Alternative content

09:41 20 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
08:23 20.10.2020 Cəbhədə son vəziyyət
00:41 20.10.2020 BİLDİRİŞ
00:41 20.10.2020 E l a n
00:39 20.10.2020 BİLDİRİŞ
00:39 20.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Türkiyə parlamenti: Beynəlxalq birliyi Ermənistanın hücumlarından zərər görən Azərbaycanın yanında olmağa dəvət edirik
Türkiyə parlamenti: Beynəlxalq birliyi Ermənistanın hücumlarından zərər görən Azərbaycanın yanında olmağa dəvət edirik
ANA SƏHİFƏ / SİYASƏT
22:02 28.09.2020

Ermənistanın Azərbaycana qarşı hərbi hücumları ilə bağlı, Türkiyə Böyük Millət Məclisində təmsil olunan siyasi partiyalar olaraq, Ermənistan silahlı qüvvələrinin 27 sentyabr 2020-ci il tarixində Dağlıq Qarabağda atəşkəsi və beynəlxalq hüququ pozaraq ağır silahlarla Azərbaycanın mülki yaşayış məntəqələrini və hərbçiləri hədəf alan hücumlarını ən sərt şəkildə qınayırıq.

AZƏRTAC xəbər verir ki, bu, Türkiyə Böyük Millət Məclisində təmsil olunan hakim Ədalət və İnkişaf Partiyası, Cümhuriyyət Xalq Partiyası, Milliyyətçi Hərəkat Partiyası və İyi Partiyanın birgə açıqlamasında əksini tapıb. Sənəddə bildirilir: "Bu son hücumlar Tovuzda törədilən hücumlardan sonra Ermənistanın bölgədə sülhə və sabitliyə ən böyük əngəl olduğunu ortaya qoyub. Biz beynəlxalq hüquqdan qaynaqlanan qanuni müdafiə haqqı çərçivəsində öz xalqını qorumaq və ərazi bütövlüyünü təmin etmək məqsədilə Azərbaycanın həyata keçirdiyi müdafiə tədbirlərini dəstəkləyirik.

Otuz ilə yaxındır ki, Dağlıq Qarabağ Ermənistanın işğalı altındadır. Bu haqsız işğalın aradan qaldırılması üçün BMT Təhlükəsizlik Şurasının və ATƏT-in qərarlarına uyğun şəkildə sülh məqsədli həll variantını dəstəklədiyimizi təkrar edirik. Beynəlxalq ictimaiyyəti bugünə qədər Ermənistanın işğalı və məsuliyyətsiz hücumları səbəbilə zərər görən Azərbaycanın yanında olmağa dəvət edirik.

Şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət diləyir, can Azərbaycana başsağlığı verir, yaralılara şəfa arzu edirik. Bir daha millətimizin həmrəylik iradəsi göstərdiyini vurğulayırıq”.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM