq işidir. Tarixi ədalət, beynəlxalq hüquq bizim tərəfimizdədir. Bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür. Yurddaş partiyası Ali Baş Komandanın, şanlı Ordumuzun yanındadır. Partiyamızın minlərlə üzvü silaha sarılaraq əsgərlərimizin sıralarına qoşulmağa hazırdır. Əmr gözləyirlər!

Partiyamız bütün xalqımızı, vətəndaşlarımızı, siyasi təşkilatları, vətəndaş cəmiyyəti institutlarını milli birliyə çağırır. Möhkəm birliyi olan xalqa, dövlətə heç kim qalib gələ bilməz! Səbirsizliklə gözlədiyimiz Vətən müharibəsi artıq başlayıb. Hər birimiz qələbə naminə çalışmalı, qələbə üçün əlimizdən gələni etməliyik!

Biz meydanda tək deyilik. Qardaş Türkiyə, böyük türk dünyası, Pakistan, Ukrayna bizim yanımızdadır. Zəfər yaxındadır! Allah Azərbaycan əsgərini, Azərbaycanımızı qorusun!


Azərbaycan haqq məsələsini müdafiə edir


Yunus OĞUZ,

Milli Vəhdət Partiyasının sədri:

- İndi ölkənin, dövlətin çox həssas məqamıdır. İndi siyasi, mənəvi və əqidə mövqeyi yalnız dövlətin və onun rəhbəri, Ali Baş Komandan İlham Əliyevin istiqamətə yönəlməli, siyasi mənsubiyyətindən asılı olmayaraq hamı onun ətrafında birləşməlidir. Həm partiya rəhbəri, həm media kapitanı, həm də sıravi vətəndaş kimi Ali Baş Komandanın əmrinə hazıram. Biz birlikdə güclüyük!

Bu gün Azərbaycan haqq məsələsini müdafiə edir. Çünki bütün dünya dövlətləri Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar. Hesab edirəm ki, bu həmçinin antiterror əməliyyatı da adlandırıla bilər. Çünki Dağlıq Qarabağa Livandan və Suriyadan terrorçu qruplar gətirilib.

Ordumuz bu əks-hücum nəticəsində bir sıra kəndlərimizi işğaldan azad edib. Təbii ki, bu məqam bizim ordumuzun gücünü göstərir. Digər tərəfdən Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə hərbi vəziyyət elan edib və əhali ümumi səfərbərliyə alınıb. Bu onu göstərir ki, Azərbaycan Ordusu səfərbərlik elan edilmədən Ermənistan ordusu ilə döyüşməyə hazırdır və bunun öhdəsindən layiqincə gəlir. Faktiki olaraq müharibə gedir. Bu isə Azərbaycan Ordusunun yüksək səviyyəli döyüş hazırlığından, qətiyyətindən və görəcəyi işlərdən xəbər verir.

Azərbaycan xalqı torpaqlarımızın işğaldan azad edilməsini arzulayır və bunun üçün də hamımız bir yerdə olmalıyıq. Əlbəttə ki, hər şey vətən üçün, hər şey cəbhə üçün olmalıdır. Bu məsələdə hər kəs cənab Prezident və Ali Baş Komandan İlham Əliyevin, Azərbaycan Ordusunun və dövlətimizin ətrafında birləşməlidir. Bu zaman Azərbaycan əsgərlərinin gözü arxada qalmayacaq və qətiyyətlə irəli gedəcəyik.


Ordumuzun qalibiyyət əzminə, dövlətimizin gücünə inanırıq


Əlisahib HÜSEYNOV,

Milli Həmrəylik Partiyasının sədri:

- Düşmən öz xain xislətinə sadiq qalaraq Azərbaycana qarşı elan olunmamış müharibəyə başlayıb. Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə sıx şəkildə yaşayan mülki insanları və ictimai obyektləri atəşə tutması qəsdən və planlı şəkildə həyata keçirilib. Bu, cəbhəyanı ərazilərimizin sakinlərində qorxu hissinin və çaşqınlığın yaranmasına hesablanmış bir addım idi.

Lakin Azərbaycan Ordusu düşmənin bütün təxribatlarının və xaincəsinə hücumlarının qarşısını alaraq və əks-həmlə tədbirləri həyata keçirdi və bu gün də proses davam edir. Biz Ordumuzun qalibiyyət əzminə, dövlətimizin gücünə inanırıq!

Ali Baş Komandanımız İlham Əliyevin də bəyan etdiyi kimi, "Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur. Ermənistan əsgərinin bizim torpaqda nə işi var?! Bu işğala son qoyulmalıdır və qoyulacaq! Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq!”

Milli Həmrəylik Partiyası olaraq bütün siyasi qüvvələri birliyə, həmrəy olmağa dəvət edir, hər kəsi Ali Baş Komandanın və ordumuzun yanında olmağa çağırırıq. Bu gün siyasi əqidə fərqlərinin bir kənara qoyulduğu, xalq-dövlət və xalq-ordu vəhdətinin nümayiş etdirilməli olduğu bir məqamdır.

Bütün hallarda düşmən məğlubiyyətə məhkumdur. Ermənistanı nə hərbi vəziyyət və ümumi səfərbərliyin elan edilməsi, nə də ki, xarici ölkələrdən gətirilən muzdluların, terrorçuların təpədən-dırnağa qədər silahlanması xilas edə bilməz. Ermənistan öz cəzasını alacaqdır. Biz Azərbaycan Ordusunun bu müharibəni zəfərlə başa vuracağına inanırıq. Çünki Ordumuz haqq işi uğrunda, Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşür.

Hamımız bir nəfər kimi Qələbəyə köklənmişik!


Ordumuz xalqımızı növbəti zəfərləri ilə sevindirməkdə davam edəcək


Sübut ƏSƏDOV,

Azərbaycan Respublikaçılar Partiyasının sədri:

- Ermənistan silahlı birləşmələri Azərbaycana qarşı yenidən təxribata əl atdılar və yenə də mülki vətəndaşlarımız həlak oldular. Azərbaycan Ordusu buna cavab olaraq düşmənə ağır zərbələr vurub onu geri oturtdu. Üstəlik torpaqlarımızın bir hissəsini də düşməndən azad etdi.

Bu, hər şeydən əvvəl Prezident, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir. Əldə edilən ilkin qələbə münasibətilə Ali Baş Komandanı, Ordumuzu və xalqımızı partiyamız adından təbrik edirəm. Bəli, bu gün bütün xalqımız, həmçinin qeyri-hökumət təşkilatları işğal altında olan ərazilərimizin bir hissəsini düşməndən azad edən ordumuzun şücaətindən qürur duyur. Azərbaycan Respublikaçılar Partiyasının çoxminli üzvləri Prezident İlham Əliyevin göstərişi ilə həyata keçirilən əməliyyatı yüksək dəyərləndirir.

Partiyamızın üzvləri yaşlarından asılı olmayaraq cəbhəyə getməyə və hər birimiz Vətənimizin şərəfi və namusu yolunda onun istənilən tapşırığını hər an yerinə yetirməyə, torpaqlarımızın işğaldan azad olunması uğrunda vuruşmağa hazırdır.

Şübhəsiz, Azərbaycan Ordusu xalqımızı növbəti zəfərləri ilə də sevindirməkdə davam edəcək. İşğal altındakı torpaqlarımız tezliklə azad ediləcək və qələbə bayrağımız Lələtəpədə olduğu kimi, Şuşada, Xankəndidə dalğalanacaq.

Rəşad BAXŞƏLİYEV,

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM