Alternative content

09:46 20 Oktyabr 2020
ONLINE XƏBƏR LENTİ
08:23 20.10.2020 Cəbhədə son vəziyyət
00:41 20.10.2020 BİLDİRİŞ
00:41 20.10.2020 E l a n
00:39 20.10.2020 BİLDİRİŞ
00:39 20.10.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Türkiyədəki Azərbaycan diaspor təşkilatları birgə bəyanat yayıblar
Türkiyədəki Azərbaycan diaspor təşkilatları birgə bəyanat yayıblar
ANA SƏHİFƏ / SİYASƏT
21:59 28.09.2020
İşğalçı Ermənistanın sentyabrın 27-də genişmiqyaslı hərbi təxribatı Türkiyədə yaşayan soydaşlarımızın və fəaliyyət göstərən diaspor təşkilatlarının hiddətinə səbəb olub.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, diaspor təşkilatları bununla bağlı birgə bəyanat yayıblar.

Bəyanatda deyilir: "Bazar gününü Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin Ermənistan silahlı qüvvələri tərəfindən iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutması nəticəsində mülki əhali və hərbi qulluqçular arasında həlak olanların və yaralıların olması barədə xəbərlərlə açdıq. Bununla bağlı açıqlamalar Türkiyədə böyük hiddətə səbəb oldu. Azərbaycanın özünümüdafiə hüququndan istifadə edərək əks hücuma keçmək barədə qərar qəbul etməsi bizi həyəcanlandırdı.

Türkiyədə fəaliyyət göstərən bütün qeyri-hökumət təşkilatları bu haqq işində Azərbaycanın yanındadır. Otuz ilə yaxındır ki, Azərbaycan ərazilərini işğal edən Ermənistan Xocalıda yüzlərlə insanı qətlə yetirib. Biz Cənubi Qafqazda günahsız insanları qətlə yetirməyə qanlı möhür vuran, beynəlxalq hüquqa məhəl qoymayan, havadarlarından aldığı dəstəklə müharibə axtarışında olan Ermənistanın bu təxribatlarını sərt şəkildə qınayırıq”.

Bəyanatın müəllifləri hesab edirlər ki, Azərbaycana hücum və günahsız insanların qətlə yetirilməsi Ermənistanda siyasi və iqtisadi böhran səbəbindən oktyabrın 8-də Paşinyan hökumətinin istefası tələbi ilə keçirilməsi planlaşdırılan mitinqdən xalqı yayındırmağa xidmət edir. Bu hücum Paşinyan hökumətinin yol verdiyi iyrənclik nümunəsi kimi tarixdə qalacaq.

Sonda vurğulanıb ki, soydaşlarımız Türkiyənin dövlət orqanlarının hər bir məsələdə olduğu kimi, bu haqq işində də Azərbaycanın yanında olduğunu bəyan etməsini böyük minnətdarlıq hissi ilə qarşılayıblar. Bütün soydaşlarımız Azərbaycanın yanındadır. Səninləyik, Azərbaycan! Azərbaycanın dövlət başçısının dediyi kimi: "Şəhidlərimizin qanı yerdə qalmayacaq!”.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM