Alternative content

22:08 22 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Aşıq qardaş, “Cəngi” çal!
Aşıq qardaş, “Cəngi” çal!
ANA SƏHİFƏ / Mədəniyyət
00:25 29.09.2020


Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Silahlı Qüvvələri torpaqların erməni işğalçılarından təmizlənməsinə başlayıb.

Cana doyub canımız,

Çal, qaynasın qanımız.

Qırılsaq da hamımız,

Aşıq qardaş, "Cəngi” çal!

Hara deyim bu dərdi?

Ölümdən də betərdi.

Bu dərd qəddimi əydi,

Aşıq qardaş, "Cəngi” çal!

Kürəyimdən dəydi ox,

Ömür belə sürməz çox.

Qarabağdan xəbər yox,

Aşıq qardaş, "Cəngi” çal!

Günümüz qara gəlib,

Sevinci də dərd əmib.

Ələyimiz ələnib,

Aşıq qardaş, "Cəngi” çal!

Qaçqınam Vətənimdə,

Yaram var bədənimdə.

Göyə yetmir ünüm də,

Aşıq qardaş, "Cəngi” çal!

Bu günü niyə gördük?

Kədəri dərdlə hördük.

Quzunu qurda verdik,

Aşıq qardaş, "Cəngi” çal!

Əsirlər darda qalıb,

Ar, namus orda qalıb.

Qeyrət bəs harda qalıb?

Aşıq qardaş, "Cəngi” çal!

Ağdam, Laçın, Kəlbəcər

Deyir: - Gəl məni becər!

Yaram hər gün övc edər,

Aşıq qardaş, "Cəngi” çal!

Dözüm bu qədər olmaz,

Qeyrətsizdən ər olmaz.

İl dolanır, gəlir yaz,

Aşıq qardaş, "Cəngi” çal!

Günü günə satırıq,

Başı atıb yatırıq.

Söhbətlə baş qatırıq,

Aşıq qardaş, "Cəngi” çal!

Danışıqla iş aşmaz,

Yağı düşmən barışmaz.

Kişiliyə yaraşmaz,

Aşıq qardaş, "Cəngi” çal!

Ya yaşayaq, ya ölək,

Ya alışaq, ya sönək!

Gəlin yumruğa dönək!

Aşıq qardaş, "Cəngi” çal!

Sıralan, mərd əsgərim!

Qorxmaz igidim, nərim!

Dedim: - Allaha kərim!

Aşıq qardaş, "Cəngi” çal!

Hamı bir dərdə şərik,

Ata, oğul, həm ərik.

Şuşada görüşərik,

Aşıq qardaş, "Cəngi” çal!

Seyran CAVADOV,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM